Icma.az
close
up
RU
Problemli kreditlər niyə artır? Deputat açıqladı

Problemli kreditlər niyə artır? Deputat açıqladı

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 2,35 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artıb.

Noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət oktyabrın sonuna 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il noyabrın sonuna isə 1,7 % olub.

Bəs görəsən problemli kreditlərin artmasının səbəbi nədir?

Deputat Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, son aylar problemli kreditlərin həcmində artımlar müşahidə olunur. Onun sözlərinə görə, problemli kreditlərin həcminin artmasının əsas səbəblərindən biri bankların bir sıra hallarda müraciət edən şəxsin ödəmə qabiliyyətini yoxlamadan kreditlər verməsidir:

"Bu, həmin kreditlərin müəyyən müddət sonra geri qaytarılmasında çətinlik yaradır. Vacib məqamlardan biri istehlak kreditləri üzrə faizlərin yüksək olmasıdır. Son dövrlər kredit faizlərində artımlar müşahidə edirik. Bu da həmin kreditlərin geri qaytarılmasında çətinliklər yaradır. Hazırda istehlak kredit portfeli 8 milyard manatdan çoxdur. Bu isə ondan xəbər verir ki, hazırda 3 milyon vətəndaşımızın istehlak krediti var. İstehlak krediti portfelinin həcminin artması və xüsusilə faizlərin yüksək olması fonunda bəzi hallarda həmin kreditlərin geri qaytarılmasında çətinliklər yaranır. Bir müddət bəzi banklar tərəfindən kredit kartları üzrə limitlərin açılması və həmin limitlərin kart sahibinin ödəmə qabiliyyətinə uyğun olmamasını müşahidə etdik. Təbii ki, Mərkəzi Bank tərəfindən limitlərin tənzimlənməsi ilə bağlı qərar qəbul edildi.

Amma uzun müddət belə kredit kartları üzrə limitlərin açılması və izafi borclanma nəticə etibarı ilə problemli kreditlərin həcminin artmasına gətirib çıxarıb. Ona görə Mərkəzi Bank tərəfindən problemli kreditlərin həcminin tənzimlənməsi, ümumiyyətlə, kredit inzibatçılığının yüksəlməsi ilə bağlı tədbirlərin daha da sistemləşdirilməsi və kreditlərin ayrılması ilə bağlı qaydalara yenidən baxılması məqsədəuyğundur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri