Icma.az
close
up
RU
Prodokşnlar min hoqqadan çıxır Xalq artisti üsyan etdi

Prodokşnlar min hoqqadan çıxır Xalq artisti üsyan etdi

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Nə qədər ki, kinostudiya bu vəziyyətdədir, heç bir kino çəkilişi və sənətindən söhbət gedə bilməz. Bu boyda kinostudiya başlı-başına qalıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Aktyor kino şirkətlərinin min hoqqadan çıxdığını və ancaq öz mənafelərini düşündüklərini xatırladıb:

"Kənardakı prodokşnlar min hoqqadan çıxır. Özfəaliyyət səviyyəli prodakşnların sayı artmaqdadır, hərə birini açıb. Ən dəhşətlisi isə onların hər birinə şərait yaradırlar. Mənasız filmlər çəkilir və böyük-böyük pullar havaya sovrulur. Yeni mövsümə az qalsa da, kino ilə bağlı hələ də müsbət qərar yoxdur. Bu gün hamı şəxsi maraqlara xidmət edir. Xalq, dövlət haqqında fikirləşmirlər, hər kəs özü haqqında düşünür. Mən məmurları, əlində imkan olan şəxsləri deyirəm. Hərənin əlinə bir obyekt keçən kimi orada hakim olur, kor atı minib köndələn çapır. İşi bilənə tapşırarlar".

Əbdül Mahmudbəyov hesab edir ki, kino milli-mənəvi dəyərdir, sərhəd tanımayan sənət sahəsidir:

"Bu sahəyə bu səviyyədə düşünən qeyrətli, şəxsi marağını ikinci plana çəkə bilən rəhbərlər lazımdır. Kimin əlinə fürsət düşür, istifadə etməyə başlayır. Kompleks şəkildə qəlbdən, milli-mənəvi dəyərlərdən gələn ruh yoxdur, hər kəs öz əlinə oynayır. Qaçdı-tutdu ilə iş görmək olmaz. Kinostudiya və kino kompleks şəkildə həll edilməlidir, özü də birinci şəxs səviyyəsində. Kino şəxsən ölkə başıcının nəzarətində olmalıdır. İş görmək lazımdır".

Şeyx Əbdül Mahmudbəyov kino ilə bağlı konkret proqramların təsdiq olunmasının vacibliyini vurğulayıb:

"Bu işi bilən və məsuliyyətli adamlar işə təyin olunmalıdır. Təsəvvür edin ki, məni aparıb qoyublar kosmonovatlara rəhbər, onlara nə öyrədə bilərəm? Gülməlidir. Kino ideoloji təbliğat vasitəsi kimi nəzarətdə olmalıdır. Kino həm də böyük salnamədir, tarixdir. O yerdə ki millətin taleyi həll olunur, tarix yazılır, bu mütləq birinci şəxsin nəzarətində olmalıdır. Sərəncam verilir, təyinat olur, gəlirsən yanına, bəlli olur ki, o da kimdənsə asılıdır, hər şeyi həll edə bilməz".

Xalq artisti kinonun əsas problemini də açıqlayıb:

"Ən böyük dərd odur ki, bu gün kinonu kinoya aidiyyəti olmayanlar təmsil edir. Bir ittifaq orada açılıb, kinoya aidiyyatı olmayanlar dövlət büdcəsindən yeyib kef edirlər, bir prodakşn da burada açıblar, hərə əlinə bir senari alıb ARKA-ın üstünə gəlir. Mən həmin qurumun bədii şurasının üzvüyəm. Bilirsiniz, orada nə qədər "bezdarnı” senariləri geri qaytarmışıq? Nə qədər imkansız, səviyyəsiz rejissorlarla baş ağrıtmaq olar? Çünki kino peşəkar səviyyədə idarə olunmalıdır. Bu gün Azərbaycanda 30-dan çox kino çəkən qrup var. Hamısının da öz oyunu və maxinasiyası və ən başlıcası, qeyri-peşəkar səviyyələri. Baxırsan adamın ürəyi ağrıyır".

Xalq artisti filmlərin telefonla çəkildiyini də deyib:

"Görün, kino nə günə qalıb. Telefonla çəkilən kino hara kimi gedər, kim baxar ona".

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri