Prezidentlər AzərbaycanErmənistan münasibətlərinin normallaşmasına dəstək ifadə ediblər
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev imzaladıqları birgə bəyannamədə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına və iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasına tam dəstəklərini ifadə ediblər.
Reyting.az xəbər verir ki, bu barədə Yelisey sarayının rəsmi saytı iki ölkə prezidenti arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı birgə bəyannaməyə istinadla məlumat yayıb.
“Prezidentlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, hər iki dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşaraq, regionda ədalətli və sabit sülhün bərqərar olmasına imkan verəcək sazişin tezliklə imzalanmasına tam dəstək ifadə ediblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Qazaxıstan lideri Fransa prezidentinin dəvəti ilə 2024-cü il noyabrın 4-dən 5-dək Fransada dövlət səfərində olub.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Moskva AzərbaycanErmənistan münasibətlərinin normallaşmasına töhfə verməkdən çəkinmir
29 Noyabr 2024 16:25
Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər
20 Sentyabr 2025 13:41
Prezidentlər İlham Əliyevə zəng ediblər
15 Mart 2025 20:07
Yaşar Gülər AzərbaycanErmənistan münasibətlərinin normallaşması prosesindən danışıb
26 Noyabr 2024 14:37
Putin: AzərbaycanErmənistan münasibətlərinin normallaşması üçün hər şeyi edirik
05 Noyabr 2024 15:59
Baxış sayı:138
Bu xəbər 06 Noyabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















