Icma.az
close
up
RU
Professor Elman Quliyev: Qazax şifahi ədəbiyyatının ilk və aparıcı janrı nəğmələrdir

Professor Elman Quliyev: Qazax şifahi ədəbiyyatının ilk və aparıcı janrı nəğmələrdir

Azertag saytına istinadən Icma.az xəbər verir.

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 19 noyabr, AZƏRTAC

Türklərin çoxminillik ictimai-siyasi, elmi-mədəni, ədəbi-bədii və s. inkişaf tarixində hər bir türk tayfasının özünəməxsus xidmətləri olub. Bu sırada qazaxların da yeri vardır. Qazaxlar qədim türk təfəkkürünü, xarakterini özündə əks etdirən bir xalqdır. Digər türk xalqları kimi qazaxlar da varislik ənənələrindən layiqincə bəhrələnərək ümumtürk estetik təfəkkürünün inkişafında müstəsna xidmət göstəriblər. Qazax ədəbiyyatı ilə ümumtürk ədəbiyyatı arasında müəyyən genetik-funksional əlaqə həmişə müşahidə olunub, XX əsrin 70 illik bolşevizm ideyaları təsirində belə bir vəhdət özünü qoruyub saxlaya bilib. Qazax şifahi ədəbiyyatının ilk və aparıcı janrı nəğmələrdir. Nəğmələr forma və məzmununa görə müxtəlifdir.

Bu fikirlər filologiya elmləri doktoru, professor Elman Quliyevin qazax ədəbiyyatı ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Qazax nəğmələri içərisində matəm və toy nəğmələri üstünlük təşkil edir. Onların yaranmasının konkret olaraq hansı tarixə aid olması dəqiq bilinməsə də, bu nəğmələrdə qazax milli ruhu və dəyərləri aydın duyulur. “Yar-yar”, “Qız tanıs”, “Bet açar” (“Niqab götürmə”), “Ayt gəlin”, “Könül aytu”, “Joktay”, “Koştasu” və s. toy və matəm nəğmələrinda insanın şərəf və ləyaqəti, gəlinin həyəcanları, ailədə ağsaqqalın yeri, ər və arvad münasibətləri, ölən insanla vidalaşma və s. məsələlər əksini tapır.

Qazax folklorunda epik dastanların xüsusi yeri vardır. Qazax dastanları qəhrəmanlıq və aşiqanə olmaqla iki qrupa bölünür. “Qoblandı batır”, “Qənbər batır” dastanları qəhrəmanlıq dastanlarıdır. “Qoblandı batır” dastanında əsərin qəhrəmanı Qoblandı kalmık ordusunda qarşı mübarizə aparır. O, düşməni dəf edərək vətəni talançılardan xilas edir. Dastanın sonunda Qoblandının qələbə döyüşü həm real, həm də fantastik boyalarla təsvir edilir. “Kozı, Korpeş və Bayan Slu” və “Ayman Şolpan” məhəbbət dastanlarıdır. Hər iki dastanda sevən gənclər sevgilərinə sədaqətli olduqları üçün məkrli rəqiblərinə qalib gəlib bir-birlərinə qovuşurlar.

Qeyd edək ki, qırğız, tatar, özbək, qaraqalpaq türklərində də bu dastanların dəyişik variantlarını görmək mümkündür. XVIII əsrdən etibarən qazax ədəbiyyatında akın poeziyası yaranmağa başlayıb. Qazaxıstanda jırau və ölençi sözləri akın sözü ilə yanaşı işlədilib. Çünki jır və ölen sözləri nəğmə və ya mahnı mənaları ifadə etdiyindən, onu söyləyən və yazan şəxslər müvafiq olaraq jıran və ölençi adlanır. Bu mənada akınlar da şeir ifa edən, eyni zamanda şeir yazan yaradıcı sənətkarlar hesab edilir. Bukar jırau Kalmakanoğlu XVIII əsr qazax akın poeziyasının ilk nümayəndəsidir. XIX əsrdə akın poeziyası Dövlət Babatayoğlu, Şortaybay Kanayoğlu, Şal Kulekeoğlu, Məhəmbət Ötemişoğlu, Süyünbay Aronoğlu və s. şairlər tərəfindən inkişaf etdirilib.

XIX əsr akın poeziyasının mövzu dairəsi xeyli genişlənib. XIX əsrin ictimai-siyasi hadisələri akın poeziyasında aparıcı mövzuya çevrilib. Bu səbəbdən hakim təbəqələrə nifrət hissi, onlara qarşı mübarizənin aparılması, kəndlilərin acınacaqlı vəziyyəti və s. mövzular akın ədəbiyyatında önəmli yer tutmağa başlayıb.

Qazax yazılı ədəbiyyatının yaranması XIX əsrin payına düşür. Qazax yazılı ədəbiyyatının yaranmasına akın poeziyası böyük təsir göstərib. XIX əsr qazax yazılı ədəbiyyatının üç böyük nümayəndəsi olub: Çokan Vəlixanov (1838-1865), İbray Altınsarın (1841-1889) və Abay Kunanbayev (1845-1904). Ç.Vəlixanov publisistik və etnoqrafik əsərlər, folklora aid məqalələr, İ.Altınsarın nəsihətamiz şeir və hekayələr, publisistik əsərlər və s. müəllifi kimi qazax yazılı ədəbiyyatının təşəkkül və inkişafında mühüm rol oynayıblar. Ç.Vəlixanovun folklorşünas kimi qırğız dastanı “Manas”ı toplamaq və onunla bağlı ilk dəfə elmi fikir söyləmək baxımından xidmətləri böyükdür.

Abay Kunanbayev XIX əsr qazax realist ədəbiyyatının ən böyük şairidir. 200-ə yaxın şeir, 3 poema və 45 nəsr əsərinin müəllifi olan A.Kunanbayev demokratik ideyalar carçısı kimi xalqının istək və arzularını, çətinliklərini, mübarizə əzmini və s. halları realist tərzdə qələmə alıb. Ç.Vəlixanov, İ.Altınsarın və A.Kunanbayev yaradıcılıqları XX əsrin əvvəlləri qazax ədəbiyyatı üçün ənənə rolunu oynadı. Bu ənənə Akılbay, Akan Səre Koramsaoğlu, Sultanmahmud Torayqırov, Sabit Dopentayev, İsfəndiyar Kobeyev, Səkən Seyfullin, İlyas Cansuqurov və başqaları tərəfindən qorunub saxlanılmışdır.

XX əsrin əvvəllərində qazax ədəbiyyatında roman janrının əsası qoyuldu. İsfəndiyar Kobeyevin “Kalım” və Sultanmahmud Torayqırovun “Gözəl Qəmər” əsərləri qazax ədəbiyyatının ilk roman nümunələri hesab olunur. XX əsrin əvvəllərində “Aykap”, “Qazax” və digər dövrü mətbuat nümunələrində ictimai-siyasi problemlərlə, ədəbiyyat, mədəniyyət və s. məsələlərlə bağlı yazıların dərc edilməsi qazax milli ruhunun və demokratik düşüncəsinin inkişafına böyük təsir göstərib. Yeni ruhlu milli ideya və milli düşüncə ideyaları qazax sovet ədəbiyyatında da müxtəlif formalarda təzahürünü tapmağa başladı. Cambul Cabayev, Sabit Mukanov, Muxtar Auezov və başqalarının yaradıcılıqlarında sovet ideoloji ölçülərinin yer alması ilə yanaşı, milli-mənəvi özünəməxsus dəyərlər də qorunub saxlanılırdı. Müasir qazax ədəbiyyatının görkəmli nümayəndələri olan Muxtar Auezov, Xalijan Bekxojin, Oljas Süleymenov və digər sənətkarların yaradıcılıqlarında milli dəyərlərin qorunub saxlanılması geniş hal alıb. M.Auezovun “Yenilik və kebek” əsəri müasir qazax ədəbiyyatında dram janrının ilk nümunəsi kimi yer alır. Onun “Abay” və “Abayın yolu” romanları qazax ədəbiyyatına tarixi mövzuda yazılmış möhtəşəm roman kimi daxil olub.

Müasir mərhələdə hər bir milli türk ədəbiyyatı kimi, qazax ədəbiyyatı da müasir ictimai və milli-estetik prinsiplər daxilində inkişaf edir, türk ədəbi-bədii epoxasına layiqli töhfələr verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see276

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see253

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see221

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see207

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see203

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see191

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see150

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see147

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see140

”, ”, topaz ın sahibi ən varlı adam oldu

01 Yanvar 2026 23:37see139

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see138

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see138

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see136

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see136

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see136

Yumşaq eniş , proqnozu aşan gəlirlər Azərbaycanın 2025 ci il üzrə iqtisadi icmalı

01 Yanvar 2026 18:43see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi VİDEO

01 Yanvar 2026 18:56see130

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri