Icma.az
close
up
RU
Prezidentin Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələri

Prezidentin Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələri

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama hər səfəri şəhərin taleyində yeni bir dönüş nöqtəsi kimi yadda qalır. Bu səfərlər yalnız baxış və qiymətləndirmə məqsədi daşımır, həm də bölgənin gələcək inkişaf xəritəsinin müəyyənləşməsinə xidmət edir. Prezidentin Ağdama gəlişi, dağıdılmış şəhərin yenidən qurulması iradəsinin yüksək səviyyədə təsdiqi olmaqla yanaşı, bütün xalq üçün böyük motivasiya mənbəyinə çevrilir. Ağdamın bərpası istiqamətində həyata keçirilən infrastruktur layihələri şəhərin gələcək simasını formalaşdıran mühüm elementlərdir. Elektrik təchizatı xətlərindən su sistemlərinə, nəqliyyat yollarından yaşayış məhəllələrinə qədər hər bir layihə müasir planlaşdırma prinsiplərinə əsaslanır. Bu proses yalnız fiziki quruculuğu deyil, bölgənin sosial-iqtisadi dirçəlişini də təmin edən genişmiqyaslı yenidənqurma modelini əhatə edir.

Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi qeyd olunur. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. Elə o vaxtdan digər azad edilmiş məkanlarda olduğu kimi, Ağdamda  da abadlıq-quruculuq işlərinə başlanıldı. Bəli, otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş və beynəlxalq ictimaiyyətin “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırdığı Ağdam yenidən qurulur. Artıq qısa zaman kəsiyində burada bir çox önəmli infrastruktur obyektləri istifadəyə verilməklə yanaşı, Xaçınçay su anbarı, həmçinin Ağdam-Bərdə yolu yenidən qurulub, Ağdam məscidi, “İmarət” Kompleksi bərpa edilib. Dəmiryol Vağzalının, Avtovağzalın və digər obyektlərin açılışları keçirilib. Dünyanın ən böyük Muğam Mərkəzi, Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkı fəaliyyətə başlayıb.

Bu gün Ağdamdakı quruculuq işləri çox böyük sürətlə aparılır. Ölkə Başçısı İlham Əliyevin 2025-ci ildə Ağdam rayonuna 5 səfəri bu işlərə xüsusi təkan verib. Bu il rayonda Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin birinci mərhələsinin, Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş inzibati binanın,  klub-icma mərkəzinin, Kəngərli kənd tam orta məktəbinin binasının, kənd körpələr evi-uşaq bağçasının, Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərin,  Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin, Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışları şeçirilib və Prezident İlham Əliyev bu tədbirlərdə iştirak edib.

Artıq Ağdam beynəlxalq tədbirlərə də ev sahibliyi edir. Şübhəsiz, bu proseslərdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xidmətləri ölçüyə gəlməzdir. Təkcə bir faktı qeyd edək ki, dövlətimizin başçısının  son 5 ildə bu məkana səfərlərinin sayı 20-yə yaxındır. Hər səfər də onlarla obyektin bünövrəsinin qoyulması və  istismara verilməsi ilə yadda qalıb. Bəli, Ağdam məhz Müzəffər Ali Baş Komandanın iradəsi sayəsində hər gün simasını dəyişir, gözəlləşir. Bu mənada Ağdamın hər qarışında cənab Prezident İlham Əliyevin quruculuq imzaları görünür. Burada salınan müasir infrastruktur, yaşıl enerji zonası, ağıllı şəhər modeli, ekoloji təmiz urbanizasiya prinsipləri Azərbaycanın gələcək inkişafının miniatür obrazına çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Ağdam şəhərinin Baş planı yalnız memarlıq sənədi deyil, həm də milli ideologiyanın ifadəsidir. Bu plan azadlığın planıdır, milli ruhun gələcəyə daşınmasıdır. Ağdamda salınan geniş prospektlər, parklar, müasir yaşayış massivləri, sənaye parkı və “Qayıdış kəndi” layihəsi göstərir ki, Azərbaycan bu torpaqlarda keçmişin ağrılarını unutmur, amma gələcəyə ümidlə baxır.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see306

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see257

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see252

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see208

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see142

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see135

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see134

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see129

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see122

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see122

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see121

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri