Icma.az
close
up
RU
Problemli kreditlər niyə artır? TƏHLİL

Problemli kreditlər niyə artır? TƏHLİL

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yada salaq ki, 2015-ci ildə ölkəmizdə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Nəticədə problemli kreditlərin məbləği 2 milyard manata yaxınlaşmışdı. Bu məsələ düz 4 il həllini tapa bilmədi. Yalnız cənab Prezidentin 2019-cu il fevralın 19-da imzaladığı müvafiq Fərmanın nəticəsində problem həllini tapdı. Belə ki, 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlətin hesabına ödənildi. Bununla da qeyd olunan kreditlər üzrə məbləğ azaldı.
Pandemiyadan sonrakı, yəni 2021-ci idən isə ölkədə problemli kreditlər yenidən artmağa başladı. 2022-ci ildə proses nisbətən zəifləsə də, 2023-cü il və ötən il ərzində tendensiya yenidən öz məcrasına qayıtdı. Cari ildən isə temp daha da sürətlənib.
Səbəb odur ki, iqtisadiyyatda canlanma yarandı. İşgüzar aktivlik bərpa olundu, banklara kredit müraciətləri genişləndi. Burada əhalinin gəlirlərinin yüksəlməsi də rol oynadı. Lakin məsələ bundadır ki, problemli kreditlər üzrə məbləğin artmaması üçün gərək iqtisadiyyatdakı canlanma, işgüzar aktivlik və əhalinin gəlirlərindəki yüksəliş davamlı xarakter daşısın. Özü də hər üçü bərabər şəkildə... Belə ki, məsələn, iqtisadi canlanmanın və işgüzar aktivliyin zəiflədiyi fonda əhalinin gəlirlərinin artması istər-istəməz bahalaşma və inflyasiya yaradır. Bunun da nəticəsində banklardan götürülən borc vəsaitlərinin geri ödənişində problemlər ortaya çıxır.
Ölkədə problemli kreditlər üzrə məbləğin bir müddətdir artmaqda davam etməsində bir neçə amilin təsiri var. Bunlardan birincisi yenə həmişə olduğu kimi, istehlak kreditləridir. Banklar əvvəlkitək qeyd olunan növ üzrə kreditləşdirmədə maraqlıdırlar və bunun üçün çox geniş təbliğat siyasəti yürüdürlər. Nəzərə almırlar ki, bununla borclanmanın lüzumsuz yerə şişməsinə xidmət göstərməklə əslində, özlərinə problem yaradırlar.
Cari ilin təkcə iyul ayında bankların biznes kreditləri portfeli 87,9 milyon manat azaldığı halda, istehlak kreditləri portfeli 103,9 milyon manat, ipoteka kreditləri isə 10 milyon manat artıb.
Digər amil isə kredit faizlərinin yüksək olmasıdır. Götürülən kreditlər üzrə faizlər sabit qaldığı halda bahalaşma və inflyasiya real gəlirləri əritdiyi üçün borc vəsaitlərinin geri ödənişi dalana dirənir. Yəni, dolanışıq şərtləri və tələbi getdikcə sərtləşdiyi üçün bank qarşısında öhdəliklər icrası qeyri-mümkün məsələyə çevrilir. Bu zaman günah kimin ayağına yazılmalıdır?! Təbii ki, bankların, çünki kredit verdikdə ümumi iqtisadi gedişatı nəzərə almırlar, bütün riskləri hesablamırlar.
Sözün qısası, problemli kreditlərin məbləğinin artım tempində sürətlənmə ciddi narahatlıq doğurmalıdır. Düzdür, problemli kreditlərin ümumi kredit portfelində çəkisi hələ ki təhlükəli həddə deyil. Cari ilin iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Lakin 2019-cu ildəki kimi Prezidentin nə vaxtsa yenidən bu məsələyə müdaxilə edəcəyini gözləmək lazım deyil.

Pərviz Heydərov
Azvision.az üçün
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Sentyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri