Icma.az
close
up
RU
Prezident xalqımızın torpaq həsrətinə son qoydu Qafarov

Prezident xalqımızın torpaq həsrətinə son qoydu Qafarov

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixində xalqımızın əzmini, dövlətimizin gücünü və milli həmrəyliyimizi nümayiş etdirən möhtəşəm hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, vurğulayıb ki, bu tarixi Qələbə sübut etdi ki, müstəqil dövlətin qarşısında aydın məqsədlər, güclü ordu və milli maraqlara əsaslanan qətiyyətli siyasət dayandıqda ən mürəkkəb problemləri belə həll etmək mümkündür:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər xalqımızın uzun illər ərzində qoruyub saxladığı torpaq həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı. Bu Qələbə, eyni zamanda, milli ləyaqətimizin və tarixi ədalətin təntənəsi kimi yaddaşlara həkk olundu. Azərbaycanın Vətən müharibəsində qazandığı uğurun təməlində uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi dayanır. İşğalın davam etdiyi illərdə münaqişənin həlli ilə bağlı beynəlxalq səviyyədə irəli sürülən yanaşmalar nəticə vermədiyi halda, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, ölkəmiz torpaqlarının işğal altında qalması ilə barışmayacaq və ərazi bütövlüyünü bərpa etmək əzmindədir. 2020-ci ilin payızında baş verən hadisələr bu siyasi iradənin real nəticəsini bütün dünyaya nümayiş etdirdi”.

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini göstərməklə yanaşı, xalqın öz dövlətinə və Ali Baş Komandana olan inamının nə qədər möhkəm olduğunu da ortaya qoydu:

“Cəbhədə əldə edilən uğurlar ölkə daxilindəki həmrəyliyi daha da gücləndirir, hər bir vətəndaşın qələbə əzmini artırırdı. Ordunun döyüş meydanındakı qəhrəmanlığı ilə xalqın mənəvi dəstəyi vahid məqsəd ətrafında birləşmişdi. “Dəmir yumruq” ifadəsi məhz bu bütövlüyün, milli iradənin və dövlətin qətiyyətinin rəmzinə çevrildi. Zəfərin tarixi əhəmiyyəti yalnız hərbi əməliyyatların nəticələri ilə məhdudlaşmır. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdi və regionda yeni reallıqların formalaşmasına nail oldu. Bu hadisə ölkəmizin suveren qərarlar qəbul etmək qabiliyyətini, milli maraqlarını müdafiə etmək əzmini və mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət yürütmək gücünü təsdiqlədi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri Zəfərin davamı, tarixi torpaqlarımızın dirçəldilməsi istiqamətində atılan mühüm addımlardır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun yaradılması və iqtisadi fəaliyyətin genişləndirilməsi azad edilmiş ərazilərdə davamlı həyatın bərqərar olmasına xidmət edir. Beləliklə, 8 Noyabr Azərbaycan xalqının yaddaşında yalnız keçmişin şanlı səhifəsi kimi deyil, gələcəyə istiqamət verən milli iradə nümunəsi kimi yaşayacaq. Bu Qələbə göstərdi ki, dövlətçilik maraqları ətrafında birləşən xalq qarşıya qoyduğu bütün məqsədlərə çata bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Noyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri