Icma.az
close
up
RU
ADAU da “Prime Cotton Əməkdaşlıq və Karyera Mərkəzi” açılıb

ADAU da “Prime Cotton Əməkdaşlıq və Karyera Mərkəzi” açılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə, 4 iyun, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ölkəmizin pambıq sənayesinin lideri olan “Prime Cotton” şirkətinin dəstəyi ilə yaradılmış ölkənin ilk regional Karyera Mərkəzi olan “Prime Cotton Əməkdaşlıq və Karyera Mərkəzi”nin açılış mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Prime Cotton”un 30 illik yubileyində Azərbaycanın pambıqçılıq sənayesinin inkişafına xidmət edən bu layihə ADAU ilə “Prime Cotton” arasında 2024-cü ilin sentyabrında imzalanmış Anlaşma Memorandumuna əsasən fəaliyyətə başlayıb.

Açılış mərasimində kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ADAU-nun rektoru Zəfər Qurbanov, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop və “Prime Cotton”un Baş icraçı direktorunun rəhbərliyi ilə əməkdaşları iştirak ediblər.

“Prime Cotton Əməkdaşlıq və Karyera Mərkəzinin əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, onları real iş mühiti ilə tanış etmək, eləcə də “Prime Cotton”un kadr ehtiyaclarının qısa, orta və uzunmüddətli perspektivdə təmin olunmasıdır,” – deyə MMC-nin Baş icraçı direktoru Rövşən Mahmudov bildirib.

Onun sözlərinə görə, bu mərkəz sadəcə sosial təşəbbüs deyil, eyni zamanda, şirkət və universitet arasında dayanıqlı və strateji əməkdaşlığın təməlidir. O, mərkəzin gənc aqronom və mühəndislərin yetişdirilməsi üçün strateji əhəmiyyət daşıdığını və ADAU ilə əməkdaşlığın yeni mərhələsini simvolizə etdiyini vurğulayıb.

Memorandum çərçivəsində mərkəz vasitəsilə pambıqçılıq sahəsinə maraq göstərən tələbələr üçün bir sıra fəaliyyətlər həyata keçiriləcək. Tələbələr “Gənc aqronom” və “Gənc mexanik” təcrübə proqramları barədə məlumat alacaq, I - IV kurs tələbələri arasından seçilən istedadlı gənclərlə “Prime Groups” komandaları yaradılacaq. Onlar üçün təlimlər, seminarlar, filial səfərləri və innovativ layihələrdə, o cümlədən “Agro Hackathon”da iştirak imkanları təmin olunacaq. Eyni zamanda, pambıqçılıqda 30 illik təcrübəyə malik “Prime Cotton”un peşəkar mütəxəssisləri tərəfindən təlimlər keçiriləcək, tələbələr istehsalat təcrübəsinə cəlb ediləcək, elmi-tədqiqat layihələri və konfranslar təşkil olunacaq.

Bu təşəbbüs ADAU və “Prime Cotton” arasında dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olmaqla, kənd təsərrüfatı sektorunda innovativ və dayanıqlı inkişafın təminatına mühüm töhfə verəcək. Hər iki tərəf əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməyi planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri