Icma.az
close
up
RU
Polislərin sosial təminatı Prezidentin diqqət mərkəzindədir Deputat

Polislərin sosial təminatı Prezidentin diqqət mərkəzindədir Deputat

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu gün biz ölkənin polis orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Polis haqqında” Qanuna təklif olunan mühüm dəyişikləri birinci oxunuşda qəbul etdik."

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, yeni maddələrə əsasən Polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə, o cümlədən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün dövlət büdcəsinə ödənilmiş vəsaitin 5 faizi polis orqanlarına yönəldilir:

"Hüquq-mühafizə orqanlarının, o cümlədən polis orqanları əməkdaşlarının sosial təminatı hər zaman cənab Prezidentin diqqət mərkəzindədir və bu məqsəd üçün mütəmadi olaraq addımlar atılır. Elə, hazırda müzakirə etdiyimiz qanun layihəsinin müddəları da bu siyasətin davamıdır.

Polis əməkdaşları cəmiyyətin asayişini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək kimi məsuliyyətli və eyni zamanda riskli bir missiyanı yerinə yetirirlər.

Bu missiyanın uğurla icrası isə heç şübhəsiz ki, onların peşəkarlığı ilə yanaşı, maddi təminatından və sosial müdafiəsindən birbaşa asılıdır.

Qanuverciliyə təklif olunan yeni mexanizm polis əməkdaşlarına yönəlik sosial layihələrin, mənzil və tibbi təminatın, eləcə də peşəkar hazırlığın maliyyə əsasını gücləndirəcək.

Digər tərəfdən bu cür mexanizmlər Polis orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə də töhvə verəcək. Məlum olduğu kimi son illər cinayətkarlığın yeni formaları – kiberhücumlar, maliyyə fırıldaqları, transsərhəd cinayətlərlərlə effektiv mübarizədə yeni texnoloji resurslar tələb olunur. Bu cür əlavə maliyyə mənbələri polis orqanlarının müasir texnika, proqram təminatı, nəqliyyat vasitələri və xüsusi vasitələrlə təchizatına mühüm dəstək olacaq.

Nəhayət, dövlət ona dəyən ziyanın bir hissəsini polis orqanlarının imkanlarını genişləndirilməsinə yönəltməklə bu cür cinayətlərin vaxtında qarşısının alınmasına əlavə töhvə verməsinə nail olacaq."

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri