Türkiyədə dəhşətli qəza: 9 ölü var (Foto)
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Van vilayətinin Özalp rayonunda mikroavtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 7-də Özalp-Saray avtomobil yolunda, Çalımlı məhəlləsi yaxınlığında baş verib.
Məlumata görə, TIR-la sərnişin mikroavtobusunun toqquşması nəticəsində ağır qəza baş verib. Hadisə yerinə polis, jandarma, AFAD, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. Qəza ilə əlaqədar bir müddət bağlı qalan yolda nəqliyyatın hərəkəti nəzarət altında bərpa edilib.
Van valisi Ozan Balcı bildirib ki, yağış səbəbindən yolun sürüşkən olması qəzaya səbəb olub. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 08 Noyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















