Prezidentin sakinlə zarafatı: “Qonşuyuq?”
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
“Qafqazinfo”nun məlumatına görə, Prezidnetlə kişi sakin arasında səmimi söhbət baş tutub.
Prezident İlham Əliyev: Təbrik edirəm. Siz nə işlə məşğul idiniz o vaxt?
Kişi sakin: Mən də burada traktorçu olmuşam. 1978-1979-cu illərdə. Sonra şofer olmuşam, kolxozda, üzümlükdə işləmişəm.
Prezident İlham Əliyev: Sonra bəs?
Kişi sakin: Otuz yaşımda da müharibə.
Prezident İlham Əliyev: Hara getdiniz?
Kişi sakin: Bakıya getdik, Buzovnada qalırdıq.
Prezident İlham Əliyev: Qonşuyuq?
Kişi sakin: Qonşuyuq. Allah köməyiniz olsun. Allah Sizi saxlasın.
Prezident İlham Əliyev: İndi də Allaha şükür, qayıtmısınız. Burada məşğulluqla problem var?
Kişi sakin: Yox, yox. Sürücü işləyirəm hələ ki.
Prezident İlham Əliyev: Burada iş çox olacaq. Zəngəzur dəhlizi də kəndin ərazisindən keçir. Burada böyük inkişaf gözlənilir, dəmir yolu da işləyəcək.
Kişi sakin: Çox sevinirik. Allah Sizi sevindirsin. Hər dəfə deyirsiniz, bizi sevindirirsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 Noyabr 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















