Icma.az
close
up
RU
Prezidentin Moskva səfərinin təxirə salınması “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsinin növbəti əsaslı sübutudur RƏY

Prezidentin Moskva səfərinin təxirə salınması “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsinin növbəti əsaslı sübutudur RƏY

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq. Ölkə Prezidentinin bu qərarı son dövrlər Rusiya-Azərbaycan münasibətlərinə bir daha diqqət çəkib, Aktauda baş verən təyyarə qəzasını, ölkəyə edilən kiberhücumları və son olaraq Milli Məclisin deputatı Azər Badamovun Moskva Hava Limanında saxlanılması məsələsini gündəmə gətirib. Qonşu ölkələrlə hər zaman sülh, dostluq tərəfdarı olan Azərbaycan dövlətinin verdiyi qərarlar hər zaman düşünülmüş xarici siyasətə söykənib. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Moskva səfərinin təxirə salınması da onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsinin növbəti əsaslı sübutudur.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Moskvada keçiriləcək paradda iştirak etməyəcəyi ilə bağlı müxtəlif mülahizələr var.

“Biz Rusiya ilə strateji müttəfiqik və strateji müttəfiqlik münasibətlərinə adekvat davranışımız olmalıdır. Bizim fundamental məsələlərdə mövqeyimiz üst-üstə düşürsə, deməli, bu məntiqdən çıxış edərək münasibətlərimizi qurmalı, inkişaf etdirməliyik. Aktauda baş verən məlum təyyarə qəzası ilə bağlı hadisə Rusiya və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə xeyli ziyan vurdu. Cənab Prezident İlham Əliyevin bu məsələlərlə bağlı qətiyyətli mövqeyi var idi. Əsas tələblərdən biri bu idi ki, qəzaya görə məsuliyyət daşıyan tərəflər üzə çıxarılsın, onlar cinayət məsuliyyətinə cəlb edilsin, hüquqi müstəvidə cəzalandırılsınlar. Güman edirik ki, bu proses sürətlə baş verəcək. Axı biz müttəfiqlərik. Deməli, müttəfiqlik münasibətlərinə arxalanaraq içimizdə inam var idi ki, məhz belə də olacaq. Amma bu günə kimi hələ məlum faciəyə görə məsuliyyət daşıyan tərəflər üzə çıxarılmayıblar. Heç bir konkret şəxs cəzalandırılmayıb. Təbii ki, bu, münasibətlərimizə çox ciddi kölgə salıb. Bu amili xüsusi vurğulamaq istəyərdim. Güman etmək olardı ki, 9 Maya qədər bütün bu məsələlər öz həllini tapacaq, lakin əksini gördük. Eyni zamanda son dövrlər Azərbaycana qarşı məhz Rusiya tərəfdən kiberhücum faktları da qeydə alınıb. Bu da strateji müttəfiqlik münasibətlərimizə heç uyğun gəlmir. Hesab edirəm, bu kimi halları nəzərə alaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin Moskva səfəri baş tutmayıb”, - deputat bildirib.

Siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Rusiya özünü normal sivil dövlət kimi aparmır:

“Azərbaycan Prezidentinin Qələbə Paradında iştirak etməməsini Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov belə izah etdi ki, Bakıda ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı tədbirlər nəzərdə tutulub, bu səbəbdən Prezident İlham Əliyev Paradda iştirak etməyəcək. Hesab edirəm, bu, kifayət qədər əsaslı səbəbdir. Eyni zamanda nəzərə alsaq ki, müharibə gedir, Ukrayna Qələbə Paradında iştirak etməyi planlaşdıran xarici ölkə liderlərinə müraciət edərək onları bu fikirdən çəkinməyə çağırdı. Hətta Ukrayna Prezidenti dövlət liderlərini təhlükəsizliklə bağlı müəyyən qədər təhdid də etdi. Dedi ki, biz sizin təhlükəsizliyinizə təminat vermirik. Bu da məlumdur ki, Ukrayna Rusiyaya dron hücumları təşkil edir, raketlər müəyyən obyektləri vurmağa cəhd göstərir, bəzən bu məqsədinə nail olur. Müharibə bunu da göstərdi ki, Rusiyanın hava hücumundan müdafiə sistemi dron hücumlarının qarşısını almaqda müəyyən qədər çətinlik çəkir. Belə məqamda hesab edirəm ki, Qələbə Paradında iştirak etmək yanlış addım olardı. Üstəlik, Rusiyaya açıq şəkildə təklif olundu ki, 30 günlük atəşkəs elan olunsun. Əgər Rusiya qələbənin 80 illiyinə dəyər versəydi, elə bu tədbirlə bağlı 30 günlük atəşkəsə razılıq verərdi, ancaq vermədi. Moskva özü Qələbənin 80 illiyi illiyinə dəyər vermədisə, dövlət başçıları nəyə görə bu tədbirdə iştirak edib, özlərini təhlükəyə məruz qoymalıdırlar? Digər tərəfdən, Azərbaycanla Rusiya arasında müəyyən problemlərin olduğu hamıya məlumdur. Ən əsası AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı hələ də Rusiya bizi qane edəcək davranış sərgiləməyib. Bu da bizi razı salmır. Üstəlik, bu günlərdə Azərbaycan deputatının heç bir ciddi əsas olmadan saxlanılaraq Moskvadan geri qaytarılması... Bütün bunlar Rusiyanın Azərbaycana qarşı sərgilədiyi qeyri-dost davranışlardır. Bəzən buna uyğun reaksiya vermək məcburiyyətində qalırıq. Prezidentlərin imzaladıqları Bəyannamə parlamentlərdə təsdiqlənməyib. Bunun da əsas günahkarı Rusiyadır, çünki təsdiq tarixi Kremldə müəyyən olunmalıdır. Onlar öz parlamentlərində ilkin olaraq sənədi təsdiq etməlidirlər ki, Azərbaycan da həmin bəyannaməni öz Milli Məclisində təsdiqə çıxarsın. Rusiyanın davranışları, təbii ki, müttəfiqlik barədə imzaladığımız sənədə uyğun deyil”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 May 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see179

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see163

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see149

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see141

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see136

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see130

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see118

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see118

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see118

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see116

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see116

UFC: ABŞ dan olan idmançı Bakıda qalib olub FOTO

22 İyun 2025 05:04see114

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see114

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see113

Məşhur mağazalar şəbəkəsinin müdiri meneceri bıçaqladı

22 İyun 2025 18:26see112

ABŞ müdafiə naziri hücum təfərrüatlarını AÇIQLADI: 125 təyyarə ilə...

22 İyun 2025 16:46see112

Roma Papası dünya liderlərinə çağırış etdi: Müharibəni dayandırın

22 İyun 2025 17:43see110

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see110

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see110

10 illik xəyanət planlarının üstü açıldı ŞƏRH

22 İyun 2025 06:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri