Icma.az
close
up
RU
Prezident xalq ordu birliyi əbədi müstəqilliyin qarantıdır mövzusunda tədbir keçirildi

Prezident xalq ordu birliyi əbədi müstəqilliyin qarantıdır mövzusunda tədbir keçirildi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Goranboy rayonun Meşəli kəndində fəaliyyət göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun Kəlbəcər rayon 100 nömrəli tam orta məktəb üzrə Ərazi Partiya təşkilatında “Konstitusiya və suverenlik ili” çərçivəsində 28 May Müstəqillik günü ilə bağlı 26 may 2025-ci il tarixdə "Prezident-xalq-ordu birliyi əbədi müstəqilliyin qarantıdır" mövzusunda tədbir keçirildi.        

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru Afaq Rəhimova və kollektivi iştirak edirdi.                        

Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, müstəqilliyimizi əbədi və dönməz edən Dahi Şəxsiyyət Heydər Əliyev öz zəngin siyasi təcrübəsi, yüksək Vətən sevgisi, xalq təəssübkeşliyi ilə ölkəmizin həm dayaq sütunlarının möhkəmləndirilməsi, həm də daxili və xarici siyasətinin düzgün təşkil olunması, iqtisadi gücün dövrün tələblərinə uyğun qurulması, dövlətin təhlükəsizliyinin qarantı olan ordunun formalaşması işlərinə böyük diqqət ayırırdı. 30 ilə yaxın Ermənistan silahlı birləşmələrinin işğalında qalmış tarixi ərazilərimiz məhz Qalib sərkərdə İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən azad olundu. Məhz dövlət başçısının qətiyyəti, iradəsi və yüksək bacarığı nəticəsində müstəqillik yolumuz tarixi Zəfərlə taclandı. Bu gün işğaldan azad olunan əbədi və əzəli torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması, müstəqilliyimizin əbədi, dönməz olduğunun göstəricisidir.
Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir.                                          

Kəlbəcər rayon 100 nömrəli orta məktəbinin direktoru, YAP Kəlbəcər rayon təşkilatının Ərazi üzrə Partiya təşkilatının sədri Afaq  Rəhimova çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi.

Məktəbin müəllimləri Fizuli Musazadə, Vahid Əsədov, Natiq Salahov və Bilal Musayev çıxış edərək bildirdilər ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Əslində, Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni inkişaf yolunu tutdu.                                   

Sonda fəal partiya üzvlərinə Fərxi fərmanlar və Partiyanın sıralarına yeni qəbul olmuş üzvlərə üzvlük vəsiqələri tədqim edildi.
Android için Mail uygulamasından gönderildi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri