Prezidentin nümayəndəsi Xocavəndə qayıdanların sayını Açıqladı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Xocavənd rayonunda 1 083 ailə doğma yurduna qayıdıb.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov media nümayəndələrinə açıqlamasında deyib.
E. Hüseynov qeyd edib ki, bu gün Xocavənd Şəhər Günüdür:
“Bildiyiniz kimi ki, 3 il əvvvəl lokal antiterror nəticəsində, bir sutkadan da az müddətdə bizim o vaxt işğal altında olan yaşayış məntəqələri, o cümlədən də Xocavənd rayonunun böyük hissəsi və Xocavənd şəhəri işğaldan azad olundu. Bu il ilk dəfədir, burda şəhər günü qeyd olunur. Çünki, bir il bundan qabaq Xocavənd şəhərinə və rayonun digər yaşayış məntəqələrinə Böyük Qayıdış prosesi baş verib.
Köçürülmə prosesi davamlı şəkildə həyata keçirilir. Artıq bu günə Xocavənd rayonunda 4 min 5 yüz nəfərə yaxın əhali məskunlaşıb. Bu, təxminən 1 083 ailə deməkdir. Cəmi 1 il ərzində 8 yaşayış məntəqəsində insanlar öz doğma dədə-baba torpaqlarına qayıdıblar”.
E. Hüseynov bu günkü qürur dolu anların tarixə yazılmasında böyük əməyin sərf olunduğunu qeyd edib:
“Bu gözəl günləri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfalar diləyirik. Rəşadətli Ordumuza, o cümlədən Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik ki, belə xoşbəxt günləri xalqımıza yaşadır. Bu gün burada böyük izdiham var, sakinlərimiz öz övladlarıyla Xocavənd şəhərinin mərkəzi parkına çıxırlar. Bu gündə həm şəhərimizin sakinləri, həm şəhərimizin qonaqları burda çox gözəl bayram tədbirində iştirak edirlər. Bu münasibətlə hər birinizi təbrik edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 Sentyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















