Icma.az
close
up
RU
Prezidentin Albaniyaya səfəri iki ölkə arasında əməkdaşlığı dərinləşdirdi

Prezidentin Albaniyaya səfəri iki ölkə arasında əməkdaşlığı dərinləşdirdi

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycan ilə Albaniya arasında strateji tərəfdaşlıq münasibətləri yüksələn xətlə yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri cənab Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti cənab Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək məqsədilə Tiranaya rəsmi- işgüzar səfəri Avropa Siyasi Birliyi platformasında aparılan müzakirələrdə Azərbaycanın fəal iştirakını təmin etməklə bərabər, eyni zamanda Azərbaycanla Albaniya arasında tərəfdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşımaqdadır.

Hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri Azərbaycan - Albaniya müstəvisində konstruktiv siyasi dialoq yaradılmasında mühüm rol sərgiləməklə yanaşı ölkələrimiz arasında yüksək səviyyədə multikultural münasibətlərin, mədəni mübadilənin inkişafına təkan verir. Əlbəttə ki, dövlət başçılarının bu səfərləri dövlətlərarası münasibətlərin tərəqqisi ilə yanaşı xalqlarımızın da arasında əməkdaşlığın genişləndirilməsinə müsbət təsirini göstərir. Prezident İlham Əliyev Albaniyada rəsmi səfəri zamanı keçirilən görüşlərdə çıxışı zamanı "Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir" - deyərək, Albaniyanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu dəstəyin həmişə qarşılıqlı olduğunu bildirib.

Səfər çərçivəsində dövlət başçımızın Tiranada Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşləri olub. Müzakirələrdə Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğu, ölkəmizin Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi, Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı mövqeyi, regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı xüsusi vurğulanıb.

Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub. Görüşdə eyni zamanda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb.

Dövlət başçımız Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində və plenar sessiyalarda da iştirak edib. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması və s. mövzular müzakirə olunub.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Səfər çərçivəsində Azərbaycan Prezidentinin Albaniyanın Baş naziri Edi Rama ilə işçi nahar əsnasında görüşü olub. Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.

İlham Əliyev ölkələr arasında bir çox məsələlərlə bağlı əməkdaşlığa toxunaraq, iqtisadiyyat və sənaye üzrə, eyni zamanda Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiya sahələrinin ölkələrimiz üçün prioritet təşkil etdiyini bildirib.

Müzakirələrdə vurğulanıb ki, enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans- Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir. Həmçinin Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Bu kontekstdə hər iki dövlət Cənub Qaz Dəhlizinin icrasında müstəsna rol oynayıblar.

Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir. Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq nəzərdə tutulur.

Aparılan danışıqlar, keçirilən görüşlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Albaniyaya səfəri əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək, dövrün çağırışlarına cavab olaraq dövlətlərarası inkişafa müsbət təsirini göstərəcəkdir.

Cavanşir Feyziyev

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 May 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri