Icma.az
close
up
RU
“Prime Cotton MMC” Pakistanda Əməkdaşlıq üçün yeni üfüqlər

“Prime Cotton MMC” Pakistanda Əməkdaşlıq üçün yeni üfüqlər

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

12-16 dekabr tarixlərində “Prime Cotton MMC”  Azərbaycanın pambıq lifi və iplik məhsulları üzrə ixrac imkanlarını genişləndirmək məqsədilə Pakistana işgüzar səfər edib. Azərbaycanın qeyri-neft məhsulları ixracının lideri “Prime Cotton MMC” nümayəndələri  Pakistan tekstil sənayesini daha yaxından öyrənmək üçün dövlət qurumları və Pakistanın tekstil sənayesinin nəhəngləri ilə məhsuldar görüşlər keçirib.

Səfərdə Prime Cotton MMC-nin İcraçı direktoru Rövşən Mahmudov, Baş Kommersiya direktoru Tural Əlizadə və GP Cotton Holdings-in Sədr müavini Riçard Morqan iştirak ediblər. Şirkət nümayəndələri səfər çərçivəsində Pakistan Ticarətin İnkişafı İdarəsi, Pakistan Tekstil Şurası, Pakistan Milli Qida Təhlükəsizliyi və Tədqiqat Nazirliyi, Bütün Pakistan Tekstil Fabrikləri Assosiasiyası, Karaçi Pambıq Birliyi, Faisalabad Ticarət Palatası və digər mühüm qurumlarla görüşərək danışıqlar aparıblar.

Nümayəndə heyəti adıçəkilən dövlət qurumları ilə yanaşı, Naveena İplik Fabrikləri, Nişat İplik Fabriki və Crescent Tekstil Fabrikləri kimi Pakistanın qabaqcıl özəl tekstil şirkətlərini də ziyarət edib. Görüşlərdə Azərbaycanın pambığından hazırlanan ipliklərin yüksək keyfiyyəti, istehsal imkanları və Pakistanın daxili və ixrac tələblərini ödəmək üçün onların uyğunluğu barədə məlumat verilib. Ticarət məsələləri ilə yanaşı Azərbaycanda pambıq və iplik istehsalını qlobal səviyyəyə yüksəltmək üçün Pakistan şirkətləri ilə təcrübə mübadiləsi məsələsi də müzakirə edilib. 

Pakistan, qlobal tekstil sənayesində həm istehsalçı, həm də istehlakçı kimi mühüm yer tutur. Ölkə dünyada pambıq ipliyi istehsalında beşinci, istehlakında üçüncü və ixracında dördüncüdür. Pambıq və tekstil məhsulları ixracı ümumi ixracın 60%-nı təşkil edir. Pakistan rəqabətqabiliyyətli qiymətlər və peşəkar işçi qüvvəsi ilə ABŞ və AB kimi əsas bazarlara tekstil məhsulları təchiz edir.

Pakistan səfəri “Prime Cotton MMC” üçün Azərbaycanın qeyri-neft məhsullarının beynəlxalq bazarlardakı mövqeyini daha da gücləndirmək, pambıq və iplik məhsullarını qlobal səviyyədə tanıtmaq istiqamətində mühüm addım olub. Qlobal geyim brendləri ilə sıx işləyən və onları mütəmadi olaraq iplik və parça məhsulları ilə təchiz edən Pakistan şirkətləri “Prime Cotton MMC” üçün ideal tərəfdaşlar hesab edilir. 

Rövşən Mahmudov səfər barədə bildirib: "Bu görüşlər iki ölkə arasında sənaye sektorunda əməkdaşlığı dərinləşdirmək və Azərbaycanın pambığını Pakistan bazarına inteqrasiya etmək üçün yeni qapılar açır. Biz, 80 ilə yaxın davamlı pambıq istehsalı tarixi və 50 ildən artıq ixrac təcrübəsi olan Pakistan üzərindən Azərbaycan pambığını və təmiz pambıq ipliklərinin beynəlxalq bazarlara satışını artıra, eləcə də Pakistanlı mütəxəssislərin dəstəyi ilə Azərbaycanda pambıq və xüsusilə iplik istehsalında bu ölkənin qabaqcıl təcrübələrindən yararlana biləcəyik".

Pakistan isə Azərbaycan pambığını və ipliklərini idxal etməklə həm daxili istehsal tələblərini, həm də ixrac məqsədlərini qarşılamaq üçün imkanlar əldə edəcək. Bu əməkdaşlıq, hər iki ölkənin sənaye sektorları arasında qardaşlıq münasibətlərini gücləndirəcək və davamlı iqtisadi faydalar yaradacaq.

GP Cotton Holdings tərkibində fəaliyyət göstərən “Prime Cotton MMC”, pambıq və pambıq məhsulları istehsalında 30 illik təcrübəyə malikdir. Şirkət Azərbaycanın 20 pambıqçılıq rayonundan 15-də fəaliyyət göstərir və pambıq sahələrinin 50%-ni əhatə edir. Müasir texnologiyaların tətbiqi ilə “Prime Cotton MMC”, həm dayanıqlılıq prinsipinə sadiqliyini nümayiş etdirir, həm də məhsuldarlığı artıraraq sektorda innovativ yanaşmalara liderlik edir.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:333
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri