Icma.az
close
up
RU
Prezidentin BMT dəki çıxışı konseptual və dərin məzmuna malik idi Deputat

Prezidentin BMT dəki çıxışı konseptual və dərin məzmuna malik idi Deputat

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib ki, Ermənistanla danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a danışarkən bildirdi ki, prezident BMT-dəki çıxışında çox mühüm məsələlərə toxundu:

"Hər zaman olduğu kimi, cənab prezidentin bu çıxışı da çox konseptual, dərin məzmuna, xarakterə malik idi. Yəni çıxışda cənab prezident çox vacib, çox mühüm, çox önəmli məsələlərə toxundu. Bu çıxışda ən çox yer verilən məsələlərdən biri də keçmiş münaqişə, yəni Azərbaycan və Ermənistan arasında olan münaqişə idi. Cənab prezident olduqca mühüm və vacib açıqlamalar verdi və bu məsələyə də özünün reaksiyasını ortaya qoydu. Cənab prezidentin də qeyd etdiyi kimi, Ermənistanla danışıqlar ikitərəfli danışıqlar əsasında aparıldı və bu, müsbət nəticə verdi".

Millət vəkili vurğuladı ki, 30 il fəaliyyət göstərməsinə baxmayaraq, ATƏT-in Minsk qrupu bu prosesə heç bir töhfə vermədi, yəni münaqişə həllini tapmadı:

"Hətta Avropa İttifaqı, Rusiya, Amerika Birləşmiş Ştatları və digər platformalar da bu prosesə təkan verə bilmədi və prosesə təsir göstərə bilmədi, Ermənistan-Azərbaycan münaqişəsi həllini tapmadı. Amma nə zaman ki, cənab prezidentin rəhbərliyi ilə Azərbaycan və Ermənistan birbaşa danışıqlar apardılar, müzakirələr apardılar, ondan sonra artıq konkret nəticə oldu. Torpaqlarımızın azad olunması, Ermənistan-Azərbaycan arasında sülh danışıqları davam etdi və Azərbaycan münaqişəni həll etdi.

Bir daha qeyd edirik ki, bu, ikitərəfli danışıqlar əsasında oldu. İstər delimitasiya məsələsi olsun, istər Zəngəzur dəhlizi olsun, istər digər məsələlər olsun, bunların hamısı yalnız və yalnız danışıqlar, müzakirələr nəticəsində əldə olundu və Azərbaycan məqsədinə çata bildi".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri