Icma.az
close
up
RU
Prezidentin təklifi artan təhdidlərə qarşı hərbi güc

Prezidentin təklifi artan təhdidlərə qarşı hərbi güc

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Ölkə başçısı Türk Dövlətləri Təşkilatının təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığını qabardıb; “Türk NATO”su qurmaq mümkün olacaqmı? 

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) önəmi haqqında fikirləri bu qurumun gələcək vizyonunun nələrdən ibarət olacağını ortaya qoyan yol xəritəsidir. Qarabağ Zəfəri ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan Türk Dövlətləri Təşkilatı kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində səylərini artırır. 

Prezident İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında diqqətçəkən məqama da toxunub. Dövlət başçısı deyib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, TDT-nin təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı böyük əhəmiyyət daşıyır: “Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”. 

TDT heç bir quruma, birliyə və ölkəyə qarşı qurulmuş təşkilat deyil. Çağdaş dünyada gedən proseslərə hakim olmaq, müəyyən qlobal məsələləri həll etmək üçün TDT-nin daha da güclənməsinə ehtiyac var. Məhz bu səbəbdən də dövlət başçısı hazırda dünyada artan təhlükələrə vurğu edərək müdafiə, TDT-nin təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığını qabardıb.  Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Qeyd edək ki, “Birləşdik-2024" əməliyyat-taktiki komanda-qərargah təlimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən Qazaxıstanın Aktau şəhərində keçirilib. Sosial Tədqiqatlar Mərkəzinin iyunda keçirdiyi rəy sorğusunda iştirak edənlərin 84.2%-i TDT-nin iqtisadi və mədəni əlaqələrlə yanaşı, hərbi-siyasi əməkdaşlıq formatında qurulmasını istədiyini bildirib. Yəni hərbi birlik formatı həm də sosial tələbdir.  Prezident İlham Əliyev TDT-nin hərbi bir strukturunun yaranmasının labudlüyünü bir neçə dəfə dilə gətirib. Bu baxımdan hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının tərkibində hərbi bir strukturun yaranma ehtimalı kifayət qədər böyükdür. 

Ramil Məmmədli 

“Razıyam ki, Turan ordusu yaradılmasına doğru getməliyik. Niyə də "Türk NATO"su olmasın?! Dünyada müdafiə blokları təhlükəsizliyə qarşı güclərini artırırlar, türk dünyası da özünün hərbi strukturunu yarada bilər. Sadəcə, bunun tezliklə reallaşmasını ləngidən səbəblər var" - hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a şərhində belə deyir. Onun sözlərinə görə, hazırda birgə təlimlər keçirilməsi ilə prosesi inkişaf etdirmək mümkündür, lakin TDT-nin hərbi qanadının olması üçün böyük bir yol edilməlidir: “Əvvəla, nəzərə almaq lazımdır ki, Qazaxıstan və Qırğızıstan artıq hərbi blokda təmsil olunur. Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gedir. Burada söz sahibi Rusiyadır. Türkiyə isə bu blokdan tamamilə uzaq və hətta münaqişə səbəbindən düşmən olan hərbi blokda yer alır - NATO üzvüdür. Azərbaycan və Özbəkistan KTMT-ni çoxdan tərk edib, biz Qoşulmama Hərəkatına sədrlik edirik və üzvük, heç bir hərbi bloka da qoşulmuruq. Əlqərəz, kifayət qədər ziddiyyətli  bir reallıq var və bu ölkələr Türk Dövlətləri Təşkilatına üzvdürlər. Təbii ki, bütün bu faktlar təşkilatın hərbi gücünün yaradılmasına əsl maneə olmur”.

Hərbi analitik hesab edir ki, əgər bu struktur hərbi blok şəklində yaradılacaqsa, Rusiya və İranın, eləcə də Qərbin reaksiyası diqqətlə izlənilməlidir. Eyni zamanda Azərbaycanın da artıq Qoşulmama Hərəkatından çıxmasını ehtiva edəcək. Lakin R.Məmmədli TDT-nin hərbi-texniki əməkdaşlıq şəklində birgə mərkəzinin yaradılmasını istisna etmir: “Üzv ölkələr hərbi müttəfiqlik bəyannaməsi bağlaya bilərlər ki, gələcəkdə təhdidlər olanda bir-birinə dəstək ifadə etsinlər. Türkiyə ilə artıq belə bir sənədimiz var. Əgər müdafiə blokuna çevriləcəksə, o zaman Rusiyanın xoşuna gəlməyəcəyini söyləmək lazımdır. O zaman KTMT daha da əhəmiyyətini itirmiş olacaq. Hesab edirəm ki, Türkiyənin NATO üzvü olması da nəzərə alınmalıdır. Yəni Ankara ikinci hərbi bloka qoşulmuş olacaq ki, bu çox da Amerikanı narahat etməməlidir. Məncə, təşkilatın daha çox əməkdaşlıq səviyyəsində hərbi gücünün yaradılması məqsədəuyğundur”.

Çingiz Qənizadə

Hüquq müdafiəçisi Çingiz Qənizadə isə dünyada hərbi eskalasiya risklərinin, təhdidlərin artdığı zamanda Azərbaycan Prezidentinin təklifini müsbət dəyərləndirir, bu ideyanın reallaşmasını labüd sayır. Ç.Qənizadənin fikrincə, yerləşdiyimiz coğrafiyanın hərbi-siyasi əhəmiyyəti nəzərə alınmalı, bölgədə kövrək və həssas proseslərin getdiyi diqqətdən qaçmamalıdır: “Bu baxımdan, Azərbaycan Prezidenti kifayət qədər mühüm təşəbbüslə çıxış edib. Türk dövlətlərinin hərbi qüdrəti, potensialı bir araya gətiriləndə xain güclər də, bölgədə məkrli oyunlar həyata keçirmək istəyənlər də gücümüzü görəcəklər, qiymətləndirəcəklər. Hazırda təkcə NATO və KTMT deyil, məsələn, ABŞ, Britaniya, Kanada, Avstraliyanın yaratdığı bir hərbi platforma da var. Yəni dünyada müttəfiqlər daha da əlaqələri yüksəldirlər. Bu təşkilata üzv ölkələrin də başda qardaş Türkiyənin ordusu olmaqla,  yetərincə böyük gücü var. Söhbət ondan getmir ki, hərbi struktur müharibəyə hazırlaşacaq, sadəcə, artan təhdidlər fonunda belə bir birliyə zərurət var”.

Hüquq müdafiəçisi TDT-nin böyük bir perspektivini görür: “Cənab İlham Əliyev və hörmətli Ərdoğan bu prosesin ən aparıcı liderləridir. Bu gün türkdilli ölkələr arasında yaxınlaşma sürətlənib, görüşlər intensivləşib, təmaslar artıb, müxtəlif səviyyəli tədbirlər təşkil olunur, Qarabağın bərpasına mümkün qədər dəstək olurlar... Yəni bu platforma zərurətdir, heç vaxt olmadığı qədər Türk dünyasının bir yaxınlaşması səhifəsi açılıb, prosesi sürətləndirmək lazımdır. Bu ölkələr təşkilatda ən müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndiriblərsə, təşkilatın hərbi strukturunun qurulması da mümkündür, ortada siyasi iradə də var”. 

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Türk Dövlətləri Təşkilatının (TDT) artıq yeni bayrağı qəbul edilib. Bayrağın dizaynında mavi fon üzərində səkkizbucaqlı, aypara və ulduz, mərkəzdə düz şüaları olan günəş təsvir edilib. Mavi fon təmiz səmanı, sülhü və rifahı simvolizə edir. Monoxrom fon türk xalqlarının birliyini ifadə edir. Tarixən mavi rəng türk mədəniyyəti və ənənələri ilə əlaqələndirilib ki, bu da onun mədəni əhəmiyyətini daha da gücləndirir. Səkkizbucaqlı əsrlərlə mövcud olan türk dövlətçiliyini təmsil edir, respublikanın (hürriyyət) təsdiqi, sabitlik, qarşılıqlı əlaqə və ümumi türk mədəni irsindən qaynaqlanan gücün rəmzi kimi çıxış edir. Türk və islam ənənələrində səkkizbucaqlı rəhbərlik və müdriklik rəmzidir, təşkilatın gələcək yoluna mayak rolunu oynayır.
“Yeni Müsavat” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Noyabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri