Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Prezidentin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu prinsipial mövqeyi bir daha aydın şəkildə nümayiş etdirdi

Prezidentin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu prinsipial mövqeyi bir daha aydın şəkildə nümayiş etdirdi

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyasındakı çıxışı Azərbaycan həqiqətlərini, ölkəmizin xarici siyasət prioritetlərini, əldə edilən nailiyyətləri və o cümlədən də ayrı-ayrı regional və qlobal proseslərə münasibətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından olduqca əhəmiyyətli oldu.
Uzun illər ərzində BMT-nin Ali tribunasından Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizliklə bağlı, ölkəmizin üzləşdiri faciələr barədə çıxışlar edən cənab Prezident bu dəfə qələbəyə və sülhə aparan uzun yoldan, Azərbaycan tarixində yeni dövrün başlamasından, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhün siyasi vasitələrlə necə təmin edilməsindən danışdı.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasınını tələb olunmasına baxmayaraq bu Qətnamələrin heç vaxt icra olunmadığını deyən cənab Prezident 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupunun da üzərinə düşən vəzifəni icra etmədiyini BMT Ali tribunasından bir daha bəyan etdi.
Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur olduğnu deyən Prezident Ermənistanın müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdığını, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdiyini də xatırladaraq 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimizin işğal altındakı əraziləri azad etdiyini, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdiyini bildirdi. Əslində Prezidentin BMT-nin icra olunmayan Qətnamələri və ATƏT Minsk Qrupu ilə bağlı dedikləri özündə BMT-nin timsalında beynəlxalq ictimaiyyətin və danışıqlara, Qətnamələrin icrasına məsul olan Minsk qrupunun timsalında həmsədr ölkələrin məsuliyyətsizliyinin bəyan edilməsini ehtiva edirdi.
Prezident öz çıxışında həmçinin müharibədən sonra başlanan sülh danışıqlarının əsas təşəbbüskarının məhz Azərbaycan olduğunu vurğulayaraq danışıqlar yalnız ikitərəfli əsasda aparıldığını və məhz buna görə də müsbət nəticələr verdiyini bildirdi. Həqiqətən də postmünaqişə dövründə aparılan Sülh danışıqlarını üçüncü qüvvələrin müdaxiləsindən qorumaq və vasitəçisiz uğurla başa çatdırmaq sülhün əldə edilməsində Azərbaycan modelinin əsas komponentlərindən biridir. Regionda sülhü və təhlükəsizliyi hərbi, siyasi və diplomatik vasitələrlə təmin edən, müharibəni və sülhü qazanan dövlətin lideri bu təcrübəni - Azərbaycan təcrübəsini bölüşməyə hazır olduğumuzu sözügedən universal təşkilatın ali kürsüsündən bəyanat etmiş oldu.
Prezidentin çıxışında daha bir vacib məqam Zəngəzur dəhlizi ilə bağlı verilən mesajlar oldu. Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı Vaşinqton Sammitinin mühüm nəticələrindən biri olaraq təqdim edən Prezidetn bu dəhlizin maneəsiz keçidi təmin edəcəyini bildirdi.
Vaşinqton Sammitinin, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarə olduğunu deyən dövlət başçısı Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunun imzalandığını da xatırladaraq bunun, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açdığını bildirdi.
Dövlət baççısı həmçinin müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərindən də geniş şəkildə danışaraq “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insanın öz dogma torpaqlarında yaşadığını qeyd etdi. Eyni zamanda olduqca ağrılı bir mövzunu, yəni ərazilərimizin minalanması faktını və mina terrorunun nəticələrini də gündəmə gətirdi ki, bu da real vəziyyətin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmli idi.
Prezidentin çıxışı ölkəmizin iqtisadi və enerji sektorundakı imkanlarını, eləcə də nəqliyyat qovşağı kimi rolunun beynəlxaq birliyə çatdırılması baxımından da önəmli oldu. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi bağlantı layihələrinin ölkəmizdən keçdiyini deyən dövlət başçısı rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq üçün böyük potensial mövcud olduğunu bildirdi.
Prezidentin çıxışını bütün beynəlxaq birliyə çağırışla yekunlaşdıraraq birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu dünya qurulmasının vacib olduğunu dedi. Bu çağırış əslində qlobal miqyasda hüquq və ədalətə əsaslanan yeni beynəlxalq münasibətlər sisteminə ehtiyac olduğuna dair çağırış kimi də qiymətləndirilə bilər.
Cənab Prezidentin beynəlxalq tribunadan verdiyi mesajlar bir daha sübut etdi ki, Azərbaycan yalnız region daxilində deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi tanınır. Ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat və logistika layihələri, iqlim dəyişiklikləri ilə mübarizə sahəsində təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu həm düzgün, həm də praqmatikdir. Bu siyasət milli maraqlara əsaslanmaqla yanaşı, eyni zamanda regional sabitlik və beynəlxalq əməkdaşlığa da töhfə verir.
Ümumiyyətlə isə qeyd edə bilərik ki, Prezidentin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu prinsipial mövqeyi, beynəlxalq hüquqa sadiqliyi, regional sülhə, sabitliyə və təhülkəsizliyə verdiyi töhfəni bir daha aydın şəkildə nümayiş etdirdi.
Yusif Bağırzadə, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Sentyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri