Icma.az
close
up
RU
Problem bəzən dərsin müddətində deyil, onun səmərəli təşkilində olur Vüsalə Ağabəyli

Problem bəzən dərsin müddətində deyil, onun səmərəli təşkilində olur Vüsalə Ağabəyli

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Təhsil ekspertlərindən biri təklif edir ki, universitetlərdə seminar dərslərini 90 dəqiqədən 60 dəqiqəyə salmaq daha uyğundur. Qeyd edilir ki, bu həm tələbələrin qavrama qabiliyyətinə, həm də elmi əsaslara uyğundur.

Seminar dərslərinin vaxtı azaldılmalıdırmı?

Redaktor.az-a danışan filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəylinin fikrincə, seminar dərslərinin müddətinin 90 dəqiqədən 60 dəqiqəyə endirilməsi məsələsinə tələsik qərar vermək və ümumi yanaşmaq düzgün olmazdı:

"Bu məsələni həm pedaqoji-metodoloji, həm psixoloji, həm də tədris olunan fənnin ixtisas xüsusiyyətləri baxımından differensial şəkildə qiymətləndirmək lazımdır. Doğrudur, müasir təhsil psixologiyasında tələbələrin diqqət və qavrama müddətinin uzun zaman eyni səviyyədə qalmadığı qeyd olunur. Lakin seminar dərsi mühazirədən fərqli olaraq passiv dinləmə deyil, interaktiv müzakirə, tənqidi təhlil və fikir mübadiləsi formatıdır. Xüsusilə, humanitar və dil-ədəbiyyat ixtisaslarında mətn təhlili, diskussiya, təqdimat və debat üçün 60 dəqiqəlik müddət çox zaman kifayət etmir".

Dosentin sözlərinə görə, problem bəzən dərsin müddətində deyil, onun səmərəli təşkilində olur.

"Əgər 90 dəqiqə effektiv planlaşdırılarsa — mərhələli fəaliyyət, qrup işi, feedback (tələbələrin geri dönüşü), yekun müzakirə və nəticələndirmə ilə, - bu zaman tələbənin həm dərsə olan diqqəti qorunur, həm də dərs daha məhsuldar keçir. Mənim fikrimcə, vahid şəkildə bütün seminarların vaxtını azaltmaq əvəzinə, ixtisaslara və dərsin xarakterinə uyğun çevik bir model tətbiq etmək daha məqsədəuyğun olar. Təhsildə, tədris prosesində əsas meyar zamanın miqdarı deyil, onun keyfiyyətli və məqsədyönlü istifadəsidir", - deyə elmlər doktoru vurğuladı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Fevral 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri