Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Prezidentin müsahibəsi dünyaya verilən mühüm mesaj!

Prezidentin müsahibəsi dünyaya verilən mühüm mesaj!

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həbib Misirov,

YAP Kəlbəcər rayon təşkilatının sədri

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın Cənubi Qafqazda aparıcı lider dövlət kimi qətiyyətli mövqeyini və strateji hədəflərini bir daha ön plana çıxarıb. Bu müsahibə zamanı xüsusi ilə XII Qlobal Bakı Forumunun əhəmiyyəti yüksək dəyərləndirilib. Cənab Prezident istər Forumdakı çıxışında, istərsə də televiziyaya verdiyi müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib və dünyanı narahat edən problemləri, bu problemləri yaradan səbəbləri aydın faktlarla şərh edib.

Dövlətimizin başçısı öz müsahibəsində bir daha bildirib ki, artıq dünya nizamı pozulub və onun yoluna qoyulması çətin proses olmaqla, bəşəriyyətin fəlakətlərdən qurtulması üçün çox vacibdir. Çünki beynəlxalq hüququn norma və prinsplərinə əməl olunmaması, dünya ölkələrinin hadisələrə ikili standartlardan yanaşması, bir çox hallarda beynəlxalq təşkilatların Qərar və Qətnamələrinin ələ alınmaması artıq bəşəriyyət üçün fəlakətə gətirib çıxarır. Azərbaycan da bunu öz timsalında uzun illər hiss edib və ağrılarını yaşayıbdır. Çünki torpaqlarımız 30 il işğal altında olduğu bir dövrdə BMT təhlükəsizlik şurasının dörd Qətnaməsi olduğu halda erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altına saxlayıblar və şəhərlərimizi, kəndlərimizi talan ediblər, insanlarımıza olmazın əzablar veriblər.

Belə olan halda, beynəlxalq aləm bu məsələlərə laqeyid yanaşıb, beynəlxalq hüquq normaları sayılmayıb və nəhayət Azərbaycan öz gücü, öz qüdrəti hesabına torpaqlarını işğaldan azad edibdir. Ancaq bundan sonra da bir çox dövlətlər Azərbaycanın bu haqlı mübarizəsinə kölgə salmağa çalışıblar və müəyyən təsirlər, təqiblər göstərilibdir. Cənab Prezident bu faktları öz müsahibəsində geniş şərh edibdir və bildiribdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin, eləcə də dünyada baş verən hadisələrin nizama salınması üçün hələ uzun illər lazım olacaqdır. Çünki bu hadisələrə, bu beynəlxaq normalara aparıcı dövlətlər bilavasitə öz mənafeləri mövqeyindən yanaşırlar ki, bu da münaqişələrin aradan qaldırılmasına maneələr yaradır.

Cənab Prezident müsahibəsində qeyd edib ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. SİTAT: “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.”

Əlbəttə ki, ölkə rəhbərinə verilən suallardan biri də Amerika-Azərbaycan münasibətlərinin nizama salınmasıdır və bu gün Azərbaycanın beynəlxalq aləmlə əlaqələrinin möhkəmləndirilməsinə önəm verməsi, eləcə də Amerika kimi güclü bir dövlətlə əlaqələrin yaradılması qarşıda duran əsas vəzifələrdən sayılır və Azərbaycan dövləti, Azərbaycan Prezidenti daimi beynəlxalq münasibətlərin yaradılmasına, əlaqələrin möhkəmləndirilməsinə səy göstəribdir. Çox təəssüflər olsun ki, Amerikanın keçmiş adminstrasiyası, Bayden adminstrasiyası Azərbaycan-ABŞ münasibətlərini öz mövqeyi baxımından qiymətləndiribdir və həmin dövrdə Azərbaycana qarşı məkirli bir siyasət ortaya qoyulubdur. Cənab Prezident öz müsahibəsində bildiribdir ki, Amerikanın mövqeyi, sözsüz ki, Bayden adminstrasiyası nəzərdə tutulur, bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə də biz Tramp adminstrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq. Bu bir reallıqdır. Çünki Azərbaycan daimi olaraq, nəinki qonşu dövlətlərlə, eləcə də Avropa ölkələri, Qərblə münasibətlərin yaxşılaşmasına böyük önəm verib və bu siyasət bu gün də uğurla davam etdirilir və Cənab Prezidentin çıxışında irəli sürülən məsələlər də məhz bunu özündə ehtiva edir. Çünki Tramp adminstrasiyası hakimiyyəti zamanı Azərbaycan-Amerika münasibətləri sağlam məcrada inkişaf edib və əlaqələrdə uğurlu irəliləyişlər əldə edilibdir. Ancaq Bayden adminstrasiyası dövründə tamamilə ziddiyyətli bir mövqe seçilib və Azərbaycana qarşı qərəzli planlar irəli sürülüb, mənfur yollar seçilibdir.

Cənab Prezidentin həm  XII Qlobal Bakı Forumundakı çıxışı, həm də “Euronews” televiziyasına verdiyi müsahibəsi zamanı Cənubi Qafqaz regionunda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasında yaranmış maneələrin əsas səbəbləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bütün sülh təşəbbüslərinin müəllifi Azərbaycan olduğu halda Ermənistandan məqsədli şəkildə sülh göyərçini düzəldənlərin kimliyini açıqlayan dövlət başçımız bildirdi ki, bu missiyanı bu gün bəzi Avropa bürokratları həyata keçirir. Özü də Ermənistanın keçmişdə törətdiklərini bilə-bilə. Təbii ki, Azərbaycan zərərçəkən tərəf kimi, məruz qaldığı etnik təmizləmə, işğal siyasəti, soyqırım, ekosid, urbisid kimi cinayətləri unutmayacaq. Bu səbəbdən əslində Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətin qarşısında açıq şəkildə bəyan etdi ki, biz onların hər hansı bir sözünə inanmırıq. Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi həm gələcək fəaliyyət üçün proqram xarakterli mühüm sənəd, həm də Azərbaycanın qüdrətli dövlət kimi prinsipial mövqeyinin bəyan edilməsidir.             

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri