Icma.az
close
up
RU
Prezident yaratdığı yeni reallıqları beynəlxalq müstəvidə təsdiqlədib

Prezident yaratdığı yeni reallıqları beynəlxalq müstəvidə təsdiqlədib

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan bu gün beynəlxalq aləmdə öz sözünü deyən ölkələrdən biridir. Xüsusilə də, 44 günlük Vətən müharibəsində və birgünlük antiterror tədbirlərinin keçirilib, suverenliyin bərpa edilməsindən sonra artıq geridönüşü olmayan yola daxil olduq. Lakin  İkinici Qarabağ müharibəsində ordusu məhv edilən Ermənistan yenə də silahlanır. Bu silahların  müdafiə üçün tədarük edildiyi deyilsə də, onların hücum silahları olması başqa niyyətlərin də olduğunu göstərir. Xüsusilə də, Fransa kimi ölkələr yaranmış reallıqları həzm edə bilmir və Ermənistandan istifadə edib öz əməllərini həyata keçirməyə çalışırlar. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə xalqa müraciətində Ermənistanı təhrik edən qüvvələrdən danışıb və heç kəsin Azərbaycanla rəqabət apara bilməyəcəyini bildirib.

"Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır",-ölkə başçısı deyib.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizilik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan müharibəni bitirib və yeni reallıqlar yaradıb:

"Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Belə ki, artıq Azərbaycanın rəyini almadan bu regionda nəsə etmək qeyri-mümkündür. Bu bir yandan hərbi gücümüz, digər yandan da Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin, diplomatyanın hesabınadır. 44 günlük müharibədən 3 il sonra Qarabağın dağlıq hissəsindəki erməni separatçılara qarşı birgünlük uğurlu antiterror əməliyyatları keçirildi. Nəticədə, suveneliyimizi bərpa etdik. Azərbaycan problemi və müharibəni bitirib. İndi Böyük Qayıdış layihəsi çərçivəsində Qarabağda böyük quruculuq və bərpa işlərinə fokuslanmışıq. Bizim gündəmimizdə daha hər hansı müharibə yoxdur. Prezident Cənubi Qafqazda yaratdığı yeni reallıqları beynəlxalq və siyasi müstəvidə təsdiqlədib".

Komitə sədri vurğulayıb ki, buna baxmayaraq, bir sıra beynəlxalq güclər, ölkələr hazırki durumdan heç də razı deyillər və bunu Azərbaycana qarşı əməllərində açıq büruzə verirlər:

"Belə ki, ordusu 44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistanı gücləndirmək, bununla da yenidən münaqişəni alovlandırmaq istiqamətində cəhdlər edirlər. Prezident İlham Əliyevin xalqa müraciətində də bu məsələyə toxunub.

Prezident deyib: “Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil”.

Bütün dünya  Azərbaycanın yaratdığı reallıqla barışmağa məcbur olub. Lakin məlumdur ki, Fransa kimi ölkələr hələ də nəsə edəcəklərinə, Ermənistanı gücləndirərək, münaqişəni alovlandıracaqlarına və  regionda nüfuz sahibi ola biləcəklərinə ümid edirlər. Lakin bu elə xəyaldan başqa bir şey deyil. Ona görə ki, Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi xarici diplomatiyamız, siyasətimiz çox güclüdür. Bu gün Azərbaycan tamamilə müstəqil xarici və daxili siyasət yürüdür. Digər yandan ordumuz çox güclüdür. Bizimlə heç bir sahədə Ermənistanın rəqabət aparması mümkün deyil".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Yanvar 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri