Icma.az
close
up
RU
Tədris proqramlarında bu yeniliklər edilməlidir Vüsalə Ağabəyli AÇIQLADI

Tədris proqramlarında bu yeniliklər edilməlidir Vüsalə Ağabəyli AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Təhsil sahəsində mövcud olan problemlərdən biri, bir sıra universitetlərdə tədris olunan ixtisasların beynəlxalq standartlara uyğun tədris olunmamasıdır.

Problemi hansı yollarla həll etmək olar? Ali təhsildə hansı proqramların hazırlanmasına ehtiyac var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, bu problemi ümumiləşdirərək bütün universitetlərə şamil etmək doğru deyil:

"Çünki Boloniya prinsipi əsasında müvafiq ixtisas üzrə qurulmuş tədris qrafikləri tələbə mobilliyini, tələbə transfer proqramlarını nəzərə almaq məqsədilə beynəlxalq standartlara uyğun şəkildə təşkil edilməlidir. Beynəlxalq standartlara uyğun tədris proqramları məzunların bilik və bacarıqlarının dünya müstəvisində tanınmasını təmin edir. Bu, onların xarici universitetlərdə təhsillərini davam etdirməsinə və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətli olmasına xidmət edir. Bundan başqa, müxtəlif ölkələrdə tanınan tədris proqramları tələbələrə və müəllimlərə beynəlxalq mübadilə proqramlarında iştirak etmək imkanı verir. Bu da qlobal təcrübə qazanmağa və akademik əməkdaşlığı inkişaf etdirməyə şərait yaradır".

Dosent hesab edir ki, əgər universitetlər ixtisası beynəlxalq standartlara uyğun tədris etmirsə, bu problemi həll etmək üçün bir sıra addımların atılması labüddür.

"Bunun üçün ilk növbədə, tədris proqramları yenilənməli, universitetlər müasir qlobal tələblərə uyğun kurikulum hazırlamalıdır. Beynəlxalq səviyyədə tanınan universitetlərdən nümunə götürərək tədris proqramlarında yeniliklər edilməlidir. Bununla yanaşı, praktiki biliklərə üstünlük verilərək, əmək bazarının ehtiyaclarına uyğun fənlər həmin proqramlara daxil edilməlidir.
Digər mühüm məsələ isə akademik heyətin təkmilləşdirilməsi, yəni, müəllimlərin beynəlxalq təlimlərdə, seminar və konfranslarda iştirak etməsini təmin etməkdir. Beynəlxalq standartlara uyğunlaşmaq üçün xarici universitetlərlə əməkdaşlıq çərçivəsində müəllim mübadilə proqramları təşkil edilməli, universitetlərdə dərs deyən mütəxəssislərin beynəlxalq sertifikasiyalara sahib olması təşviq edilməlidir. Beynəlxalq əməkdaşlıq və mübadilə proqramlarına cəlb olunma da, bu məsələnin düzgün şəkildə nizama salınmasına xidmət edə bilər. Ümumiyyətlə, universitetlərdə ixtisasların beynəlxalq standartlara uyğun tədris olunması təhsil sisteminin inkişafına, ölkənin elmi potensialının artmasına və məzunların uğurlu karyera qurmasına əhəmiyyətli töhfə verir", - deyə V.Ağabəyli bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Aprel 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri