Icma.az
close
up
RU
® Prime Cotton MMC Pakistanda: Əməkdaşlıq üçün yeni üfüqlər AZƏRTAC

® Prime Cotton MMC Pakistanda: Əməkdaşlıq üçün yeni üfüqlər AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prime Cotton MMC 2024-cü il dekabrın 12-16-da Azərbaycanın pambıq lifi və iplik məhsulları üzrə ixrac imkanlarını genişləndirmək məqsədilə Pakistana işgüzar səfər edib. Azərbaycanın qeyri-neft məhsulları ixracının lideri Prime Cotton MMC nümayəndələri Pakistan tekstil sənayesini daha yaxından öyrənmək üçün dövlət qurumları və Pakistanın tekstil sənayesinin nəhəngləri ilə məhsuldar görüşlər keçirib.

Səfərdə Prime Cotton MMC-nin icraçı direktoru Rövşən Mahmudov, Baş kommersiya direktoru Tural Əlizadə və GP Cotton Holdings-in Sədr müavini Riçard Morqan iştirak ediblər. Şirkət nümayəndələri səfər çərçivəsində Pakistan Ticarətin İnkişafı İdarəsi, Pakistan Tekstil Şurası, Pakistan Milli Qida Təhlükəsizliyi və Tədqiqat Nazirliyi, Bütün Pakistan Tekstil Fabrikləri Assosiasiyası, Karaçi Pambıq Birliyi, Faisalabad Ticarət Palatası və digər mühüm qurumlarla görüşərək danışıqlar aparıblar.

Nümayəndə heyəti adıçəkilən dövlət qurumları ilə yanaşı, Naveena İplik Fabrikləri, Nişat İplik Fabriki və Crescent Tekstil Fabrikləri kimi Pakistanın qabaqcıl özəl tekstil şirkətlərini də ziyarət edib. Görüşlərdə Azərbaycanın pambığından hazırlanan ipliklərin yüksək keyfiyyəti, istehsal imkanları və Pakistanın daxili və ixrac tələblərini ödəmək üçün onların uyğunluğu barədə məlumat verilib. Ticarət məsələləri ilə yanaşı, Azərbaycanda pambıq və iplik istehsalını qlobal səviyyəyə yüksəltmək üçün Pakistan şirkətləri ilə təcrübə mübadiləsi məsələsi də müzakirə edilib.

Pakistan qlobal tekstil sənayesində həm istehsalçı, həm də istehlakçı kimi mühüm yer tutur. Ölkə dünyada pambıq ipliyi istehsalında beşinci, istehlakında üçüncü və ixracında dördüncüdür. Pambıq və tekstil məhsulları ixracı ümumi ixracın 60 faizini təşkil edir. Pakistan rəqabətqabiliyyətli qiymətlər və peşəkar işçi qüvvəsi ilə ABŞ və AB kimi əsas bazarlara tekstil məhsulları təchiz edir.

Pakistan səfəri Prime Cotton MMC üçün Azərbaycanın qeyri-neft məhsullarının beynəlxalq bazarlardakı mövqeyini daha da gücləndirmək, pambıq və iplik məhsullarını qlobal səviyyədə tanıtmaq istiqamətində mühüm addım olub. Qlobal geyim brendləri ilə sıx işləyən və onları mütəmadi olaraq iplik və parça məhsulları ilə təchiz edən Pakistan şirkətləri Prime Cotton MMC üçün ideal tərəfdaşlar hesab edilir.

Rövşən Mahmudov səfər barədə bildirib: “Bu görüşlər iki ölkə arasında sənaye sektorunda əməkdaşlığı dərinləşdirmək və Azərbaycanın pambığını Pakistan bazarına inteqrasiya etmək üçün yeni qapılar açır. Biz 80 ilə yaxın davamlı pambıq istehsalı tarixi və 50 ildən artıq ixrac təcrübəsi olan Pakistan üzərindən Azərbaycan pambığını və təmiz pambıq ipliklərinin beynəlxalq bazarlara satışını artıra, eləcə də pakistanlı mütəxəssislərin dəstəyi ilə Azərbaycanda pambıq və xüsusilə iplik istehsalında bu ölkənin qabaqcıl təcrübələrindən yararlana biləcəyik”.

Pakistan isə Azərbaycan pambığını və ipliklərini idxal etməklə həm daxili istehsal tələblərini, həm də ixrac məqsədlərini qarşılamaq üçün imkanlar əldə edəcək. Bu əməkdaşlıq, hər iki ölkənin sənaye sektorları arasında qardaşlıq münasibətlərini gücləndirəcək və davamlı iqtisadi faydalar yaradacaq.

Səfər zamanı Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Prime Cotton nümayəndə heyəti ilə görüşmüş, Pakistan və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyəti və inkişafından, iki ölkə arasındakı geniş ticarət imkanlarından danışıb, səfirliyin bu istiqamətdə gördüyü işlər barədə geniş məlumat verib. Bununla yanaşı, Azərbaycan pambığının Pakistan bazarında mövqeyinin güclənməsi üçün əlindən gələn dəstəyi verəcəyini ifadə edib.

GP Cotton Holdings tərkibində fəaliyyət göstərən Prime Cotton MMC pambıq və pambıq məhsulları istehsalında 30 illik təcrübəyə malikdir. Şirkət Azərbaycanın 20 pambıqçılıq rayonundan 15-də fəaliyyət göstərir və pambıq sahələrinin 50 faizini əhatə edir. Müasir texnologiyaların tətbiqi ilə Prime Cotton MMC həm dayanıqlılıq prinsipinə sadiqliyini nümayiş etdirir, həm də məhsuldarlığı artıraraq sektorda innovativ yanaşmalara liderlik edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Yanvar 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri