Icma.az
close
up
RU
Professor açıqladı: Alzheimer riski sürətlə artır

Professor açıqladı: Alzheimer riski sürətlə artır

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bu genin dünya əhalisinin hər 50 nəfərindən birində olduğu və xəstəlik riskini 10 qat artırdığı məlumdur

Yeni bir araşdırma göstərir ki, gündəlik həyatda uzun müddət oturmaq və ya uzanmaq – edilən idmandan asılı olmayaraq – Alzheimer riskini artırır.


Sherg.az xəbər verir ki, uzun müddətdir mütəxəssislər həftədə ən azı 150 dəqiqə idman etməyin sağlamlıq üçün vacib olduğunu vurğulayır. Lakin ABŞ-ın Vanderbilt Universiteti Tibb Mərkəzi tərəfindən aparılan genişmiqyaslı bir araşdırma, yalnız aktiv olmağın kifayət etmədiyini göstərib.


TƏK İDMAN YETMİR, HƏRƏKƏT  VACİBDİR

“Alzheimer’s & Dementia” jurnalında yayımlanan tədqiqatda, 50 yaşdan yuxarı 400-dən çox şəxs yeddi il boyunca izlənilib. İştirakçılar bir həftə boyunca fiziki fəaliyyətlərini qeydə alan cihazlar taxıblar. Bu məlumatlar beyin görüntüləmələri və idrak testləri ilə müqayisə olunub.

Araşdırma nəticəsində məlum olub ki, gündə daha çox oturan şəxslərdə – idman etsələr belə – Alzheimer xəstəliyinə işarə edən beyin kiçilməsi və idrak zəifləməsi müşahidə edilib. Xüsusilə öyrənmə və yaddaş üçün kritik əhəmiyyətə malik hipokamp bölgəsində nəzərəçarpacaq dərəcədə kiçilmə aşkarlanıb.


GENETİK MEYL RİSKİ ARTIRIR

Araşdırma göstərib ki, Alzheimer üçün genetik risk faktoru daşıyan APOE-e4 geninə sahib şəxslərdə oturaq həyat tərzinin mənfi təsirləri daha güclü şəkildə hiss olunur. Bu genin dünya əhalisinin hər 50 nəfərindən birində olduğu və xəstəlik riskini 10 qat artırdığı məlumdur.


"TƏK MƏŞQ YETƏRLİ DEYİL"


Araşdırmanın baş müəllifi Dr. Marissa Gogniat bu nəticələrin sağlam qalmaq üçün təkcə idman etməyin kifayət etmədiyini göstərdiyini deyib:

"Alzheimer riskini azaltmaq üçün gündə bir dəfə idman etmək yetərli deyil. Uzun müddət oturmaqdan çəkinmək riskin azaldılmasında əsas rol oynayır."


Nevroloq professor Angela Jefferson isə xüsusilə Alzheimer riski daşıyan yaşlı insanların gün ərzində tez-tez hərəkət etməli olduqlarını vurğulayıb:

"Gün ərzində tez-tez oturmağa fasilə vermək və aktiv qalmaq beyin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır."


HƏRƏKƏTSİZLİK BEYNİ NECƏ TƏSİR EDİR?

Tədqiqatçılar bildirirlər ki, uzun müddətli hərəkətsizlik beynə gedən qan axınını poza bilər və bu da Alzheimer xəstəliyinə yol açan struktural dəyişiklikləri tətikləyə bilər.

Alzheimer İngiltərədə demansın (ağıl zəifliyinin) ən geniş yayılmış səbəbi olaraq tanınır. “Alzheimer’s Society”nin məlumatına görə, demansın Birləşmiş Krallığa illik maliyyəti 42 milyard funt-sterlinq təşkil edir və bu rəqəmin növbəti 15 ildə yaşlanan əhali ilə birlikdə 90 milyard sterlinqə yüksələcəyi gözlənilir.


Hazırda İngiltərədə təxminən 944 min, ABŞ-da isə təxminən 7 milyon insan demansla yaşayır. Alzheimer xəstəliyinin beyin hüceyrələrində zəhərli protein yığılması səbəbindən ortaya çıxdığı düşünülür. Xəstəlik; yaddaş itkisi, düşüncə və danışıq çətinlikləri kimi əlamətlərlə özünü göstərir və zamanla irəliləyir.

2022-ci ildə yalnız İngiltərədə demans səbəbilə 74.261 nəfər həyatını itirib – bu da xəstəliyi ölkənin ən geniş yayılmış ölüm səbəbi halına gətirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri