“Prezidentin çıxışı həm strateji, həm də praktiki baxımdan ölkənin prioritetlərini aydın şəkildə göstərir”
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına geniş müsahibə verib. Müsahibədə ölkənin daxili və xarici siyasəti, iqtisadi və sosial inkişafla bağlı məsələlərə toxunulub. Bu açıqlamalar həm yerli, həm də beynəlxalq mediada böyük maraq və rezonans doğurub.
Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi artıq ənənə halını alıb:

“Mövcud geosiyasi şəraitdə Mərkəzi Asiyanı Qərblə coğrafi və logistika baxımından birləşdirən yeganə etibarlı ölkə Azərbaycandır, indi dövlətimiz Mərkəzi Asiya və Qərb arasından, "canlı körpü" rolunu oynayır. Azərbaycan hazırda bu iki region arasında nəqliyyat-logistika bağlantılarında mühüm rol oynayır və beynəlxalq aktorlar üçün alternativ marşrutlar təklif edir. Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında nəqliyyat, logistika və ticarət əlaqələrini təmin edən etibarlı tərəfdaşdır. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də danışıb”.
O bildirib ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır:
“2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə həmçinin Azərbaycanın digər türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirmək istəyinə diqqət çəkərək deyib: “Müsahibədə türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməyin, birgə hərbi təlimlər keçirilməsinin vacibdir.” Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər sadəcə dövlətimizin deyil, bütün Türk dünyasının gələcək təhlükəsizliyi baxımından mühüm amil və istiqamətləri əhatə edir”.
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də verdiyi müsahibə ölkənin daxili və xarici siyasətindəki prioritetləri aydın şəkildə ortaya qoydu:

“Müsahibə göstərir ki, dövlət rəhbərliyi iqtisadi inkişafı, sosial rifahı və regiondakı sabitliyi əsas hədəf hesab edir. Prezidentin çıxışı daxili siyasətdə davamlılığı və güclü idarəçiliyi vurğulayır. O, ölkənin sosial proqramlarının genişləndirilməsini və vətəndaşların rifahının artırılmasını prioritet kimi göstərdi. Beynəlxalq siyasətdə Azərbaycanın balanslı və çoxistiqamətli yanaşması diqqət çəkir. Prezident Azərbaycanın regionda konstruktiv rolunu və əməkdaşlıq siyasətini önə çəkdi. Enerji siyasətində ölkənin strateji əhəmiyyəti və ixrac imkanları vurğulandı. Xarici investorların cəlb olunması və iqtisadiyyatın şaxələndirilməsi üçün şərait yaradıldığı qeyd olundu. Dövlətin sərhəd təhlükəsizliyi və ordunun gücləndirilməsi davamlı prioritetdir. Regional əməkdaşlıq və qonşu dövlətlərlə münasibətlərin inkişafı mühüm amil kimi göstərildi. Müsahibədə Azərbaycanın diplomatik uğurları və beynəlxalq nüfuzunun artırılması vurğulandı”.
O diqqətə çatdırıb ki, sosial sahədə dövlətin ailələrə, uşaqlara və təhsilə verdiyi önəm açıq şəkildə əks olundu:
“Prezident səhiyyə və təhsil sahəsində islahatların davam etdiyini bildirdi. İqtisadi sahədə isə pandemiya sonrası bərpa proseslərinin uğurla həyata keçirildiyi diqqətə çatdırıldı. Prezidentin mesajı daxili sabitliyi qorumağa və vətəndaşların dəstəyini saxlamağa yönəlmişdir. O, dövlətin şəffaflığı və vətəndaşlarla açıq dialoqu önə çəkdi. Eyni zamanda, ölkənin hüquqi sisteminin təkmilləşdirilməsi və hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi vurğulandı. Müsahibə həm yerli, həm də beynəlxalq mediada böyük maraq doğurdu. Bu, Azərbaycanın regionda nüfuzunu və mövqeyini daha da gücləndirir. Prezidentin çıxışı həm strateji, həm də praktiki baxımdan ölkənin prioritetlərini aydın şəkildə göstərir. Müsahibə dövlətin daxili və xarici siyasətində ardıcıllığı və məqsədyönlü addımları nümayiş etdirir”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqamətində hazırlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Prezidentin Hərbi paraddakı çıxışı həm siyasi, həm də ideoloji baxımdan dərin məna daşıyır”
13 Noyabr 2025 12:26
Prezidentin çıxışı Səudiyyə mətbuatında
17 Noyabr 2024 22:22
Prezidentin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu prinsipial mövqeyi bir daha aydın şəkildə nümayiş etdirdi
26 Sentyabr 2025 19:26
Prezidentin çıxışı göstərir ki, dil məsələsi tarix və gələcək üçün strateji əhəmiyyətlidir
04 Noyabr 2025 12:13
Deputat: Prezidentin çıxışı yol xəritəsidir
25 Dekabr 2024 19:49
Baxış sayı:51
Bu xəbər 18 Yanvar 2026 18:02 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları