Icma.az
close
up
RU
Prezidentin Çin mediasına müsahibəsi dünyaya sülh, əməkdaşlıq çağırışları ŞƏRH

Prezidentin Çin mediasına müsahibəsi dünyaya sülh, əməkdaşlıq çağırışları ŞƏRH

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev müsahibələrində regional və qlobal məsələlərlə bağlı ismarışlar da verir. Bu, həm də dünya və bölgə məsələlərinə rəsmi Bakının mövqeyi sayıla bilər.

O, yanvarın 20-də İsveçrənin Davos şəhərində iqtisadi forumda iştirakı çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

Dövlət başçısı Azərbaycanın bir sıra ölkələrlə əməkdaşlığından, tərəfdaşlığından, münasibətlərindən, eləcə də geniş spektrli mövzulardan bəhs edib.

Prezident Azərbaycan-ABŞ əlaqələrindən danışarkən bildirib ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, Trampın ABŞ-yə öncəki rəhbərliyi zamanı da əlaqələrimiz çox uğurla inkişaf edib.

Dünyanın aparıcı, iqtisadi cəhətdən super güclərinin Cənubi Qafqazda yürütdükləri siyasətin uğuru Azərbaycanla münasibətdən daha çox asılıdır. Bunun bir çox səbəbləri var. İlk növbədə, Azərbaycan bəzi cəhətlərinə əsasən, həm də Yaxın Şərq ölkəsidir. Bundan başqa, neft və təbii qaz istehsalçısı, habelə beynəlxalq əhəmiyyətli nəqliyyat xətlərinin keçdiyi ölkədir. Bu istiqamətdə mövcud və gələcək layihələrdə onun rolu, töhfəsi danılmazdır.

Azərbaycan bəhs etdiyimiz və başqa məsələlər üzrə ABŞ ilə əməkdaşlıq edir. Ancaq erməni lobbisinin Azərbaycana qarşı sifarişlərinin icraçısı kimi Cozef Baydenin prezidentliyi dövründə ölkələr arasında münasibətlərdə müəyyən gərginliklər yaşanıb.

Prezident İlham Əliyev Donald Trampla hakimiyyətinin ötən dörd ilində birgə işləri yüksək qiymətləndirib. O, Cozef Baydenin prezidentliyi dövrünü iki ölkə arasında münasibətlərdə itirilmiş dörd il olaraq dəyərləndirib.

Cozef Bayden ABŞ siyasi elitasında anti-Azərbaycan dəstəsinin nümunəsi, simvoludur. O, “907 saylı düzəlişin” müəlliflərdindəndir. Bu baxımdan, Bayden sonrakı davranış, çıxış və açıqlamaları ilə ermənilər qarşısında götürdüyü öhdəliklərə əməl etməsi məntiqidir. Başqa sözlə, ondan bundan artığını gözləmək sadəlövhlük olardı. Odur ki, sonrakı illərdə o, öhdəliklərinə əməl edib.

Onun prezidentliyi dövründə ABŞ Ermənistana hərbi yardımlar edib, maliyyə yardımı göstərib. Onlar öz aralarında strateji tərəfdaşlıq xartiyası imzalayıb. Bayden administrasiyası Azərbaycana qarşı ən böyük yalanı və saxtakarlığı 2024-cü il aprelin 5-də edib. Həmin tarixdə Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ABŞ-Aİ-Ermənistan razılaşması imzalanıb.

Həmin razılaşmada Ermənistana hərbi yardım və onunla əməkdaşlıq məsələləri də nəzərdə tutulub.

Azərbaycan USAİD-in fəaliyyətinə Baydenin prezidentliyi dövründə xitam verib. Çünki bu agentlik onun administrasiyası ilə anti-Azərbaycan fəaliyyətini birgə həyata keçirib. Başqa sözlə, USAİD bu halda “axsaq atın kor nalbəndi” olub.

Siyasətdə “bəlkələr, əgərlər”lə fkir yürüdülməsə də, itirilən ötən dörd ildə iki ölkə regional və qlobal əhəmiyyətli layihələr həyata keçirə bilərdi. Elə ona görə də Prezident İlham Əliyev Baydenli illərin tarixə qovuşacağını vurğulayaraq “biz yenidən başlayacağıq” deyib.

Dövlət başçısı Kanada və Avropa İttifaqı liderləri arasında Donald Trampın prezident seçilməsi ilə ciddi qeyri-müəyyənlik və narahatlığın olduğunu deməklə qlobal səviyyədə ismarışlar verib. O, həmin liderlərin seçkidə dəstəklədikləri namizədə dair məsələyə eyham edərək Donald Trampın xarizmatik olduğunu, ABŞ-nin İttifaqda sözünün keçərliliyini, nüfuzunu bildirib: “Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin”.

Dövlət başçısı Qərb liderlərinin Donald Trampa qarşı çox ədalətsiz olduqlarını deyərək bildirib ki, onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb.

Onun sözlərinə görə, Bayden hakimiyyəti ilə müqayisədə Donald Trampın prezidentliyində dünya daha təhlükəsiz ola bilər: “Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-nin ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi”.

Dövlət başçısı Azərbaycanla ABŞ əlaqələrindən danışaraq deyib: “Biz əminik və nikbin fikirdəyik".

Bayden Azərbaycan üçün tarixdə yalnız erməni lobbisinin xidmətçisi kimi qalacaq, keçmiş SSRİ lideri Mixail Qorbaçov kimi. Sovet liderinə Nobel sülh mükafatı verilsə də, SSRİ-nin dağılmasında əsas rolu oynasa da, o, Azərbaycan xalqı üçün qatil və qərbi azərbaycanlıların köçünün qarşısını almadığı üçün cani olaraq qalacaq.

Prezident bəzi müstəmləkə keçmişi olanları davranışlarına, başqa ölkənin işlərinə müdaxilə etməyə görə tənqid edərək deyib ki, onların bu hərəkəti olmazsa, münaqişələr, narazılıqlar, müharibələr olmaz: “Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diqtə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır".

Son illər Fransa Ermənistandan alət olaraq istifadə etməklə Cənubi Qafqazı qarışdırmaq üçün Azərbaycana qarşı qarayaxma çıxışları edir.

Prezident qeyd edib ki, Azərbaycan özünü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olub: “Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı".

Dövlət başçısı bununla beynəlxalq ictimaiyyətə, imperialist və müstəmləkə keçmişi olanlara "Azərbaycanın daxili işinə qarışanlar müqavimətlə üzləşəcək" ismarışını verib. Cozef Bayden və Emmanuel Makronun yürütdüyü anti-Azərbaycan siyasəti buna örnək ola bilər.

Dövlət başçısı müsahibəsində dünyanın iki nəhəngi - Çin və ABŞ-nin bir-biri ilə münasibətini də dəyərləndirib.

O bildirib ki, Çin və ABŞ rəhbərlərinin yenidən təmasda olması dünya üçün yaxşı xəbər idi: “Bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir”.

İlham Əliyev vurğulayıb ki, müxtəlif məsələlərdə Çin və ABŞ arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması, sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq.

Ermənistan, Fransa və başqaları Azərbaycanın müharibəyə hazırlaşdığına dair yalan, saxta məlumatlar, fikirlər, açıqlamalar yayırlar.

Azərbaycan lideri bu müsahibədə dünyanın qarşıdurmaya, biri-birinin daxili işinə müdaxiləyə, müharibəyə, təcavüzə deyil, həmişəki kimi, sabitliyə, sülhə, əmin-amanlığa, əməkdaşlığa ehtiyacının olduğunu bir daha diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://report.az
archiveBu xəbər 12 Fevral 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri