Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Professor: Sosial şəbəkələr dili nə zənginləşdirir, nə də məhv edir

Professor: Sosial şəbəkələr dili nə zənginləşdirir, nə də məhv edir

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi gənclərin danışıq və yazışma üslubuna da təsirsiz ötüşmür. Xarici sözlər, müxtəlif qısaltmalar, rus və ingilis mənşəli ifadələr, eləcə də internet jarqonu gündəlik ünsiyyətdə getdikcə daha geniş yayılır.
Bəs bu tendensiya Azərbaycan dilini zənginləşdirən təbii prosesdir, yoxsa ədəbi dilin normaları və dil mədəniyyəti üçün təhlükə yaradır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva bildirib ki, sosial şəbəkələr ümumiyyətlə Azərbaycan dilinin inkişafına deyil, onun tətbiqinə həm müsbət, həm də mənfi təsir göstərən platformalardır.

Onun sözlərinə görə, müsbət cəhətlərdən biri odur ki, sosial şəbəkələr Azərbaycan dilinin tətbiqi üçün sürətli imkan yaradıb:
“Təsəvvür edin ki, hər hansı bir mövzu müzakirəyə çevrilir və birdən-birə yüzlərlə insan bu platforma üzərindən müzakirəyə qoşularaq öz fikrini bildirir. Azərbaycan dilinin tətbiqi baxımından bu, müsbət tərəfdir.
Digər tərəfdən isə, xüsusilə gənclər arasında sosial şəbəkələrdə sürətli ünsiyyət, qeyri-rəsmi yazı üslubu və məzmunun nəzarətsiz şəkildə yayılması prosesi baş verir. Bu da ədəbi dil normalarının pozulması riskini artırır. Burada ən çox rast gəlinən məsələlər sözlərin yanlış yazılması, durğu işarələrindən düzgün istifadə olunmaması, hətta bəzən ümumiyyətlə durğu işarələrindən istifadə edilməməsidir. Danışıq dilinin yazılı nitqə birbaşa təsiri müşahidə olunur. Təəssüf ki, gənclərimizin bir qismi necə danışırsa, elə də yazır. Bu isə yazı mədəniyyətinin zəifləməsi riskini artırır. Yəni bu məsələdə danışıq dili yazı dilini üstələyir.
Digər problem yad dillərdən lüzumsuz söz və ifadələrin alınması, Azərbaycan dilinin qrammatik və üslubi normalarına laqeyd münasibət göstərilməsidir. Xüsusilə bunu vurğulamaq istəyirəm ki, əsas risklərdən biri dil səhvlərinin kütləviləşməsidir.
Onlarla gənc birdən-birə hər hansı müzakirəyə qoşulur və eyni səhvlərə yol verilir. Məsələn, sosial şəbəkədə çox izlənən, məşhurlaşmış bir şəxsin etdiyi səhv qısa müddətdə minlərlə istifadəçi tərəfindən təkrarlana bilər. Bu da zamanla adətə və vərdişə çevrilərək gənclərin yazılı nitqinə təsir göstərir.
Digər məsələlərdən biri də latın qrafikasının mövcud imkanlarından düzgün istifadə olunmamasıdır. Azərbaycan dilinə xas hərflərin başqa simvollarla əvəzlənməsi, müxtəlif dillərin qarışıq şəkildə işlədilməsi yazı mədəniyyətinin və ədəbi dilin düzgün tətbiqinə mane olur və bu riski daha da artırır.
Amma bir məsələni də qeyd etmək istəyirəm: sosial şəbəkələri yalnız təhlükə mənbəyi kimi qiymətləndirmək düzgün deyil. Əgər biz sosial şəbəkələrdən Azərbaycan dilinin təbliği üçün səmərəli şəkildə istifadə etsək, bunu geniş şəkildə yaysaq və səhvlərə yol verildiyi zaman buna münasibətimizi bildirsək, dilçi, mütəxəssis və məsuliyyətli vətəndaş kimi yanaşsaq, təbii ki, bu, mühüm rol oynayacaq. Sosial şəbəkələrdə Azərbaycan dilinin düzgün tətbiqi gənclər arasında da geniş yayıla bilər. Deməli, məsələ texnologiyalarda deyil. Məsələ dildən və dil mədəniyyətindən necə istifadə olunmasındadır.
Bir məsələni də qeyd etmək istəyirəm. Dil çox gözəldir. Dil dəyişməz deyil, əksinə, təbii və canlı bir orqanizmdir. Cəmiyyət dəyişdikcə, xüsusilə qloballaşma dövründə dilin lüğət tərkibində, ifadə imkanlarında və ünsiyyət formalarında müəyyən dəyişikliklərin baş verməsi təbiidir.
Başqa dillərdən inkişaf prosesində lazım olan sözləri götürmək olar. Dəfələrlə vurğulandığı kimi, dilimizdə qarşılığı ola-ola başqa söz və ifadələrin lüzumsuz istifadəsinə ehtiyac yoxdur.
Tarix boyu Azərbaycan dili müxtəlif dillərlə təmasda olub. Bu proses həmişə lüğətimizi müəyyən mənada zənginləşdirib və başqa dillərdən dilimizə sözlərin daxil olmasına səbəb olub. Azərbaycan dilində müəyyən faiz nisbətində başqa dillərdən gələn sözlər mövcuddur.
Amma bu prosesi sosial şəbəkələrdə istifadə olunan lazımsız və lüzumsuz söz və ifadələr hesabına kütləviləşdirsək, bu, təbii ki, arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Burada sözün dilə daxil olmasından çox, onun necə və hansı kontekstdə istifadə olunması da vacibdir. Təəssüf ki, gənclərimiz bəzən bu sərhədi düzgün müəyyənləşdirə bilmirlər. Azərbaycan dilində qarşılığı olduğu halda yad sözlərdən istifadə edilir. Bəzən bu sözlər müasirlik və prestij əlaməti kimi təqdim olunur.
Xüsusilə aparıcıların, istər televiziya, istərsə də radio olsun, çıxışlarında və sosial şəbəkə səhifələrində bunun şahidi oluruq. Xarici filmlərin tərcüməsində də bəzən tərcüməçi söz və ifadələri
Azərbaycan dilinə uyğunlaşdırmaq əvəzinə olduğu kimi təqdim edir və digər dillərə xas söz və ifadələrdən istifadə olunur. Nəticədə ingilis, rus və digər Avropa dilləri mənşəli sözlərin dilimizə daxil olması prosesi sürətlənir. Bu isə, məncə, yolverilməzdir.
Eləcə də qısaltmalar məsələsi var. Bu gün sürətli yazı prosesində qısaltmaların geniş tətbiqinə rast gəlirik. Halbuki Azərbaycan dili saitlər üzərində qurulan dildir. Bizdə “slm” yox, “salam”, “tşk” yox, “təşəkkür” yazılmalıdır.
Bu cür internet jarqonu, danışıq dilinə xas ifadələr və bilərəkdən edilən dil pozuntuları ünsiyyət prosesində yazı mədəniyyətinin düzgün tətbiq olunmamasına şərait yaradır. Bu, arzuolunmaz haldır.
Amma bunu təhlükə kimi də qiymətləndirməzdim. Çünki dili qoruyan dövlət qurumlarımız, Dövlət Dil Komissiyası, yazıçılarımız, şairlərimiz, mütəxəssislərimiz, dilçilərimiz və dili canından, bütün varlığı ilə sevən milyonlarla azərbaycanlı var.
Bu, dilimiz üçün ciddi təhlükə yarada biləcək və onun düzgün tətbiqinə mane ola biləcək bir hal deyil. Sadəcə, biz arzu etməli və çalışmalıyıq ki, gənclərimizi düzgün yazı mədəniyyətinə cəlb edə və buna təşviq edə bilək.
Bu iş müəllimlərimiz və ziyalılarımız tərəfindən həmişə diqqətdə saxlanılmalıdır. Onlar bu istiqamətdə faydalı işlər görməli və prosesə töhfə verməyi bacarmalıdırlar. Biz hamımız bu işdə səfərbər olmalıyıq.
Gənclərin dilini səhv dil kimi qiymətləndirmək də düzgün deyil. Onların istifadə etdiyi dil əslində yeni söz və ifadələrin hansı istiqamətlərdə işlənə biləcəyini, belə demək mümkündürsə, onların coğrafiyasını və xəritəsini göstərir.
Hər hansı sözdən istifadə edərkən, əgər bu söz səhvdirsə, mütəxəssis onu düzəltməlidir, düzgündürsə, biz də tətbiq etməliyik. Amma bunu müəyyənləşdirmək üçün mexanizm olmalıdır.
Bu mexanizm bizim lüğətlərimizdir. Elektron lüğətlər, orfoqrafiya və orfoepiya lüğətləri, mövcud qrammatika kitabları bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Sosial şəbəkələr Azərbaycan dilinin nə zənginləşməsinə, nə də məhvinə birbaşa şərait yarada bilər. Sadəcə, dilin tətbiqi üçün imkan yaradır və biz bu imkandan düzgün istifadə etməli, dilimizin inkişafına və düzgün tətbiqinə töhfə verməyi bacarmalıyıq”, – deyə Sevinc Əliyeva fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Avqust 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri