Icma.az
close
up
RU
Problemli kreditlər niyə artır? Araşdırma

Problemli kreditlər niyə artır? Araşdırma

Icma.az, Bakupost saytına istinadən bildirir.


Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475,1 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 5,8 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 4,6 faiz artıb. Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 faiz təşkil edib. Bu nisbət dekabrın sonuna 1,6 faiz ötən il yanvarın sonuna isə 1,9 faiz olub.

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, istehlak kreditləri artdıqca, problemli kreditlər də artacaq:


"İnsanlar sosial problemlərini istehlak kreditləri ilə həll etməyə çalışırlar. Lakin verilən kreditlərin faizləri yüksək olduğu üçün sonradan onların geri qaytarılması ilə bağlı problemlər yaşanır. İşsizliklə bağlı problemlərin olmasını, gəlirlərin aşağı düşməsini nəzərə alaraq rəsmi rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda nominal gəlirlər belə azalıb. Bu səbəbdən də problemli kredit məsələsi kifayət qədər yüksək sürətlə böyüyür”.

Ekspert vurğulayıb ki, Azərbaycanda istər istehlak, istərsə də biznes kreditləri olsun, hər biri çox yüksək faizlidir: “Bu isə həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Çünki böyük fazilər olduqda biznes inkişaf edə bilmir, kiçik və orta sahibkarlıq əziyyət çəkir. Faizin azaldılması üçün dövlətin görəcəyi işlər var. Problemli kreditlərlə bağlı uzun illərdir müzakirələr gedir, amma atılan addım yoxdur. Dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb, hətta Avropa və Amerikada sıfıra yaxın vəziyyət yaranıb. Dövlətlər bunu bilərəkdən edirlər ki, iqtisadiyyat canlansın. İpoteka, istehlak, biznes kreditləri ucuz olsa, iqtisadiyyatın çarxları daha tez dönməyə başlayacaq. Problemli kreditlərin azalmasını müşahidə edəcəyik. Kredit siyasəti indiki kimi davam etsə, bir müddət sonra dövlət müdaxilə etməyə məcbur qalacaq. Bir müddətdən sonra bank sektoru üçün çox böyük təhlükəyə çevriləcək və dövlət məcbur qalacaq ki, milyardlarla vəsait xərcləsin. Amma bunun əvəzinə önləyici tədbirlər görülsə, əlavə vəsaitə ehtiyac qalmayacaq”.

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov hesab edir ki, pul-kredit siyasətinin sərt olmasına görə kredit qoyuluşlarının həcmi iqtisadiyyatda tələb olunan investisiya həcminə uyğun gəlmir. Nəticədə sahibkarlar götürülən kreditlərin qaytarılması ilə bağlı problemlərlə üzləşirlər. Hesab edirəm ki, məhz pul-kredit siyasətinin sərtliyi problemli, vaxtı keçmiş kreditlərin həcmini artırır.

İqtisadçı qeyd edib ki, biznes kateqoriyası üçün kreditlərin əlçatan olmaması kredit borcunu artıran əsas amildir:


"Nəticədə kredit götürən təşkilatlar və ya fiziki şəxslər borcunu qaytara bilmir. Götürülən kreditlərin təyinatı üzrə istifadə olunmaması da problemli kreditlərin həcmini artırır. Əgər pul-kredit siyasətinin yumşaldılmasına, məqsədli kredit xətlərinin açılmasına nail olmasaq, ödənişlərlə bağlı problemlər artmaqda davam edəcək”.

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, insanlar maaliyyə problemləri ucbatından götürdüyü vəsaiti ödəyə bilmirlər. Belə olan halda da faiz borcları da üzərinə gələrək ödəniləcək borc daha da artır:


“Hər kəs kredit götürərkən öz öhdəliyini yaxşı ölçüb biçməlidir. Bəzən insanlar istehlak kreditlərini lazım oldu-olmadı məişət əşyaları almaq və digər vacib olmayan ehtiyaclarını ödəmək üçün götürür. Ödənmədikdə isə problemlər yaranır”.

İqtisadçının dediyinə görə, insanların rifahı və istəkləri artır: "Onlar daha yaxşı və komfortlu yaşamaq, daha çox müxtəlif istehlak malları almaq istəyir. Amma istehlak kreditləri hesabına m mobil telefon, saatlar, noutbuklar alan insanlar var ki, onları ildə iki-üç dəfə dəyişirlər. Bu o qədər də yaxşı tendensiya deyil. Mən insanları daha praqmatik olmağa çağırıram".

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, problemli kreditlərin tərkibinə baxsaq, görərik ki, onların çoxu istehlak məqsədilə alınan kreditlərdir:


“İnsanlar öz gələcək problemlərini bu gün daha çox kreditlər vasitəsilə həll etməyə çalışırlar. Bu, həmçinin, Azərbaycan əhalisinin məişət davranışından da irəli gələn problemlərdir. Təsadüfi deyil ki, əksəriyyət bu gün xeyir iş üçün də, hansısa problemi həll etmək üçün də kreditlərə müraciət edir, işlərini bu yolla həll edir. Lakin bununla yanaşı, biz bu sahədəki bütün problemləri istehlakçıların üzərinə də qoya bilmərik. Çünki, dediyimiz kimi, bu problemlər əslində, Azərbaycanda son 10 ildə aparılan maliyyə-kredit siyasəti və yüksək gəlirlərin əhaliyə satılması nəticəsində ortaya çıxıb. İnsanlar uzun müddət yüksək faizlərlə əldə etdikləri kreditlərdən artıq kifayət qədər borclanıblar. Banklar daha liberal maliyyə-kredit siyasəti həyata keçirməli, kreditləri aşağı faizlə insanlara təklf etməlidirlər ki, son illərdə yaranmış maliyyə problemlərini kreditlər vasitəsilə həll etsinlər. Məsələyə kompleks yanaşmaq lazımdır”.

Sevinc,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri