Icma.az
close
up
RU
Problemli kreditlərin həcmi niyə artır

Problemli kreditlərin həcmi niyə artır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq bir neçə ildir ki, ölkədə problemli kreditlərin həcmində artım müşahidə olunur. Hətta hər ay ödənilməyən kreditlərin həcmi artır. Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 530,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bu, avqustun 1-i ilə müqayisədə 0,3 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 18,2 faiz, son 1 ildə isə 12,2 faiz artıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib. Bu nisbət iyulun sonuna da 1,7 faiz, ötən il dekabrın sonuna 1,5 faiz, ötən il avqustun sonuna isə 1,7 faiz olub.

Nominal gəlirlər azaldıqca problemli kreditlərin həcmi artır

Bank-maliyyə eksperti Əkrəm Həsənov deyir ki, işsizlik, gəlirlərin aşağı düşməsi bu səbəbdən də problemli kreditlərin həcmini artır: "Verilən kreditlərin faizləri də çox yüksəkdir. Bu səbəbdən də insanlar onu ödəməkdə çətinlik çəkirlər. Ölkədə  nominal gəlirlər belə azalıb. Bu səbəbdən də problemli kredit artır. İnsanların gəlirləri azaldığı üçün borclarını ödəyə bilmirlər. Get-gedə problemli kreditlərin həcmi daha da artacaq. Hazırda iqtisadi vəziyyətin yaxşılaşması üçün şərtlər yoxdur. Bu səbəbdən də götürdüyü krediti qaytarmaq imkanları olmayanların sayı artacaq. Bugünkü qiymət artımı gəlirlərə uyğun deyil. Gəlirlər az, qiymətlər isə yüksəkdir. Qiymət artdıqda insanlar maaşını daha çox xərcləyir. Kredit ödəməyə pul qalmır. O baxımdan problemli kreditlərin qarşısını almağın ən yaxşı yolu iqtisadi inkişafa nail olmaqdır. Yəni insanların gəlirləri qiymətlərdən daha sürətlə artmalıdır. Bunun qarşısını almağın bir neçə yolu var. Birincisi kredit şərtlərinin ağırlaşdırılmasıdır. Şərtlər ağırlaşdırılsa, kredit götürənlərin sayı azalacaq. Ancaq bu da iqtisadi aktivliyin aşağı düşməsinə səbəb olacaq. Ondansa insanların iqtisadi vəziyyətinin yüksəldilməsi daha məqsədə uyğundur. Qazancları, gəlirləri artdıqca insanlar da vaxtlı-vaxtında borclarını ödəyə biləcəklər".

Kredit siyasəti indiki kimi davam etsə, vəziyyət ağırlaşacaq

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, problemli kreditlərin həcminin hər ay artması təhlükəli tendensiyadır. Qarşısı alınmasa, artım davam edəcək: "Qeyd edim ki, ölkədə həm istehlak, həm də biznes kreditləri çox yüksək faizlidir. Bu da təbii ki, həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Böyük fazilər biznesin inkişafının qarşısını alır. Bundan da kiçik və orta sahibkarlıq əziyyət çəkir. Çətinliklərlə üz-üzə qalır, inkişaf edə bilmir. Faizin azaldılması üçün dövlət tərəfindən müvafiq tədbirlər görülə bilər. Bu, mümkündür. Bu gün dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb. Dövlətlər özləri buna gedirlər ki, iqtisadiyyat canlansın, inkişaf etsin. Azərbaycanda da buna gedilməlidir. Başqa yol yoxdur. Əgər istehlak, biznes kreditləri ucuz olsa, iqtisadiyyat canlanar, inkişaf edər. Bu zaman insanların qazancı artar və nəticədə problemli kreditlərin həçmi də azalmağa başlayar. Yox, əgər müvafiq tədbirlər görülməsə, iqtisadi canlanma olmasa, kredit siyasəti indiki kimi davam etsə, vəziyyət ağırlaşacaq. Bundan sonra da dövlət müdaxilə etməyə məcbur qalacaq. Bir müddətdən sonra bu vəziyyət bank sektoru üçün çox böyük təhlükəyə çevriləcək. Dövlət də məcbur qalacaq ki, milyardlarla vəsait xərcləyib vəziyyəti normallaşdırsın. Amma indidən önləyici tədbirlər görülsə, əlavə vəsaitə ehtiyac qalmaz".

Vətəndaşlar gəlirləri az olduğu üçün istehlak kreditlərinə meyilli olurlar

Natiq Cəfərlinin sözlərinə görə, problemli kreditlərin həcmini artıran istehlak kreditləridir. Ölkədə istehlak kreditlərinin həcmi həddindən artıq çoxdur. Vətəndaşlar gəlirləri az olduğu üçün daima istehlak kreditlərinə meyilli olurlar. Nəğd pulu olmadığı üçün məcbur qalıb istehlak kreditləri götürürlər. Bütün bunlar da nəticə etibarı ilə problemli kreditlərin həcminin artmasına səbəb olur. Məlum olduğu kimi, Mərkəzi Bank istehlak kreditlərinin məhdudlaşdırılması ilə bağlı qərar verib. Qərar əsasən, artıq vətəndaş aylıq gəlirinin 5 mislindən artıq istehlak krediti götürə bilməz. Məsələn, şəxs 1000 manat maaş alırsa, ona 5 mindən artıq istehlak krediti verilə bilməz. Hesab edirəm ki, belə qərarlar vəziyyətdən çıxış yolu deyil. Hazırda ölkə iqtisadiyyatında məişət texnikası, mebel və bu tipli istehlak kreditlərinə yönəlik satışın həcmi də məhz kreditə bağlıdır. Bu qərar iqtisadi aktivliyi azaldır, ticarət şəbəkələrinin dövriyyəsini aşağı salır. Bu, doğru siyasət deyil. Bu məhdudlaşdırıcı tədbirlər müəyyən qədər effekt verə bilər, amma problemi həll etməz. Əsas problem vətəndaşın gəliri ilə bağlıdır. Bu istiqamətdə işlər görülməlidir. Vətəndaşların gəlirləri artdıqca kredit borclarını zamanında ödəyər, borclu qalmaz. Vəziyyəti düzəndən sonra isə ümumiyyətlə, kredit götürməz. Hesab edirəm ki, ölkədə əhalinin gəlirlərinin artırılması üçün hökumət daha çox iş görməlidir. Çünki problemli kreditlərin həcmində istehlak kreditləri üstünlük təşkil edir. Bu da sadə vətəndaşların borclarını ödəyə bilməməsi ilə bağlıdır".

Ödənməyən kreditlər, üst-üstə yığılan borclar

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, gəliri aşağı olan insanlar problemlərini həll etmək üçün, xeyir və şərlərini yola vermək üçün kreditlərə müraciət edirlər. Sosial durumu yaxşı olmayan insanlar işlərini, problemlərini bu yolla həll edirlər. Gəlirləri azaldıqca krediti ödəyə bilmədikləri üçün borc yığılır üst-üstə. Faizlər də yüksək olduğu üçün borcun məbləği ikiqat çoxalır: "İnsanlar uzun müddət yüksək faizlərlə əldə etdikləri kreditlərdən artıq kifayət qədər borclanıblar. Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alıb banklar daha liberal maliyyə-kredit siyasəti həyata keçirməlidirlər. Kreditləri vətəndaşlara aşağı faizlə təklif etməlidirlər ki, son illərdə yaranmış maliyyə problemlərini kreditlər vasitəsilə həll etsinlər. Faizlər aşağı olsa, insanların ödəmə imkanları artar".

Problemli kreditləri artıran səbəblərdən biri də inflyasiyadır

İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, problemli kreditlərin artmasının əsas səbəbi yüksək faiz dərəcələridir. Faizlər ildən-ilə artırılır, bu da borc götürənlərin işini çətinləşdirir: "Problemli kreditləri artıran səbəblərdən biri də inflyasiyadır. Qiymətlərin yüksəlməsi sabit gəlirlə yaşayan insanların kredit ödəmələrində problemlər yaradır. Digər bir səbəb isə bankların riskli müştərilərə kredit verməsidir. Rəqabət şəraitində banklar daha riskli müştərilərə kredit ayırır və bu da problemli kreditlərin sayını çoxaldır. Əgər mövcud siyasət eyni şəkildə davam edərsə və faizlər yüksək qalarsa, problemli kreditlərin payı artmaqda davam edəcək. Siyasət yumşaldılarsa, artımın qarşısını almaq mümkündür. Proqnozlar birbaşa olaraq gələcək siyasətdən asılı olacaq".

Ekspert vurğulayıb ki, kreditlərin və pul öhdəliklərinin gecikdirilməsi zamanı əsasən cərimə faizləri nəzərdə tutulur. İstehlak kreditlərində cərimə faizinin yuxarı həddi qanunla 5 faizlə məhdudlaşdırılıb. Yəni maliyyə qurumu borcalana bundan artıq cərimə tətbiq edə bilməz:

Öhdəliklər vaxtında yerinə yetirilməyəndə...

"Biznes kreditləri və digər qeyri-istehlak kreditlərində vəziyyət fərqlidir. Əgər müqavilədə xüsusi cərimə faizi göstərilməyibsə, bu halda Mərkəzi Bankın uçot dərəcəsinə əlavə 2 faiz müəyyən edilir. Hazırda uçot dərəcəsi 7 faizdir, buna 2 faiz əlavə olunmaqla cərimə 9 faizə qədər ola bilər. Lakin ümumi qayda olaraq cərimə 5 faizdən az olmamalıdır. Əgər gələcəkdə uçot dərəcəsi azalsa belə, minimum 5 faiz cərimə qüvvədə qalır. Sadə borc müqavilələrində də oxşar qaydalar tətbiq olunur. Əgər müqavilədə faiz göstərilməyibsə, maksimum 5 faiz cərimə nəzərdə tutula bilər. Amma biznes kreditlərində və sadə borc müqavilələrində tərəflər daha yüksək faiz üzərində razılaşa bilirlər. Bu halda müqavilədə göstərilən faiz əsas götürülür. Qeyd edim ki, burada cərimə faizinin yuxarı həddi 5 faiz olaraq qalmaqla, bu faiz hesablamaları yalnız 180 gün müddətində tətbiq edilə bilər. Yəni vətəndaş ödənişini gecikdirirsə, maksimum 180 gün əlavə 5 faiz ödəyir. 181-ci gündən sonra artıq yeni cərimə hesablanmır. Amma borcalan bilməlidir ki, əsas kredit faizi ilə yanaşı, bu cərimə də borcu artırır. Nəticə etibarilə, bu cərimə faizləri əsas kredit faizlərinə əlavə olunur. Ona görə də borcalanlar bilməlidir ki, öhdəliklərini vaxtında yerinə yetirmədikdə həm kredit faizləri, həm də cərimə faizləri hesabına borcları daha da artır".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri