Icma.az
close
up
RU
“Böyük şəhərin tək komandası” hansı hədəf uğrunda oynayacaq?

“Böyük şəhərin tək komandası” hansı hədəf uğrunda oynayacaq?

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Son mövsümü 8-ci yerdə bitirən “Sumqayıt”a nə yeni baş məşqçi gəlib, nə də yeni futbolçular.

Komanda rəsmi şəkildə üç futbolçu ilə yollarını ayırıb. Bunlar Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovdu. Daha beş futbolçunun - Cəsurbek Caloliddinov, Bobir Abduxalikov, Elvin Bədəlov, Murad Xaçayev və Cordan Rezabalının getmək ehtimalları ilə bağlı xəbərlərin intensivliyi artıb. Hətta Elvinlə Muradın “Neftçi” ilə anlaşdığı, qarşıdakı günlərdə bu keçirdlərin açıqlanacağı deyilir.
Özbək futbolçuların - Cəsurbeklə Bobirin komandada qalacağı böyük sualdı. Klubun mətbuat katibi Zaur Xudiyevlə əlaqə saxladıq, o bu yöndə hələ ki dəqiq bilgi olmadığını dedi. Murad Xaçayev bu mövsüm çempionatda 35, Elvin Bədəlov isə 33 oyuna çıxıb. Komandanın etibarlı dayaq sütunlarıdı. Legioner limitinin ləğvi bütün yerli futbolçularla yolları ayırmaq demək deyil. Cəsurbek komandaya oktyabrda qoşuldu, 15 oyuna çıxdı. Bu 15 oyunda cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb. Bobir isə komandaya qışda gəlsə də, ən yaxşılardan birinə çevrildi. Belə ki 13 oyuna çıxan 28 yaşlı hücumçu dörd qol, üç məhsuldar ötürmə ilə yadda qaldı, komandaya vacib xal və xallar qazandırdı. Bobirin getməmək ehtimalı varsa, mütləq saxlanılmalıdı.
Baş məşqçi yoxdu deyə, təlim-məşq toplanışı ilə bağlı da dəqiq heç nə deyilmir. Bu komandanın axırı nə olacaq?! İki mövsüm əvvəl avrokuboklara çıxan komanda ardıcıl ikinci mövsüm elitada qalmaq uğrunda oynayacaq? Belə gedişlə hər şey buna doğru gedir. Yeni stadion, nəticə görəndə stadionu dolduran azarkeş - hər şey var. Amma klub hələ də hədəflərinə uyğun baş məşqçi tapa bilmir. Çox güman, Riad Rəfiyevin başını mümkün legioner baş məşqçilər gicəlləndirir. Yoxsa Azərbaycanda işsiz olan çoxlu mütəxəssis var. İlk ağla gələn də yaxınlarda işsiz qalan Azər Bağırovdu. Tərlan Əhmədov, Azər Məmmədov kimi bir neçə “coker” baş məşqçi var ki, “Sumqayıt”ı bataqlığa düşməkdən xilas edə bilərlər. Azərbaycana gələn əcnəbi baş məşqçilərin mütləq əksəriyyəti uğurlu olmayıb. “Sumqayıt” özü də bu bəlaya düşüb. Aleksey Baqa ilə komanda nəinki qələbə qazana, heç qol da vura bilmirdi.
Bir sözlə, “kimyaçılar” təcrübəli yerli məşqçi tapıb yaxşı transfer etməklə uçurumdan qaçmalıdı. “Qəbələ” kimi komanda elitanı tərk edibsə, “Sumqayıt” üçün də belə aqibət qaçılmaz ola bilər.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 İyun 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri