Icma.az
close
up
RU
İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"İordaniya ilə Azərbaycan münasibətləri həm diplomatik, həm sosial, həm iqtisadi, həm də siyasi baxımdan bir-birini tamamlayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, İordaniya Azərbaycan üçün Yaxın Şərqdəki proseslərə və həmin bölgəyə bir qapı rolunu oynayır: "Eyni zamanda Azərbaycan İordaniya üçün Qafqaz regionunda, Xəzəryanı bölgədə bir qapı rolunu oynayır ki, bu da iqtisadi baxımdan hər iki ölkə üçün vacib məsələlərdəndir.

Burada söhbət təkcə diplomatik müstəvidə olan münasibətlərdən getmir, burada birinci növbədə iqtisadi münasibətlərdən söhbət gedir. Çünki İordaniyanın Yaxın Şərqdə öz nüfuzu var və orada həm kənd təsərrüfatı, həm logistika baxımından, eləcə də Yaxın Şərqdə olan digər resurslardan istifadə baxımından İordaniyanın əhəmiyyəti böyükdür. Bütün bunlar Azərbaycan üçün böyük nailiyyətlərə və fürsətlərə qapı açır. Onu demək lazımdır ki, iqtisadi baxımdan həm investisiyaların qoyulması, yəni qarşılıqlı investisiyaların yatırılması, ticarət dövriyyəsinin artırılması, eyni zamanda kənd təsərrüfatı və energetika sahələrində aparılan işlər iki ölkə arasında gedən proseslərin bu günkü gündə böyük bir nailiyyətə və hər iki tərəf üçün ciddi iqtisadi üstünlüklərə səbəb olacağını göstərir.

Təbii ki, siz bilirsiniz, İordaniya böyük Yaxın Şərq dövləti olaraq həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanla daim bir-birinin suverenliyinə önəm verən və qarşılıqlı dəstək göstərən ölkələrdən biridir. Yəni bu dövlətlər daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini müdafiə edən müttəfiq ölkələr kimi çıxış ediblər.
Diplomatik baxımdan da bu yaxın münasibətlər bu gün müxtəlif formatlarda geniş müzakirə mövzusuna çevrilməkdədir. Digər tərəfdən, iqtisadi və sosial sahələrdə, məsələn, qarşılıqlı investisiyalar, tələbə mübadiləsi, universitetlərarası əməkdaşlıq və xarici şirkətlərlə olan əməkdaşlıq kimi istiqamətlər bu gün iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verir. Regional baxımdan da, siyasi baxımdan da demək lazımdır ki, İordaniya Yaxın Şərqdə çox balanslaşdırılmış bir siyasət yürüdən dövlətdir. Ona görə də bu sahədə də Azərbaycanla münasibətləri Yaxın Şərqdə konfliktlərə qarışmayan, stabil mövqe sərgiləyən bir dövlət kimi özünü göstərərək, Azərbaycanla eyni qaydada balanslaşdırılmış bir siyasət yürütməyə çalışır. Regionda gedən proseslərdə isə İordaniya üzərindən Azərbaycanın Yaxın Şərqdə çıxışının təmin olunması hər iki ölkə baxımından əlavə üstünlüklər yaradan bir məsələdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:419
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri