Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Prezidentdən Rasizadəyə: Atamın etibarlı silahdaşı olmusunuz

Prezidentdən Rasizadəyə: Atamın etibarlı silahdaşı olmusunuz

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Artur Rasizadəni qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.

Sitat.info xəbər verir ki, görüşdə çıxış edən dövlətimizin başçısı dedi:

- Hörmətli Artur müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafına töhfə vermisiniz. Müxtəlif məsul vəzifələrdə çalışaraq Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük səylər göstərmisiniz həm sovet dövründə, həm də müstəqillik dövründə. Ulu Öndər Heydər Əliyev sovet dövründə sizin peşəkarlığınızı, biliklərinizi nəzərə alaraq,- hələ o vaxt siz gənc yaşlarınızda idiniz,- sizi qabağa çəkərək, önəmli vəzifələrə təyin etmişdir, Nazirlər Sovetinin sədrinin müavini vəzifəsinə. Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Prezidenti seçiləndən sonra ilk təyinatlarından biri də sizi özünə köməkçi təyin etməyi idi. Ondan sonra sizi daha böyük vəzifəyə layiq gördü və Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etdi.

Təbii olaraq, Ulu Öndər Heydər Əliyev insanları tanıyırdı, onların peşəkarlığını, biliklərini və bilirəm ki, sizi də bir insan kimi həmişə yüksək qiymətləndirirdi. Həm dediyim keyfiyyətlərə, eyni zamanda, prinsipial mövqeyinizə görə. Sizin prinsipial mövqeyiniz bütün məsələlərdə özünü göstərirdi - həm ölkəmizin iqtisadi inkişafı ilə, həm də bütün başqa məsələlərlə bağlı.

Biz sizinlə 15 il işləmişik - 2003-cü ildən 2018-ci ilə qədər. Hesab edirəm ki, o illər Azərbaycan iqtisadiyyatı üçün ən sürətli inkişaf illəri olmuşdur. Azərbaycan iqtisadiyyatı o illərdə bəlkə də iki dəfə çox artmışdır və ölkə qarşısında duran əsas infrastruktur layihələrinin həlli, ya da ki, başlanması məhz o illərə təsadüf edir. Sizin rəhbərliyinizlə Nazirlər Kabineti Prezidentin tapşırıqlarını ləyaqətlə yerinə yetirirdi və bu gün Azərbaycanın dayanıqlı iqtisadi inkişafı təbii olaraq bizim müstəqilliyimizin əsasını təşkil edir. Birlikdə işlədiyimiz 15 il ərzində daim təmasda idik, məsələləri müzakirə edirdik, həll edirdik. 2018-ci ildən sonra da təmasdayıq. Şadam ki, siz yubileyinizi çox yaxşı fiziki formada qarşılayırsınız və sizi həmişə görmək mənim üçün xoşdur. İllər boyunca bir çox telefon söhbətimiz olubdur, bir çox məsələləri müzakirə etmişik. Sizi bu gün gözəl yubiley ərəfəsində dəvət etdim ki, sizə Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordenini təqdim edim. Bu gün imzaladığım sərəncamla siz ölkəmizin ən ali mükafatına layiq görülmüsünüz. Siz buna layiqsiniz, siz Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz. Yenə də deyirəm, həm sovet dövründə, həm müstəqillik dövründə, özü də müstəqilliyimizin ən ağır dövrlərində atamın yanında olmusunuz. O, bunu qiymətləndirirdi, mən də həmişə qiymətləndirirdim və qiymətləndirirəm. Bu, tam ədalətli bir qərardır və icazə verin, mən bu yüksək ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Artur Rasizadəyə təqdim edib.

Əməyinə verdiyi qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Artur Rasizadə Ulu Öndər Heydər Əliyevin adını daşıyan ordenə layiq görülməyin onun üçün ən böyük şərəf olduğunu dedi, Ümummilli Liderlə və Prezident İlham Əliyevlə uzun illər ərzində çalışmaqdan fəxr hissi keçirdiyini vurğuladı. Artur Rasizadə Azərbaycan Prezidentinin tarixi hadisənin müəllifi olduğunu, torpaqlarımızın 30 illik işğalına son qoyduğunu və orada yeni həyatın başladığını qeyd edib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sitat.info
archiveBu xəbər 20 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri