Icma.az
close
up
RU
“Bütün dünya bizimlə maraqlanmağa başladı” Qurban Qurbanovun “Euronews”a MÜSAHİBƏSİ + VİDEO

“Bütün dünya bizimlə maraqlanmağa başladı” Qurban Qurbanovun “Euronews”a MÜSAHİBƏSİ + VİDEO

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Qarabağ” olaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksəldiyimiz üçün qürur hissi keçirirəm”.

İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Euronews” kanalına açıqlamasında deyib.

53 yaşlı mütəxəssis Azərbaycanı idman ölkəsi adlandırıb:

“İstər güləş, istər cüdoda çoxlu çempion idmançılarımız var. Olimpiya və dünya çempionlarımız kifayət qədərdir. Azərbaycan idman ölkəsidir. Futbol elə səviyyəyə çatıb ki, bununla ayaqlaşmaq heç də asan deyil. Çempionlar Liqasında zəif komanda yoxdur. Belə komandalara qalib gəlmək və ön sıralarda olmaq məni sevindirməyə bilməz. Çünki demək olar ki, bütün dünya bizimlə maraqlanmağa başladı”.

Təcrübəli çalışdırıcı Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində 3:2 hesablı qələbəni də dəyərləndirib:

“Futbolçularla hər zaman deyirəm ki, daha uğurlu nəticələr əldə etmək və böyümək üçün istənilən komandaya qarşı inamlı, cəsarətli oynamalıyıq. Emosiyalarımı sözlə ifadə edə bilmərəm. Çünki “Benfika” kimi komanda önündə iki top buraxdıqdan sonra üç qol vurmaq böyük nailiyyətdir. Çünki “Benfika” istənilən an üç və ya dördüncü qolu vura bilərdi. Belə qələbələrə görə futbolçular həddən artıq sevinirlər. Oyundan əvvəl bəlkə də tək-tük insan nəinki qələbəmiz, hətta bərabərliyimiz barədə düşünərdi. Avropanın bütün ölkələrində qalibiyyətimiz barədə danışıldı. Bu, komandamıza əlavə inam yaratdı. Bu cür turnirdə iştirak etmək haqqımızda daha çox maraqlanmalarına səbəb olur. Yenidən Çempionlar Liqasında çıxış etməyimiz Qarabağ adının tarixini ciddi surətdə bəyan etdi”.

Qurban Qurbanov daha yaxşı nəticələr qazanmağa çalışacaqlarını vurğulayıb:

“Həmişə qarşımıza qoyduğumuz məqsəd maksimum çalışaraq, daha da irəli getmək olub. Get-gedə həm “Qarabağ”a, həm də Azərbaycan futboluna diqqət çoxalır. Belə olan halda da istər-istəməz klubu daha da inkişaf etdirəcəyimizə və uğurlu nəticələr əldə etməyə dair ümidim artır”.

Qeyd edək ki, “Qarabağ” Çempionkar Liqasında iki turdan sonra altı xalla liderlər qrupunda qərarlaşıb. Azərbaycan çempionu növbəti oyununu oktyabrın 22-də səfərdə “Atletik”ə qarşı keçirəcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri