Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisinə general mayor rütbəsi verilib
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Azərbaycan Karate Federasiyası bu qurumun vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması münasibətilə onu təbrik edib.
Bu barədə Modern.az-a Federasiyadan daxil olan məlumatda bildirilib.
Məlumatda o da qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Fərid Əsgərov general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Federasiya bu məsuliyyətli və şərəfli fəaliyyətində Fərid Əsgərova uğurlar arzulayıb.
Xatırladaq ki, Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilərək, Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunub.
Fərid Əsgərov son təyinatadək polkovnik rütbəsində Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini postunu tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 01 İyul 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















