Icma.az
close
up
RU
® “Prime Cotton” bu il Beyləqanda taxıl yığımında rekord vurub

® “Prime Cotton” bu il Beyləqanda taxıl yığımında rekord vurub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Prime Cotton” MMC 2025-ci ilin taxıl mövsümündə, xüsusilə Beyləqan rayonunda, şirkət tarixində rekord məhsuldarlıq əldə edərək, kənd təsərrüfatı sektorunda davamlı inkişaf strategiyasını bir daha nümayiş etdirdi. Bu il Beyləqanda buğda məhsuldarlığı 59,15 sentner/hektar təşkil edib və bu göstərici şirkət üzrə ən yüksək nəticələrdən biri olub. Bu nailiyyət ölkə üzrə buğda üzrə orta məhsuldarlıq göstəricisi olan 36,5 sentner/hektarı əhəmiyyətli dərəcədə üstələyib. “Prime Cotton” arpa üzrə də 32,91 sentner/hektar nəticə göstərərək, ölkə ortalaması olan 31,7 sentner/hektarı keçib.

“Prime Cotton”un son illərdə həm taxıl, həm də pambıq sahələrində məhsuldarlığı ildən-ilə artırması, strateji yanaşma və texnoloji yeniliklərin uğurlu tətbiqi ilə bağlıdır. 2024-cü ildə arpa üzrə orta məhsuldarlıq 22,23 sentner/hektar, buğda üzrə isə 36,91 sentner/hektar olduğu halda, 2025-ci ildə bu göstəricilər müvafiq olaraq 32,91 və 46,43 sentner/hektara qədər yüksəlib. Şirkətin Baş icraçı direktoru Rövşən Mahmudov bu uğuru belə şərh edir: “Prime Cotton” olaraq əsas fəaliyyət sahəmiz pambıqçılıq olsa da, biz rotasiya əkin sistemini tətbiq edərək torpaq münbitliyini və ümumi məhsuldarlığı qorumağı qarşımıza məqsəd qoymuşuq. Son illərdə müasir texnikaya və dəqiq aqrar texnologiyalara ciddi investisiyalar yönəltmişik və bu gün həmin yanaşmaların real nəticələrini sahələrdə görürük. Məqsədimiz həm pambıqda, həm də taxılda yüksək məhsuldarlığı davamlı şəkildə təmin etməkdir”. “Prime Cotton”un tətbiq etdiyi rotasiya əkin sistemi, yəni eyni sahədə hər il fərqli bitkilərin əkilməsi – torpaqdakı zərərvericilərin və xəstəliklərin dövranını pozaraq torpağın sağlam qalmasına imkan verir. Arpa və buğda kimi bitkilər torpağın strukturunu yaxşılaşdırır, qida maddələrini bərpa edir və növbəti mövsümlərdə pambıq üçün münbit şərait yaradır. Bu yanaşma, eyni zamanda, dərman istifadəsinə olan ehtiyacı azaldır, su resurslarına qənaət edir və məhsulun keyfiyyətini artırır.

Əldə olunan uğurlar “Prime Cotton”un məqsədyönlü strategiyası, müasir texnologiyalar və elmi əsaslı aqrar yanaşmaların birləşməsi nəticəsində mümkün olub. Şirkət qarşıdakı illərdə də həm pambıq, həm də taxıl sahələrində məhsuldarlığı artırmaq və dayanıqlı kənd təsərrüfatı modelini genişləndirmək istiqamətində fəaliyyətini davam etdirəcək.

“Prime Cotton” MMC Azərbaycanın aparıcı pambıqçılıq şirkətlərindən biri olmaqla, “GP Cotton Holdings”ə daxil olan strateji müəssisədir. Şirkət pambıq tədarükü ilə yanaşı, mahlıc, iplik, pambıq yağı və pambıq cecəsi istehsalı sahəsində də fəaliyyət göstərir. Bütün istehsal mərhələlərində yerli və beynəlxalq standartlara uyğunluq prinsiplərinə əsaslanan “Prime Cotton” kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə və dayanıqlı istehsal modellərinin inkişafına önəm verir.

Otuzillik peşəkar təcrübəyə malik olan “Prime Cotton” bu gün ölkənin ən iri pambıq istehsalçısı kimi regionun kənd təsərrüfatı sektorunda mühüm rol oynayır və həm pambıqçılıq, həm də digər dövri əkin sahələrində məhsuldarlığın artırılması istiqamətində innovativ addımlar atmaqdadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri