Icma.az
close
up
RU
Prezidentin mesajları: Türk dünyasında liderliyə aparan yol

Prezidentin mesajları: Türk dünyasında liderliyə aparan yol

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidentinin 2025-ci ilin yekunlarına dair verdiyi müsahibə təkcə ötən dövrün qiymətləndirilməsi yox, həm də ölkənin 2025-ci ildə formalaşdırdığı yeni geosiyasi arxitekturanın konturları kimi çıxış edir.

Müsahibədə səslənən fikirlər göstərdi ki, Azərbaycan regional güc statusunu möhkəmləndirməklə yanaşı, beynəlxalq münasibətlər sistemində öz strateji mövqeyini daha da gücləndirib və qazanılmış hərbi-siyasi reallıqları qlobal diplomatiyada təsbit etdirməyə nail olub.

Yanaşma həm Türk dünyasında artan liderlik missiyası, həm də böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasət fonunda Azərbaycanın qarşıdakı illərdə hansı istiqamətlərə fokuslanacağını müəyyənləşdirir.

İlham Əliyevin səsləndirdiyi tezislər  ölkə gündəminin əsas başlıqlarına çevrildi. Prezidentin açıqladığı strateji istiqamətlər Azərbaycanın 2026-cı ildə regional güc dinamikasında rolunu necə gücləndirə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidenti 2025-ci ilin yekunlarına dair yerli mətbuata verdiyi müsahibəsində, əslində, Azərbaycan ictimaiyyətinə həm də 2025-ci ilə dair geniş bir hesabat təqdim etmiş oldu: 

"Müsahibədən aydın görünür ki, 2025-ci il dövlətçilik taleyimiz, ölkəmizin gələcəyi və milli maraqlarımız baxımından son dərəcə mühüm, kritik və strateji qərarların qəbul edildiyi bir il kimi tarixə düşüb. Azərbaycan bu müddətdə beynəlxalq münasibətlər sistemində öz yerini və rolunu daha da gücləndirməyi bacarıb".

Onun sözlərinə görə, bu nailiyyətlərin başında, dövlət başçısının xüsusi vurğuladığı kimi, ilk növbədə 2025-ci il avqustun 8-də ABŞ-də keçirilən görüşlər nəticəsində 2020-ci il müharibəsində əldə etdiyimiz hərbi-siyasi reallığın diplomatik müstəvidə rəsmən qəbul etdirilməsi dayanır. Prezidentin sözləri ilə desək, Azərbaycan “dünyanın bir nömrəli sarayın”da tarixi qələbəsinə diplomatik möhür vurmuş oldu.

Hikmət Babaoğlu: Prezident xüsusi olaraq Çin–Azərbaycan əlaqələrini son illərin mühüm nailiyyəti kimi qeyd etdi

"Müsahibədə həmçinin dünya siyasətində həlledici rol oynayan digər qüdrət mərkəzləri ilə münasibətlərə toxunuldu. Prezident xüsusi olaraq Çin-Azərbaycan əlaqələrini son illərin mühüm nailiyyəti kimi qeyd etdi. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində ikitərəfli, çoxşaxəli və üçtərəfli formatlarda əməkdaşlığın daha da dərinləşməsi vurğulandı",- deyə parlamentari qeyd edib.

Həmsöhbətimiz əlavə edib ki, bütün bu istiqamətlər 2025-ci ildə formalaşdırılan strateji platformanın əsas komponentləridir və məhz bu baza üzərində 2026-cı ilin və sonrakı dövrün xarici siyasət prioritetləri müəyyənləşdirilir. Xarici siyasət xəttində Azərbaycan Prezidenti bir daha Türk dünyasını prioritet elan etdi və onu “bizim ailəmiz” kimi səciyyələndirdi:

"Doğrudan da, hazırkı mürəkkəb tarixi proseslər fonunda aid olduğumuz etnik, tarixi və mədəni coğrafiyanın strateji və hərbi-siyasi məkana çevrilməsi üçün Azərbaycan və Türkiyə lokomotiv rolunu oynayır. Bu istiqamətdə artıq ciddi uğurlar əldə olunub. Bu uğurlar isə gələcəkdə həmin coğrafiyada söz və nüfuz imkanlarımızı daha da genişləndirir".

Sonda Milli Məclisin üzvü qeyd edib ki, buraya iqtisadi, təhlükəsizlik və kommunikasiya amilləri daxildir. Bu amillərin sintezi Türk Dövlətləri Təşkilatının coğrafiyasını yaxın illərdə qlobal siyasətdə strateji mərkəzlərdən birinə çevirməyə imkan verəcək.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri