Icma.az
close
up
RU
Professor Ramazan Qafarlı: Folklor xalqın şifahi konstitusiyasıdır

Professor Ramazan Qafarlı: Folklor xalqın şifahi konstitusiyasıdır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 yanvar, AZƏRTAC

Əsrlər boyu, hətta yazının meydana çıxmasından əvvəlki dövrdə Azərbaycan dili folklor vasitəsilə dövlətçilik şüurunu qoruyub saxlayıb. “Kitabi Dədə Qorqud” dastanı sadəcə ədəbi bir abidə deyil, həm də idarəetmə, ədalət, torpaq və legitimlik məcəlləsidir. Dədə Qorqudun hər sözü bir hökm, hər duası ayrıca dövlət qərarıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru professor Ramazan Qafarlı ifadə edib.

O əlavə edib: “Dastanlarda torpaq müqəddəsdir: tərk edilmir, qorunur. Atalar sözləri ədalət meyarını müəyyən edir. Dövlət kağız üzərində deyil, söz daxilində qorunub saxlanılıb. Folklor xalqın şifahi konstitusiyasıdır”.

Prezidentin “dil sadəcə ünsiyyət vasitəsi deyil” ifadəsi folklorun bir dil kimi funksiyasını mahiyyət etibarilə təsdiqləyir. Çünki folklor kimliyi qoruyur, yaddaşı ötürür və milli “biz” məfhumunu formalaşdırır. Bu, filoloji deyil, strateji bir həqiqətdir.

Dilin saflığı folklorun qorunması deməkdir. Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini xüsusi vurğulayır. Bu, sadəcə alınma sözlərdən imtina etmək deyil, dilin özünəməxsus yaradıcı gücünü qorumaq məsələsidir.

Azərbaycan dili obrazlılıq, metafora, emosiyalar və folklor təbəqələri ilə zəngindir. Xalq təfəkkürü həmişə yeni anlayışlar üçün sözlər yaratmaqda mahir olub. “Göz dəydi”, “ürək dağa döndü” və “sözün canı” kimi ifadələr sadəcə linqvistik formalar deyil, psixoloji və fəlsəfi modellərdir.

Folklor dili əsrlər boyu bu saflığın laboratoriyası kimi xidmət edib. Atalar sözləri dili yad təsirlərdən qorumaq üçün bir mexanizmdir.

Mahiyyət etibarilə, Prezidentin ziyalılara müraciəti folklor yaddaşına sadiqlik çağırışıdır. Çünki yad sözlər təkcə dili deyil, həm də yaddaşı yadlaşdırır.

Prezident İlham Əliyevin çıxışında mühüm strateji bir xətt var: dil elmin təməlidir. Elmin inkişafı təkcə texnologiyalar ilə ölçülmür. Əgər ana dilində elmi təfəkkür yoxdursa, o, milli ola bilməz. Burada folklor mücərrəd düşüncənin ilkin forması olduğundan yenə də folklor dili əsas rol oynayır. Tapmacalar məntiqi inkişaf etdirir, nağıllar səbəb-nəticə əlaqələrini öyrədir, bayatılar isə konseptual ümumiləşdirmə qabiliyyətini inkişaf etdirir”, - deyə professor Ramazan Qafarlı vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri