“Problemi görmək üçün xəstəxanaların qarşısında bir saat dayanmaq kifayətdir”
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Onkoloji xəstələrin müalicəsinin icbari tibbi sığorta hesabına qarşılanmasının vacibliyi dəfələrlə Milli Məclisdə səsləndirilsə də, məsələ hələ də həllini tapmayıb.
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu problemin miqyasını görmək üçün xəstəxanaların qarşısında bir saat dayanmaq kifayətdir:
“Yüzlərlə insanın hansı sıxıntı yaşadığını görürük. Böyük əksəriyyətinin xaricdə müalicə almaq imkanı yoxdur. Özümüzü həmin insanların yerinə qoyaraq onların mütləq icbari tibbi sığortanın müəyyən xidmətlərindən istifadəsini təmin etməliyik".
O , dövlət və özəl xəstəxanalar arasında yaranan fərqə də toxunub:
"Dövlət xəstəxanalarına böyük vəsait ayıra bilmədikdə xidmətlərin keyfiyyəti aşağı düşür. Maraqlıdır ki, MRT və KT müayinələri üçün dövlət xəstəxanalarında minlərlə insan növbəyə dayanır, özəl xəstəxanalarda isə növbə yoxdur. Bu nə deməkdir? Heç olmasa, özəl xəstəxanalarda müayinə imkanlarından yararlana bilən insanların xərclərinin yarısını ödəməklə onlara kömək etməliyik. Özəl xəstəxanalara yad bir mexanizm kimi baxmağa son verməliyik”.
Deputat bildirib ki, rayonlarda normal müalicə imkanlarının məhdudluğu insanların Bakıya üz tutmasına, nəticədə paytaxt xəstəxanalarının həddindən artıq yüklənməsinə səbəb olur.
Fazil Mustafa yeni səhiyyə nazirinin təyin olunmasının bu sahəyə diqqətin artırılacağına ümid yaratdığını da vurğulayıb.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 Noyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















