Icma.az
close
up
RU
Prezidentin səsləndirdiyi fikirlər qlobal həmrəyliyə xidmət edir

Prezidentin səsləndirdiyi fikirlər qlobal həmrəyliyə xidmət edir

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


COP29-un ən vacib məqamlarından biri də Qlobal Həmrəylik anlayışının tez-tez gündəmə gətirilməsi, populyarlaşdırılması oldu. İstər COP29-un açılış mərasimində, istərsə də bu tədbir çərçivəsində keçirilən Liderlər Sammitində, kiçik ada dövlətlərinin Sammitində, Bakı Təşəbbüs Qrupunun aksiyasında, eləcə də digər yan tədbirlərdə və panel müzakirələrində iqlim dəyişmələrinə qarşı mübarizədə, ətraf mühitin qorunmasında, ekosidə və kultursidə səbəb olan münaqişələrin qarşısının alınmasında qlobal həmrəyliyin bəşəriyyətin gələcəyi üçün nə qədər vacib instrumentasiyalardan biri olduğu öz təsdiqini tapdı.
Qlobal həmrəyliyin həmçinin neoimperializmdən və neokolonializmdən əziyyət çəkən xalqların, o cümlədən də kiçik ada dövlətlərinin üzləşdikləri problemlərin dünya birliyinin gündəminə gətirilməsində də rolu danılmazdır. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə COP29 çərçivəsində Fransa və Niderlandın müstəməkçilik siyasətinə qarşı keçirilən etiraz aksiyası da qlobal həmrəyliyə hesablanan bir aksiya idi. "Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik" devizi altında keçirilən bu aksiya dünyada böyük rezonansa səbəb oldu.
"Demokratiya", "insan hüquqları", "söz azadlığı", "beynəlxalq hüquq" kimi universal anlayışları öz əlində "bayrağ"a çevirmiş Fransa kimi supergücün dünyanın bir sıra ərazilərində hələ də yeni müstəmləkəçilik siyasətini davam etdirməsi bu aksiyanın sayəsində bir daha dünya birliyinin diqqətinə çatdırılmış oldu. Rəsmi Parisin aşağılayıcı bir ifadə ilə "dənizaşırı ərazilər" adlandırdığı kiçik ada dövlətlərində, o cümlədən Yeni Kaledoniyada həyata keçirdiyi diskriminasiya və sömürgəçilik siyasəti çox ağır iqtisadi və ekoloji fəsadlara səbəb olur, təbii sərvətlərin talanması və ətaf mühitin dəyişikliklərə məruz qalması ilə nəticələnir. Fransanın bəzi ərazilərdə nüvə sınaqları və kimyəvi silahların sınaqlarını keçirməsi də ətraf mühitin çirklənməsində və qlobal iqlim böhranının dərinləşməsində əhəmiyyətli təsirə malikdir.
Bakı Təşəbbüs Qrupunun keçirdiyi "Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik" aksiyası Fransanın insanlıq əleyhinə, qeyri-humanist davranışlarının beynəlxalq ictimaiyyət tərəfindən qınanılması baxımından olduqca əhəmiyyətlidir. Makron Fransası kiçik ada dövlətlərinin hüquqlarına hörmətlə yanaşmağı öyrənməlidir. COP29-da yeni müstəmləkəçiliyin beynəlxalq qınaq hədəfinə çevrilməsi Fransa üçün ciddi dərs olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin COP29 çərçivəsində keçirilən kiçik ada dövlətlərinin Sammitində Makron rejiminin "dənizaşırı" ərazilərdə törətdiyi cinayətkar əməlləri ictimailəşdirməsi isə həmin ərazilərin xalqlarının hüquqlarının müdafiəsi baxımından olduqca önəmlidir. Prezidentin səsləndirdiyi fikirlər qlobal həmrəyliyə xidmət edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Noyabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see229

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see204

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see204

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see149

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri