Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

“Problem məhsulun mənşə ölkəsində istehsal mədəniyyəti və bizim nəzarət mexanizmlərinin zəifliyi ilə bağlıdır”

“Problem məhsulun mənşə ölkəsində istehsal mədəniyyəti və bizim nəzarət mexanizmlərinin zəifliyi ilə bağlıdır”

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran regionda genişmiqyaslı sitrus istehsalı ilə tanınan ölkələrdən biridir və hər mövsüm böyük həcmdə təzə portağal və digər meyvələr daxili bazarlarla yanaşı, qonşu ölkələrdə ixrac olunur. Bir neçə gün əvvəl İran Bərfuruşanlar İttifaqının sədri Əkbər Yavəri etiraf edib ki, içərisinə kimyəvi rəng və su vurulan yetişməmiş portağallar Azərbaycana göndərilib. İranda su qıtlığı olduğuna görə portağal gec yetişib, onlar da tez satmaq üçün içinə boya və su vurublar. Bu, təbii ki, belə təhlükəli məhsulların ixrac prosesinə qarışaraq Azərbaycan piştaxtalarına qədər gəlib çıxma ehtimalı narahatlıq doğurur. Bu da istehlakçının aldadılması və hüququnun pozulması deməkdir.İdxal olunan məhsulların təhlükəli olduğu sübut olunsa, qida təhlükəsizliyinə görə məsuliyyət kimlərin üzərinə düşür?Vətəndaş bu halda hüququnu necə qoruya bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına tanınmış hüquqşünas, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, Azərbaycan ərazisində idxal olunan bütün qida məhsulları bir neçə mərhələlərdən keçməlidir: “Hadisə sanki dedektiv sujetinə oxşayır. İrandan Azərbaycana göndərilən portağalların içinə kimyəvi boyaların vurulması barədə İran tərəfinin öz rəsmisinin etirafı faktiki olaraq qida təhlükəsizlik sisteminə qarşı etimad böhranı yaradır. Bu, təkcə istehlakçıların sağlamlığı deyil, həm də dövlətin nəzarət mexanizmləri, idxal proseduraları və AQTA-nın operativ reaksiya qabiliyyəti üçün ciddi imtahandır. Malların təhlükəsizliyi necə yoxlanılmalıdır? Azərbaycan qanunvericiliyinə görə, Azərbaycan ərazisində idxal olunan bütün qida məhsulları bir neçə mərhələlərdən keçməlidir. Birinci sərhəd nəzarəti ilkin laborator risk qiymətləndirməsi baş verir. Müasir ölkəyə daxil olan kimi AQTA tərəfindən risk əsaslı nümunə götürülməli, pestisid qalıqları, ağır metallar, kimyəvi boyalar və əlavə komponentlər üzrə sertifikatlaşdırılmış laborator analizlər aparılmalıdır.

İkinci mənşə ölkənin təqdim etdiyi sənədlər təkbaşına etibarlı hesab edilə bilməz. Sadəcə sertifikatın olması təhlükəsizlik demək deyil, çünki İran rəsmisinin etirafı da göstərir ki, o sənədlər real vəziyyəti əks etdirməyə bilər. Üçüncü daxili dövriyyədə monitorinq həyata keçirilməlidir. Məhz məhsul mağazaya düşdükdə, daxil olduqdan sonra monitorinq davam etməli, şikayətlər əsasında təkrar nümunələr götürülməlidir. Problem ondadır ki, bu mexanizmlər kağız üzərində var, amma hadisədən də görünür ki, risk, kommunikasiya və real nəzarət hissəsində ciddi boşluqlar qalır. İdxal olunan məhsullar təhlükəli olsa, o zaman məsuliyyət kimlər üzərinə düşür?

Bu məsuliyyət bir neçə qurum arasında bölünür:

1. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) - birbaşa məsul qurumdur. Qida təhlükəsizlik qanunvericiliyinə görə idxal zamanı labarator nəzarəti təmin edən orqan AQTA-dır. Əgər təhlükəli məhsul sərhəddən keçibsə, o zaman bu nəzarət boşluğu deməkdir.

2. Gömrük orqanları. AQTA-nın tələb etdiyi sənədlər təqdim edilmədən məhsul Gömrük buraxılışından keçə bilməz.

3. İdxalçı şirkət - Qanunvericilik idxalçıdan tələb edir ki, məhsulun mənşə ölkəsindən aldığı məlumatların doğruluğuna hüquqi məsuliyyət daşısın.

4. Mənşə ölkə İran və istehsalçı şirkətdir. Beynəlxalq ticarət prinsiplərinə görə istehsalçı qida təhlükəsizliyinin pozulmasına görə cavabdehdir”.

Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev vurğulayıb ki, ən mühüm hüquqların müdafiəsində olan alətlərdən biri də ictimai rəydir: “Vətəndaş bu halda hüququnu necə qoruyur? İlk növbədə vətəndaş AQTA-ya şikayət edir. Çağrı mərkəzi və elektron platforması vasitəsi ilə. Qanunla 10 iş günü ərzində araşdırılma aparılmalıdır. Hüquqlarının qorunması üçün ikinci üsul satıcıya qarşı mülki iddia tələbi ilə çıxış etməlidir. İstahlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən qüsurlu məhsul aşkar edildikdə, istehlakçının məhsulun geri qaytarılması və ya dəyişdirilməsi, yaxud pulun ödənilməsini tələb etmək hüququ var. Sadəcə imtina edərsə, onda müvafiq icra hakimiyyətinə və ya məhkəməyə müraciət edilə bilər. 3-cü hüququn müdafiə aləti sağlamlığa risklər yarandıqda, əgər zəhərlənmə əlamətləri varsa, klinik məlumatları toplanmalı və rəsmi orqanlara təqdim edilməlidir.

Ən mühüm hüquqların müdafiəsində olan alətlərdən biri də ictimai rəydir. Ən günlü təsir vasitəsi olan - Kütləvi informasiya vasitələri (KİV), ictimai nəzarəti həyata keçirən qurumlara, QHT-lərə, məlumatın verilməsi hüquqların müdafiə edilməsinə ən yaxşı alətlərdən biridir.

Portağalda kimyəvi müdaxilə olduğunu istehlakçı necə müəyyən edə bilər? Bu laboratoriyasız, analizsiz tam dəqiq bilinməsə də bəzi təhlükəni bilmək üçün əlamətlər var. 1-ci məhsul həddindən artıq parlaq, üzəri laklanmış kimi görünür. Biz bazarlarda, ticarət mərkəzlərində, supermarketlərdə və mağazalarda bunu görürük. Portağalın qabığını kəsdikdə içindəki rənglə eyni tona keçməsi, yəni qabığı ilə içinin heç bir fərqi olmur. Təbii portağalda belə olmur. Güzgü kimi parıltılı və quru olur, kəsdikdə içinə həddindən artıq süni şirə ya yapışqanlı maye görmək olur. Qabığının iş tərəfində qırmızı - narıncı ədviyyat rəngini xatırladan boyalar görürük. Amma bunlar yalnız ilkin vizual şübhədir. Təhlükəni yalnız laboratoriya təsdiq edə bilər. Bu hadisədən sonra mövcud mənzərə dəyişə bilərmi?

Əgər məsələ yalnız mediada qısa müddətli gündəm kimi təqdim olunsa, nəticə olmayacaq, amma dəyişiklik 3 halda mümkündür:

AQTA-nın real, yoxsa saxta piar xarakterli şəffaf laboratoriya nəticələrinin ictimaiyyət açıqlanmasıİdxalçılar üçün yüksək cərimələr və lisenziya mexanizmlərinin sərtləşdirilməsiRisk əsaslı nəzarət modelinin gücləndirilməsi və sərhəd laboratoriyalarının müstəqilliyinin artırılması.

Əks halda, problemin müəyyən müddətdən sonra yenidən təkrarlanması təəccüblü olmayacaq. Nəhayət qeyd etməliyəm ki, bu hadisə təsadüfi deyil, sistem problemlidir. İran rəsmilərinin etirafı da göstərir ki, məsələ yalnız bir ticarət markası ilə məhdudlaşmır. Problem məhsulun mənşə ölkəsində istehsal mədəniyyəti və bizim nəzarət mexanizmlərinin zəifliyi ilə bağlıdır. Bu tip faktlar ortaya çıxanda iki sual yaranır: Zəhərli məhsul ölkəyə necə daxil olub? Buna görə kim cavab verəcək? Bu suallar cavabsız qaldıqca, qida təhlükəsizliyi mexanizmlərinə etimad zəifləyəcək”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri