Icma.az
close
up
RU
Prezidentin Çinə səfərində Simvolik diplomatiya

Prezidentin Çinə səfərində Simvolik diplomatiya

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Diplomatik Kontekstdə Qırmızı və Qara Rəng Kombinasiyasının Təhlili

Qara rəng rəsmi protokollarda ciddi ton, nəzarət və peşəkarlıqla assosiasiya olunur. Qırmızı isə güclü emosional və simvolik yüklə seçilir – liderlik, cəsarət və enerji simvoludur. Birinci xanım tərəfindən geyimdə iki rəngin birlikdə istifadəsi balanslı və təsirli mesaj ötürür: sakit güc və enerjili təşəbbüs.

Azərbaycan kontekstində, Qırmızı – Azərbaycan bayrağında müasirlik, inkişaf və demokratiya ideallarını əks etdirir. Geyimdə istifadəsi ölkənin dünyaya açıq, modern və islahatlara meyilli olduğunu göstərir. Qara – ciddi və təmkinli dövlətçilik ənənələrinin təzahürüdür. Bu iki rəng birlikdə diplomatik baxımından həm milli-mədəni kimliyinə sadiq, həm də qlobal siyasətdə aktiv oyunçu olduğunu simvolizə edə bilər.

Azərbaycan diplomatiyasında suverenlik və ərazi bütövlüyü əsas prioritetlərdəndir. Bu mənada: Qara – şəhidlərin xatirəsi, milli faciələr və dərin mənəvi yük; Qırmızı – qanla qazanılmış qələbə, xalqın mübarizəsi və iradəsi kimi də istifaəd edilərək rəsmi görüşlərdə səssiz, lakin güclü bir milli mesaj verir.

Çin mədəniyyətində, Qırmızı – uğur, firavanlıq, güc və birlik simvoludur. Çin bayrağının əsas rəngi kimi kommunist ideologiya ilə yanaşı müsbət enerjini də təcəssüm etdirir. Qara – çin fəlsəfəsində su elementi, sabitlik və nizamla əlaqələndirilir. Qırmızı-qara rəng kombinasiyası Çin auditoriyası üçün həm güc, həm də harmoniya mesajı verir.

Bu geyim seçimi, Azərbaycanın Çinə qarşı dostcasına, lakin müstəqil və tarazlı mövqedə durduğunu ifadə edə bilər. Qırmızı və qara rənglərin kombinasiyası Çində diplomatik baxımdan taktiki seçilmiş, simvolik dərinliyi olan bir geyim strategiyasıdır. Azərbaycanın Çinlə münasibətlərində bu cür geyim kodları, mədəni diplomatiya və qarşılıqlı hörmət əsasında qurulan strateji tərəfdaşlığı dəstəkləyən incə mesajlar daşıyır.

Ağ-Qara Rəng Kombinasiyası – Ziddiyyət və Harmoniyanın Simvolu

Birinci xanımın rəsmi qarşılanma mərasimi üçün Ağ və qara rəng seçimi –  birlikdə rasionallıq, şəffaflıq və ciddi dövlət mövqeyini təmsil edir. Bu kombinasiyanın istifadəsi həm sülhə açıq, həm də maraqlarını qətiyyətlə qoruyan bir tərəfdaş obrazı yaradır. Şərq və Orta Asiya mədəniyyətlərində status və etnik kimlik simvolu olan Qotazlı Kəmər Azərbaycan kontekstində, milli irsə bağlılıq, mədəni özünəməxsusluq nümayişi və formal diplomatiyada fərdiyyət anlamı ifadə edir. Diplomatiyada bu cür aksessuar, mədəni diplomatiya vasitəsilə “biz müasirik, amma köklərimizə də sahib çıxırıq” mesajı verir. Qızılı rəngli ayaqqabı – bu rəng tarixən hakimiyyət, zənginlik və nur/işıq ilə bağlanır. Diplomatik protokolda çox parlaq olmamaq şərtilə qızılı detallar özünə inam, estetik fərqlənmə, əməkdaşlıqda dəyərli tərəfdaş olma niyyəti ilə simvolizə edilir. Ayaqqabı kimi yerə yaxın bir aksessuarda qızılı rəngin istifadəsi, həmçinin “biz sabitik, yerimiz möhkəmdir, lakin dəyərlərimiz parlayır” mesajını da daşıya bilər.

Çin fəlsəfəsində Ağ və Qara ziddiyyətlərin harmoniyasını – Yin və Yang konseptini ifadə edir. Çin tərəfdən bu komninasiya mədəni hörmət və harmoniya jesti, həm də qarşılıqlı tarazlığa əsaslanan münasibətlərin mesajını verir. Qızılı rəng, Çin mədəniyyətində imperatorluq və rifahla bağlıdır. Azərbaycan-Çin münasibətlərində qarşılıqlı faydalı əməkdaşlığa olan niyyəti vurğulayır. Çin, mədəni özünəməxsusluğa dəyər verən bir ölkə kimi, belə milli simvollara yüksək həssaslıqla yanaşır. Qotazlı kəmər, Azərbaycanın həm öz mədəniyyətinə sadiqliyini, həm də Çin mədəniyyətinə hörmətlə yanaşdığını göstərir.

Ağ-qara geyim, qotazlı kəmər və qızılı ayaqqabıdan ibarət görünüş Azərbaycanın beynəlxalq platformalarda həm strateji sabitliyini, həm də mədəni incəliyini nümayiş etdirən simvolik və effektiv yumşaq güc alətidir. Bu cür harmoniya və ziddiyyət üzərində qurulan vizual diplomatiya, Azərbaycanın qlobal məkanda dəyərli, etibarlı və öz kimliyinə sadiq tərəfdaş imicini gücləndirir.

Çinin Birinci xanımının geyim seçimi

Göy rəngli libas – Göy rəng Çin fəlsəfəsində səmavi qüvvələr, harmoniya və sabitliklə əlaqələndirilir. Bu rəng “mavi səma” metaforası vasitəsilə dövlətin ali qayələrini və xalqla harmoniya içində olmasını simvolizə edir. Azərbaycan bayrağında göy rəng türk mənşəyinə və milli kimliyə işarədir. Çin birinci xanımının bu rəngi seçməsi, Azərbaycanın milli simvollarına incə bir ehtiram jesti kimi qiymətləndirilə bilər.Göy libas həm Azərbaycana – sabitlik və əməkdaşlıq mesajı verir, həm də Çin tərəfinin mədəni və diplomatik həssaslığını ortaya qoyur.  Gümüşü ayaqqabı Gümüş rəng ay işığı, saflıq və intellektual zərifliklə bağlanır. Ənənəvi Çin estetikasında bu rəng qadın ləyaqəti və incəliyinin göstəricisidir. Bu rəngin ayaqqabı kimi detalda istifadəsi, sabit diplomatik mövqe və zərif münasibət təəssüratı yaradır. Kəpənək formalı yaxa nişanı – estetika, yenilənmə və daxili azadlıq anlayışlarını daşıyır. Diplomatik kontekstdə bu, diqqətli və şəxsiyyətə hörmətlə yanaşmanı simvolizə edir.

Çin birinci xanımı təkcə dövlət başçısının həyat yoldaşı deyil, həm də mədəniyyət daşıyıcısı və yumşaq güc təmsilçisidir. Onun geyim seçimi: Çin diplomatiyasının incə jestlərə əsaslanan üslubu, Azərbaycan mədəniyyətinə qarşı hörmət və anlayışı göstərir.

Mətbuat və ictimaiyyət qarşısında verilən simvolik mesaj olaraq, formal bəyanatlara alternativ, lakin daha təsirli mədəni siqnal daşıyır.

Bu cür detallı, simvolik geyim və aksessuar seçimi Çin və Azərbaycan arasında mədəniyyətlərarası hörmətə əsaslanan strateji tərəfdaşlıq modelini gücləndirir.

Çin və Azərbaycan Prezidentlərinin geyim seçimi:

Çin və Azərbaycan prezidentlərinin kostyum və qalstuk seçimləri qarşılıqlı hörmət, milli kimlik və diplomatik niyyətlər baxımından xüsusi məna kəsb edir.

Çin Prezidentinin geyimi:

Göy rəngli kostyum Diplomatik kontekstdə bu rəng dostluq, sülh və balanslı münasibət niyyətini əks etdirir. Çin prezidentinin bu rəngi seçməsi mədəni hörmət və anlayışın vizual ifadəsi sayıla bilər. Mavi üçbucaq ornamentli qalstuk – üçbucaq forması sabitlik, strukturlaşdırma və strateji baxışı simvolizə edir. Mavi ton diplomatik soyuqqanlılıq və ölçülülüyün göstəricisidir. Belə qalstuk seçimi Çin liderinin praqmatik və diqqətli münasibətini, eyni zamanda qarşı tərəfə ehtiramla yanaşdığını ifadə edir.

Azərbaycan Prezidentinin geyimi:

Qara kostyumQara rəng güc, nəzarət və ciddi dövlətçilik anlayışlarını təmsil edir. Bu seçim prezidentin müstəqil dövlət lideri kimi prinsipial və qərarlı mövqeyini ön plana çıxarır. Qızılı üçbucaq və altındakı nöqtəli qalstuk – yuxarı yönəlmiş qızılı üçbucaq – liderlik, inkişaf və yüksəlişi simvolizə edir. Rəngin qızılı olması Azərbaycanın resurs zənginliyini və beynəlxalq nüfuzunu önə çəkir. Nöqtə – sabit təməli, başlanğıcı və dayanıqlı dövlətçiliyi simvolizə edir. Qalstukdakı bu tərtibat, “sabitlik üzərində yüksəliş” ideyasını vizual olaraq təqdim edir.

Çin diplomatik mədəniyyətində simvol və forma önəmli ünsiyyət vasitələridir. Azərbaycan prezidentinin geyimi “Azərbaycan strateji sabitlik əsasında yüksələn etibarlı tərəfdaşdır” mesajları ötürə bilər.

Hər iki liderin geyim seçimi fərqli strateji mesajlar versə də, ortaq bir diplomatik dili paylaşır: hörmət, identiklik və sabit tərəfdaşlıq. Çin prezidenti rəng və forma vasitəsilə harmoniya və əməkdaşlığa açıqlıq, Azərbaycan prezidenti isə liderlik iddiası və strateji iradə nümayiş etdirir. Bu estetik kodlarla, hər iki tərəf bərabərhüquqlu, mədəni baxımdan həssas və siyasi baxımdan realist tərəfdaşlıq modelini simvolik olaraq təqdim edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı rəsmi qarşılanma mərasimində Çin orkestrası tərəfindən ifa olunan “Ey Vətən” (əsl adı: “Nəğmə dolu bir ürəyəm”- sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya məxsusdur) musiqisi sadəcə protokola uyğun mədəni jest deyil, həm də dərin diplomatik, siyasi və simvolik məna daşıyır. Belə ki, Prezident İlham Əliyev 21 oktyabr 2021-də Zəngilan səfəri zamanı Azərbaycan radiosunda İlhamə Qasımovanın ifasında bu mahnını dinləyib. Bu ifa, Azərbaycanın milli kimliyinə və emosional yaddaşına birbaşa toxunuşdur. Çin diplomatiyasının “yumşaq güc” aləti kimi incə mədəni jestlərdən istifadə etmə ənənəsinin bariz nümunəsidir. Bu musiqi seçimi vasitəsilə Çin tərəfi “biz sizi başa düşürük və hörmətlə yanaşırıq” mesajını verir. Bu əsərin səsləndirilməsi, həm də  Zəngilanın və ümumilikdə Qarabağın Azərbaycanın nəqliyyat və geosiyasi strategiyasındakı yerini tanımaq və ona rəğbət bildirmək anlamına gəlir. Zəngilan – eyni zamanda Orta Dəhliz, Zəngəzur dəhlizi və Arazboyu marşrutlar kimi beynəlxalq nəqliyyat layihələrinin kəsişməsində yerləşir. Çin üçün bu marşrutlar “Kəmər və Yol” təşəbbüsünün əsas seqmentlərindən biridir. Beləliklə, musiqi seçimi həm də Azərbaycanın bu geosiyasi təşəbbüsdəki mühüm mövqeyini tanımaq və qarşılıqlı strateji münasibətlərin mədəni dildə ifadəsi kimi başa düşülə bilər.

Çinli jurnalistlə müsahibə zamanı çayın buta ornamentli armudu stəkanda təqdim olunması, sadəcə qonaqpərvərlik jesti deyil, həm də Azərbaycan mədəniyyətinin, tarixi dəyərlərinin və estetik dünyagörüşünün simvolik ifadəsidir. Armudu stəkan Azərbaycan çay mədəniyyətinin ayrılmaz hissəsidir. Buta – Azərbaycan mədəniyyətində qədimdən bəri istifadə olunan alovşəkilli naxışdır. Simvol həyat enerjisi, ilahi işıq, davamlılıq və yenilənmə ideyalarını ifadə edir və Azərbaycanın vizual kodlarından biridir.  Çayın təqdimat forması – armudu stəkan və üzərində buta naxışı – Azərbaycan tərəfinin öz dəyərlərini qorumaqla yanaşı, qarşı tərəfə bu dəyərləri incə, təvazökar şəkildə tanıtmaq istədiyini göstərir. Çin kimi mədəniyyətə həssas bir ölkə üçün belə vizual və mənəvi detallarla təqdim olunan məqamlar etibarı, hörməti və qarşılıqlı anlaşmanı dərinləşdirir.

Çinli jurnalitin geyin seçimi də maraqlıdır, cünki o Azərbaycanın Birinci xanımının seçdiyi ağ-qara rəngli libas, Çinin Birinci xanımının seçdiyi göy rəngli pencək istifadə edib.

Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər, iki ölkənin siyasi, iqtisadi və geostrateji maraqlarının uzlaşmasından qaynaqlanır və xüsusilə regional əməkdaşlıq, nəqliyyat-logistika imkanları, enerji və texnologiya sahələrində geniş perspektivlər açır. Pekin və Bakının qarşılıqlı olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi, tərəflərin beynəlxalq hüquqa əsaslanan çoxqütblü dünya nizamını təşviq etdiklərini göstərir. Azərbaycan “Bir Kəmər, Bir Yol” təşəbbüsünə daha dərin inteqrasiyası ilə Orta Dəhliz və Zəngəzur dəhlizi kimi strateji layihələrə Çinin marağını cəlb etməklə regionda geoiqtisadi mərkəzə çevrilməkdədir. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də qlobal güc balansında Azərbaycanın yeni diplomatik mövqeyini və balanslaşdırılmış xarici siyasət kursunu möhkəmləndirir.

Aytən Əliyeva

Vyana Universiteti, Siyasi Elmlər İnstitutunun doktorantı,

Avropa İttifaqı-Çin arasında Nəqliyyat Əlaqə (Connectivity) Strategiyası və Cənubi Qafqaz regionun rolu başlıqlı mövzu üzrə araşdırmaçı.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:17
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01 May 2025 08:28see128

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see128

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see128

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see124

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see122

Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı

01 May 2025 17:41see122

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see121

Azərbaycan yığmasının məşqçisi: Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik

01 May 2025 17:41see120

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see119

Zəngin insanlar hansı rənglərdən uzaq durur və nə üçün?

01 May 2025 17:28see118

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see118

Sel körpünü dağıtdı

02 May 2025 03:01see117

Səhərlər bir ovuc kişmiş yeyərək ÖMRÜNÜZÜ UZADIN

01 May 2025 20:08see115

Qızıl almaq istəyənlər üçün fürsət sürətlə enir

01 May 2025 09:41see115

Manaf Ağayev oğullarından şikayət etdi

01 May 2025 14:44see114

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see113

25 ölkədən 175 gimnast Bakıda medal uğrunda yarışacaq...

01 May 2025 19:36see112

Aİ də qaz idxalı sabit olaraq qalır

01 May 2025 22:30see112

Trampın müşaviri və müavini vəzifələrindən gedir

01 May 2025 19:30see112

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri