Icma.az
close
up
RU
Prezidentin Euronews a müsahibəsi onun qalib ölkənin güclü lideri olduğunu bir daha sübut etdi

Prezidentin Euronews a müsahibəsi onun qalib ölkənin güclü lideri olduğunu bir daha sübut etdi

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşdülər".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibəsi onun qalib ölkənin güclü lideri olduğunu bir daha sübut etdi:

"Forumda müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak etdi. Bu gün Azərbayca qlobal müzakirə platformasına çevrilərək beynəlxalq siyasət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və humanitar məsələlər üzrə mühüm forumların keçirildiyi mərkəzlərdən biri olub.

Ölkənin geosiyasi mövqeyi, diplomatik uğurları və təşəbbüsləri bu prosesdə həlledici rol oynayıb. Əlbəttə ki, ölkəmizin belə möhtərəm tədbirlərə evsahibliyi etməsi onun günbəgün artan beynəlxalq nüfuzunun sübutudur. Azərbaycanın bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi, qlobal müzakirələrdə fəal iştirakına və bəşəri problemlərin həllinə töhfə verməsinə şərait yaradır.

Forum çərçivəsində cənab Prezident İlham Əliyev "Euronews" televiziyasına verdiyi müsahibəsində dünya və regional gündəmə də toxunmaqla yanaşı həm də Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə çalışan qüvvələrə mühüm mesajlar ünvanladı.Dövlət başçısı müsahibəsində forumun əhəmiyyətindən danışaraq bildirdi ki, XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdi.Cənab Prezidentin də müsahibəsində qeyd etdiyi kimi, hazırda bölgədə nisbətən sakit bir dövr yaşanır və bu fürsət dəyərləndirilməlidir. Əsas məqsəd, yeni hərbi qarşıdurmaların qarşısını alacaq əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Müstəqillik əldə etməzdən əvvəl Cənubi Qafqaz respublikaları arasında müəyyən təmaslar var idi və bu təcrübədən yararlanaraq gələcəkdə qonşuluq prinsiplərinə əsaslanan birgə inkişaf strategiyası qurmaq mümkündür".

Emil Əkbərov vurğulayıb ki, dövlət başçısının müsahibəsində toxunduğu önəmli məsələlərdən biri də dünyada nizamlı sistemin olmaması barədədir:

"Bu gün dünyada sürətli dəyişikliklər gedir və qlobal səviyyədə müxtəlif siyasi, iqtisadi və ekoloji problemlər son illərdə daha mürəkkəb hala gəlib. Əvvəllər mövcud olan qaydalar və strukturlaşmış beynəlxalq münasibətlər bəzi hallarda öz effektivliyini itirir. Bununla yanaşı, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da mürəkkəbləşdirib. Prezident İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir.

Dövlət başçısı müsahibədə beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli olmadığını da qeyd etdi. Dövlət başçısının müsahibədə səsləndirdiyi və dünyada cəryan edən geosiyas, geoiqtisadi proseslərə baxışını əks etdirən cümlələrdən aydın olur ki, Azərbaycan kimi hər bir ölkə öz gücünə, imkanlarına belə bağlamalıdır. Beynəlxalq yardıma və hüquqa arxalanmaq olmaz, bu hər bir ölkə üçün risklidir. Azərbaycan hər zaman öz gücünə güvənən ölkə olub. Müsqətillik illərində Azərbaycan beynəlxalq səviyyədə ikili standartlara məruz qaldı. Problemlərin həllində müvafiq beynəlxalq təşkilatlardan hər hansı bir yetərli dəstək almadıq. Ölkəmiz beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı oldu. Amma milli maraqlarımız məsələsində Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmadı. Təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir.

Yəni öz resurslarımıza güvənirdik, suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik. Bu gün gələcəyimizi öz gücümüzə qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir".

Emil Əkbərov söyləyib ki, dövlət başçısınınn vurğuladığı kimi növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm:

"Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir. Sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Mart 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see270

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see203

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see175

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see156

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see153

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see140

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see140

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see136

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see134

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see133

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see132

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see132

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see132

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see129

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see124

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see123

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see123

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri