Icma.az
close
up
RU
Şahbaz Xuduoğlu: “Rus ədəbiyyatından kütləvi imtina doğru deyil”

Şahbaz Xuduoğlu: “Rus ədəbiyyatından kütləvi imtina doğru deyil”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarix boyu hər bir siyasi gərginlik dövründə ədəbiyyatdan istifadə edilib. Çünki ölkələr arasında ən əhəmiyyətli və təsirli əməkdaşlıq yollarından biri də ədəbi əlaqələrdir. Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı zorakılıqdan sonra yaranmış gərginlik təkcə siyasi-ictimai vəziyyəti deyil, mədəni əlaqələri də korladı.

Belə olduğu halda yaranmış siyasi gərginlikdə ədəbiyyatdan təsir gücü kimi istifadə olunmasına, qadağa qoyulması və ya rus ədəbiyyatından imtina edilməsinə ehtiyac varmı?

Ədəbiyyatın təsir gücü danılmazdır. Nəzərə alsaq ki, Azərbaycanda ən çox oxunan, tərcümə edilən, satılanlar içərisində rus ədəbiyyatı ön sıralarda gəlir, o zaman mədəni əlaqələrin dondurulduğu, tədbirlərin ləğv olunduğu məqamda ədəbiyyata da qadağa qoyula bilərmi? Yaxud oxucular könüllü surətdə rus ədəbiyyatından imtina edə bilərlərmi?

Mövzuyla əlaqədar naşir Şahbaz Xuduoğlu Bizim.Media-ya bildirib ki, ədəbiyyatdan imtina ən sonda gələn məsələdir.

Hələ zamanı yetişməyib

“Hansısa bir şəkildə ədəbiyyatçılar tərəfindən etiraz əlaməti olaraq nələrsə edilə bilər. Məsələn bəzi dünya müəllifləri və ya onları təmsil edən nəşriyyatlar Rusiyada öz kitablarının nəşrinə icazə vermirlər. Bunların arasında Den Braun, Aqata Kristi, Harari, Stiven Kinq və digər dünya miqyaslı böyük imzalar var ki, onlar əsərlərinin Rusiyada nəşrinə icazə vermirlər. Yəni belə fərdi hallar olur. Amma kütləvi şəkildə ədəbiyyatdan imtina olunsun, bu düzgün deyil. Hələ elə bir zaman yetişməyib. İnşallah yetişməz də. Elə bir durum yaranmaz”.

Son günlərdə oxucuların rus ədəbiyyatına marağının azalıb-azalmamasına və bunun satışlarda hiss olunmasına gəlincə Ş.Xuduoğlu “Azalma hələ ki yoxdur. Hadisələr hələ təzədir. Vəziyyət bir neçə gündür gərginləşib. Qısa müddətdə bunu müəyyən etmək çətindir. Gələcəkdə necə olacaq, onu bilmirəm”, – deyə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 İyul 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri