Icma.az
close
up
RU
Prezidentlərin bəyanatlarındakı ştrixlər: Özbəkistanla münasibətlərin yeni yol xəritəsi

Prezidentlərin bəyanatlarındakı ştrixlər: Özbəkistanla münasibətlərin yeni yol xəritəsi

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin genişləndirilməsi prizmasından xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı təmaslar uzunmüddətli gələcəyə yönəlik yeni strategiya hazırlanmasını stimullaşdıracaq.

İyulun 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəldi.

Bu səfər iki dost və qardaş ölkə arasında münasibətlərin genişləndirilməsi prizmasından xüsusi əhəmiyyət daşıyır. Səfər proqramından aydın oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı ilə strateji tərəfdaşlıq əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edib. Eyni zamanda təhlükəsizlik, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilməsi gündəmdə olub.

Bu, iki dövlətin uzunmüddətli gələcəyə yönəlik yeni strategiya hazırlamasını stimullaşdıracaq. Ona görə də bu mühüm səfər Azərbaycan və Özbəkistan arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərin növbəti təzahürü kimi qiymətləndirilməlidir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Qiymətli strateji tərəfdaşlığın məzmunu

Qeyd edək ki, dövlət səfəri ölkələr arasındakı münasibətlərin ən yüksək məqamını ifadə edir. Bu cür səfərlər ölkələr arasındakı münasibətlərin aliliyini göstərir, onun strateji tərəfdaşlıq və dostluq əlaqələrinə söykəndiyinin dəlili kimi çıxış edir. Dövlət səfəri çərçivəsində imzalanan sənədlər ikitərəfli əməkdaşlığın hüquqi bazasını möhkəmləndirir və qarşılıqlı münasibətlərin gələcək inkişafı üçün yol xəritəsi rolunu oynayır. Diqqət yetirmək lazımdır ki, Şavkat Mirziyoyev Azərbaycana səfəri zamanı:

- Prezident İlham Əliyevlə təkbətək görüş keçirdi;

- İlham Əliyevlə Bakıda "Özbəkistan" parkının təməlini qoydu;

- İlham Əliyevlə birlikdə Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak etdi;

- Azərbaycan lideri ilə Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzində oldu.

Səfərin bu sıx qrafiki Azərbaycan-Özbəkistan əlaqələrinin qarşılıqlı maraqların inkişafını yüksəldən dəyərə malikdir.

Belə qiymətli strateji tərəfdaşlığın məzmunu liderlərin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasında və prezidentlərin mətbuata birgə bəyanatlarında da ifadə olundu.

Şuranın iclasından sonra prezidentlər Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimində iştirak etdilər.

Mərasimdə Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar. Bundan başqa "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün "Yol xəritəsi" də daxil olmaqla bir neçə mühüm sənəd mübadilə edildi.

Prezidentlərin bəyanatlarındakı ştrixlər

Prezidentlərin mətbuata birgə bəyanatları əlaqələrin çoxşaxəli olmasını, iki ölkənin bir çox sahədə, o cümlədən təhlükəsizlik sahəsində strateji tərəfdaşlıq səviyyəsində perspektiv əməkdaşlıq imkanlarını göstərir. İqtisadi, təhsil, siyasi, təhlükəsizlik, energetika sahələrində birgə layihələr çox şeydən xəbər verir.

Bu əlaqələr Azərbaycanın Mərkəzi Asiyadakı, Özbəkistanın isə Cənubi Qafqazdakı qarşılıqlı maraqlarını dəstəkləyəcək. Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid geosiyasi imkanlar müstəvisində nəzərdən keçirərkən strateji birlik, dostluq, etimad və qarşılıqlı faydaya söykəyirlər. Bu, regionda sülhün, sabitliyin, təhlükəsizlik və inkişafın təmin edilməsində mühüm rol oynayır.

Regional inteqrasiyanın əsas platformalarından biri

Göründüyü kimi, Azərbaycan-Özbəkistan əlaqələri regionda əməkdaşlığın və inteqrasiyanın əsas platformalarından biri kimi getdikcə daha böyük rol oynayır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inkişaf etdirdiyi strateji əlaqələr Türk Dövlətləri Təşkilatının (TDT) inkişafına əhəmiyyətli töhfə verir. Bu münasibətlər təşkilatın prioritetlərinə - siyasi, iqtisadi və təhlükəsizlik sahələrində qarşılıqlı dəstək və birgə təşəbbüslərin reallaşdırılmasına tam uyğundur.

TDT-nin güc olmaq planlarına təkan verən addımlar

Bu əməkdaşlıq modeli Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq arenada daha səmərəli, vahid və çevik aktor kimi çıxış etməsinə şərait yaradır. Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri təşkilatın strateji prioritetlərinin həyata keçirilməsi üçün mühüm nümunə təşkil edərək TDT-nin güc olmaq istiqamətinə təkan verəcək.

Bununla da Azərbaycan Mərkəzi Asiyada yüksəliş dövrünə qədəm qoyur və prosesi Türk Dövlətləri Təşkilatının prioritetləri ilə uyğunlaşdıran strategiyanı dövriyyə daxil edir. Özbəkistanın Cənubi Qafqazdakı təmsilçiliyi isə Azərbaycanın vasitəsilə reallaşdırlır. Bu mənada Azərbaycanla Özbəkistan arasındakı sıx əməkdaşlıq Ermənistanın da regiondakı mövqeyinə gələcəkdə təsir göstərəcək. Ermənistan ya özünü TDT-nin strateji vizyonuna daxil edilmiş Zəngəzur dəhlizinin açılmasına razı salmalıdır, ya da geniş əməkdaşlıq bucağından kənarda qalmalıdır. Ona görə də yaranan imkanlar Ermənistanın izolyasiyadan çıxması üçün mühüm çağırış kimi şərh oluna bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyul 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri