“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın pambıqçılıq sektorunun aparıcı şirkətlərindən biri olan “Prime Cotton” MMC-nin rəhbərliyində yeni təyinat baş tutub.
Marja xəbər verir ki, Şirkətin strateji hədəflərinin reallaşdırılması və fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə Tural Əlizadə “Prime Cotton” MMC-nin Baş İcraçı Direktoru vəzifəsinə təyin olunub.

Tural Əlizadə 2 ilə yaxın müddətdir ki, “Prime Cotton” MMC-də İdarə Heyətinin üzvü və Baş Kommersiya Direktoru vəzifələrində çalışaraq şirkətin kommersiya siyasətinin formalaşmasında və bazar mövqelərinin möhkəmləndirilməsində yaxından iştirak edib.
Tural Əlizadə geniş idarəçilik təcrübəsinə malik peşəkar rəhbərdir. O, bu təyinata qədər “Procter & Gamble” şirkətində Qafqaz üzrə Bazar Strategiyası və Planlama, Satış və Ticari Marketinq əməliyyatlarının Rəhbəri, “FAB Paints & Chemicals Industry LLC” şirkətində Baş Kommersiya və Strategiya Direktoru, həmçinin “Gilan FMCG Trade & Distribution LLC”, eləcə də “Unimac LLC” və “Universal Pro LLC” və s. şirkətlərində Baş İcraçı Direktor vəzifələrində çalışaraq böyük miqyaslı biznes proseslərini idarə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 02 May 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















