Icma.az
close
up
RU
Prime Cotton da böyük transformasiya: Yeni idarəetmə modelinə start verildi

Prime Cotton da böyük transformasiya: Yeni idarəetmə modelinə start verildi

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

23 iyul tarixində Prime Cotton-un Mingəçevir şəhərində yerləşən yeni Baş Ofisinin rəsmi açılışı keçirilib. Açılış münasibətilə təşkil olunan strateji görüşdə şirkətin İdarə Heyətinin üzvləri, Müşahidə Şurasının üzvləri, filial direktorları, biznes istiqamətlərinin rəhbərləri və digər rəhbər heyət iştirak edib.

Tədbirdə Prime Cotton-un yeni təşkilati strukturu, rəhbər komandası və qarşıdakı dövr üzrə strateji inkişaf prioritetləri təqdim olunub. Görüş çərçivəsində şirkətin müxtəlif istiqamətləri üzrə rəhbərlər çıxış edərək fəaliyyət planları, əsas hədəflər və inkişaf strategiyaları barədə təqdimatlar ediblər.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2030-cu ilədək ölkənin sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və regionların inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflər müzakirə olunub. Bu çağırışlara uyğun olaraq Prime Cotton-un uzunmüddətli inkişaf layihələrinin planlaşdırılması, strateji prioritetlərin müəyyənləşdirilməsi və həyata keçiriləcək tədbirlərlə bağlı aidiyyəti rəhbərlərə tapşırıqlar verilib.

Bununla yanaşı, şirkətin yeni biznes modelinə keçid prosesi, idarəetmədə həyata keçirilən transformasiya layihələri, rəqəmsallaşma təşəbbüsləri və təşkilati dəyişikliklərə dair təqdimatlar keçirilib, qarşıdakı dövr üzrə əsas fəaliyyət istiqamətləri müzakirə olunub.

Tədbirin əsas çıxışı ilə çıxış edən Prime Cotton-un Baş icraçı direktoru Tural Əlizadə bildirib ki, Baş Ofisin Mingəçevirə köçürülməsi şirkətin inkişaf strategiyasında mühüm dönüş nöqtəsidir.

Onun sözlərinə görə, bu qərar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və iqtisadi fəallığın bölgələrdə artırılması istiqamətində müəyyən etdiyi strateji baxışa uyğun olaraq qəbul edilib.

Baş icraçı direktor vurğulayıb ki, Prime Cotton mərkəzləşdirilmiş idarəetmə modelindən qeyri-mərkəzləşdirilmiş idarəetmə modelinə keçir. Yeni yanaşma biznes vahidlərinə daha geniş səlahiyyət və məsuliyyət verməklə yanaşı, Baş Ofisin strateji planlaşdırma, korporativ idarəetmə, rəqəmsal transformasiya, innovasiya və daxili nəzarət funksiyalarına fokuslanmasını nəzərdə tutur.

"Biznes kabinetdən deyil, biznesin olduğu yerdən idarə olunmalıdır. Fermerə, istehsala və dəyərin yarandığı nöqtəyə yaxın olmaq daha operativ qərarlar qəbul etməyə və daha yüksək nəticələr əldə etməyə imkan verir", – deyə Tural Əlizadə bildirib.

O, həmçinin qeyd edib ki, son aylarda yeni təşkilati strukturun formalaşdırılması, rəhbər komandanın yenilənməsi, rəqəmsal transformasiya layihələrinin başlanması və yeni büdcə modelinin hazırlanması istiqamətində mühüm işlər görülüb. Bundan sonra isə şirkətdə əsas qiymətləndirmə meyarı görülən işlərin həcmi deyil, əldə olunan nəticələr olacaq.

Strateji görüş çərçivəsində yeni rəhbər heyət iştirakçılara təqdim olunub, şirkətin qarşıdakı dövr üzrə inkişaf hədəfləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir rəhbər heyətin iştirakı ilə keçirilən sual-cavab sessiyası ilə davam edib.

Tədbirin sonunda Prime Cotton-un Mingəçevirdə fəaliyyətə başlayan yeni Baş Ofisinin açılışı münasibətilə simvolik tort kəsilib.

Baş Ofisin Mingəçevirə köçürülməsi və yeni idarəetmə modelinə keçid Prime Cotton-un istehsala daha yaxın, çevik, nəticəyönümlü və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bu yanaşma ilə şirkət qərarların qəbulunu sürətləndirməyi, biznes vahidlərinin məsuliyyətini artırmağı və regionların sosial-iqtisadi inkişafına töhfə verməyi hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 İyul 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri