Icma.az
close
up
RU
Prezidentin müsahibəsi və verilən mesajlar göstərir ki,....

Prezidentin müsahibəsi və verilən mesajlar göstərir ki,....

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Yusif Bağırzadə: "Azərbaycan yalnız daxili sabitlik və enerji liderliyi ilə kifayətlənmir"
“Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə, Azərbaycanın həm regional, həm də qlobal siyasətdə strateji mövqeyini əhatəli şəkildə ortaya qoydu. Çıxışın əsas mesajlarından biri budur ki, müasir beynəlxalq münasibətlər artıq sadəcə qanunların aliliyinə əsaslanmır - dünya səhnəsində real güc, imkanlar və strateji planlama əsas rol oynayır. Bu kontekstdə Azərbaycan öz siyasətini milli maraqlar və potensial çərçivəsində quraraq, həm daxili inkişaf, həm də xarici əlaqələr baxımından nümunəvi yanaşma nümayiş etdirir”.
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, müsahibədə Prezidentin xüsusi diqqət ayırdığı mövzulardan biri Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın alınması yalnız rəmzi dəyər daşımır:
“Bu, regionda 30 ildən artıq davam edən münaqişələrin ardından Azərbaycanın sülh quruculuğu səylərinə verilən beynəlxalq qiymətdir. Prezident qeyd etdi ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər artıq sadəcə diplomatik əlaqələrdən daha çox, əməkdaşlıq və praktiki tərəfdaşlıq səviyyəsinə çatıb. Ermənistanın əsas məhsullara çıxışı təmin olunub, daşımalar üçün bütün məhdudiyyətlər aradan qaldırılıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın təməlləri möhkəmlənib. Bu yanaşma, şübhəsiz ki, Cənubi Qafqazda yalnız müvəqqəti deyil, davamlı və dayanıqlı sülhün bərqərar olunmasına xidmət edir”.
Politoloq qeyd edib ki, müsahibədə üzərində dayanılan növbəti məsələ daxili siyasət və sabitlik məsələsi ilə bağlı oldu:
“Prezident bildirdi ki, ölkə daxilində ciddi risklər yoxdur, mövcud təhdidlərin əksəriyyəti xarici mənbələrdən yarana bilər. Bu, Azərbaycanın həm daxili sabitliyi qorumaq, həm də regional təhlükəsizlik və proqnozlaşdırıla bilən inkişaf prinsiplərini gücləndirmək strategiyasının göstəricisidir. Enerji bazarındakı sabitlik də bu siyasətin əhəmiyyətli elementidir. Prezidentin də qeyd etdiyi kimi neftin qiyməti Azərbaycanın iqtisadi planlaması üçün əlverişli səviyyədədir və regional qeyri-sabitlik bu dinamikanı pozmur. Bu, həm hasilatçıların, həm də istehlakçıların gələcəyi üçün planlaşdırmanın mümkün olduğunu göstərir.
Prezident müsahibədə Azərbaycanın enerji siyasətinə də xüsusi toxundu. Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına sahib olan və onları digər ölkələrə ixrac edən yeganə dövlət kimi regionun enerji lideri olaraq çıxış edir. Hazırda Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Bu, ölkənin enerji infrastrukturunun – boru kəmərləri və nəqliyyat sisteminin – strateji üstünlüyünü ortaya qoyur. Azərbaycan həm Avropanın enerji təhlükəsizliyinə töhfə verir, həm də premium bazarlarda rəqabət gücünü artırır.
Müsahibədə həmçinin Avropa Parlamentinin Azərbaycanın müstəqil siyasətinə qarşı qərəzli münasibətinə də toxunuldu. Prezident qeyd etdi ki, artıq Avropa Parlamentinin tənqidlərinə reaksiya vermək dayandırılıb, əməkdaşlıq yalnız konstruktiv və praktik formatda – Avropa Komissiyası ilə – davam etdirilir. Bu mövqe Azərbaycanın müstəqil diplomatik xəttini və beynəlxalq əlaqələrdə prinsipial mövqeyini bir daha göstərir.
Prezidentin müsahibəsi və verilən mesajlar göstərir ki, Azərbaycan yalnız daxili sabitlik və enerji liderliyi ilə kifayətlənmir, həm də regionda sülhün qorunması, əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlıqların möhkəmləndirilməsi üzrə aktiv rol oynayır. Bu mənada ölkə başçısının verdiyi mesaj kifayət qədər aydındır. Bu mesaj özündə ölkəmizin qlobal və regional siyasətdə dayanıqlı, nüfuzlu və sülhpərvər tərəfdaş kimi mövqeyini daha da gücləndirməsini və gələcək illərdə strateji hədəflərini beynəlxalq səhnədə reallaşdırmaq əzmini ehtiva edir”.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Yanvar 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri