Icma.az
close
up
RU
Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir RƏY

Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir RƏY

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Dağlıq Qarabağ”ın keçmiş dövlət naziri Ruben Vardanyan Bakı məhkəməsində ifadə verməkdən imtina edib. Ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.


R.Vardanyan aclıq aksiyası keçirdiyinə görə özünü yaxşı hiss etmədiyini söyləyib. Hakim təqsirləndirilən şəxsin həkim müayinəsindən keçməsi üçün fasilə elan edib. Fasilədən sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib. Ardınca təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib. Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar verməyə başlayıb. Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb. Məhkəmənin növbəti iclası martın 4-nə təyin olunub.


Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Azər Həsrət bundan əvvəl də Vardanyanın məhkəmə zamanı beynəlxalq və Azərbaycan prosessual qanunlarının pozulmasına etiraz olaraq aclıq aksiyası elan etməsini xatırladıb: 

“Azərbaycan ərazisində separatçılıq və terrorçuluqda təqsirləndirilən və hazırda məhkəmə qarşısında dindirilən ermənilərin məhkəmə prosesini yaxından izləyirəm. Çalışdığım qədər detalları da təhlil edirəm. Bir vaxtlar asıb- kəsən, özlərini qondarma respublikanın sahibi elan edən bu şəxslərin məhkəmə qarşısındakı davranışlarına baxıram ki, quzuya dönüblər. Havadarlarının arxasına gizlənərək kükrəyib bizi hədələyən şəxslərdən əsər qalmayıb. Ağalarına söykənərək üstümüzə hürən köpəklər indi Azərbaycanın ədalət məhkəməsi qarşısında quyruqlarını qısıb bir küncdə çömbəliblər. Vardanyanın etirazı, ifadə verməkdən imtinası onun çarəsizliyindən qaynaqlanır. “Suda boğulan saman çöpündən yapışar”- deyirlər. Vardanyan məhkəmədə ifadə verməməklə nəyəsə nail olacağını, dünya ictimaiyyətinin diqqətini cəlb edəcəyini düşünür. Boş şeydir! Mən onun Qarabağa gəlməzdən əvvəlki fəaliyyətini də araşdırmışam. Guya humanitar əməllərlə məşğul olduğunu, Vardanyanın Qarabağa qanunsuz gəlməsini, özünü qondarma respublikanın dövlət naziri elan etməsini də yaxşı bilirik. Vardanyanın digər təqsirləndirilən şəxslərdən fərqi Azərbaycan respublikasının vətəndaşı olmamasıdır. İrəvanda doğulsa da, sonradan Rusiya vətəndaşlığını alıb”. 


A.Həsrətin sözlərinə görə, Vardanyanın ifadə verməkdən imtinası hər nə qədər məqsədli olsa da, bizi narahat edəcək bir məsələ deyil: 

“Məhkəmə  boşuna qurulmayıb ki, Azərbaycan dövlətinin əlində kifayət qədər dəlil-sübutlar var. Vardanyan nə qədər istəyir özünü artistliyə qoysun, onsuz da heç bir nəticəsi olmayacaq. Onun üçün ən yaxşı yol, günahlarını etiraf edib, Azərbaycan məhkəməsindən aman diləməsidir ki, nisbətən cəzası yüngülləşsin. İfadə versələr də, verməsələr də, bütün cinayətkarlar Azərbaycan xalqına qarşı törətdiyi əməllərə görə qanun qarşısında cavab verəcəklər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 03:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri