Icma.az
close
up
RU
Professor: Süni intellekt xərçəngə çarə tapmayacaq

Professor: Süni intellekt xərçəngə çarə tapmayacaq

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Süni intellekt xərçəngin müalicəsini tapmağa kömək edə bilər. Məlumata görə, Böyük Britaniyanın Kembric şəhərində yerləşən çip dizayn şirkəti Arm Holdings-in baş icraçı direktoru Rene Haas süni intellektin tibbdə böyük dəyişikliklərə səbəb olacağını bildirib.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellekt nə qədər inkişaf etsə belə, o, həkim üçün yalnız yardımçı olacaq:
“Xərçəng infeksion xəstəlik deyil, sıradan xəstəlik deyil ki, onun hansısa müalicəsi və ya dərmanı tapılsın. Xərçəng orqanizmdə genomun nəzarətindən çıxan hüceyrələrin bölünmə prosesidir. Bu hüceyrələr bədəndə ikinci bir inkişaf yaradır və nə vaxtsa bu inkişaf orqanizmi üstələyir. Ona görə də xərçəngi adi bir xəstəlik və onun konkret bir dərmanı kimi təsəvvür etmək tamamilə yanlış yanaşmadır. Nə qədər canlı var, o qədər də xərçəng var. Bu xəstəlik olub və olacaq. Sadəcə olaraq, xərçəng xəstəliyinin statistikası niyə artır? Birinci növbədə əhali artır, ikinci növbədə isə ekologiya pisləşir. Xərçəng xəstəliyini törədən xarici amillər, sərbəst radikallar, şüa, radiasiya faktorları, sintetik və süni qidalar, müxtəlif zərərli maddələr və digər faktorlar çoxdur. Viruslar da bu prosesdə rol oynaya bilər. Məsələn, bədəndə məskunlaşmış herpes, Epşteyn-Barr virusu, qrip virusu, hətta koronavirusun özü ilə bağlı proseslər də mövcuddur. Yəni bütün bunlarla bağlı proses davam edir. Ona görə də xərçəng xəstəliyi daim olacaq”.
Professor vurğulayıb ki, hətta ən böyük inkişaflar olsa belə, xərçəng xəstəliyi davam edəcək:
“Çünki ilkin mərhələdə hansısa formada bunun qarşısını almaq mümkün olsa belə, müəyyən bir müddətdən sonra xərçəng xəstəliyi yayıldıqca hüceyrələrdə polimorfizm yaranır. Yəni hətta “ağıllı dərmanlar” deyilən maddələr, hədəf preparatlar belə onları tanımaya bilər. Ona görə də xərçəng xəstəliyi ilə bağlı məsələ çox qəlizdir. Məsələn, mədəaltı vəzin xərçəngi ümumiyyətlə proqnozu çox pis olan xərçəng qrupuna aiddir. Sonra bəzi xərçəng xəstəliklərinin anaplastik formaları var ki, bunlar çox aqressiv gedişə malikdir. Xərçəng xəstəliyinin diferensiasiya dərəcəsini, formalarını, tiplərini, inkişaf dərəcələrini və digər xüsusiyyətlərini nəzərə aldıqda, minlərlə, hətta on minlərlə müxtəlif xərçəng növü ortaya çıxmış olur. Məsələn, təkcə süd vəzisi xərçənginin beş molekulyar tipi var. Onların hər birinin öz inkişaf dərəcəsi və fərqli proliferasiya indeksi mövcuddur. Elə bunu hesabladıqda belə, onların hər birinin daxilində 25-50-yə yaxın müxtəlif növ ortaya çıxmış olur. O baxımdan xərçəng xəstəliyinin hansısa universal dərmanını süni intellektin tapacağı fikri yalnız nağıldır. Süni intellektin yaradıcı təfəkkürü yoxdur. O, yalnız məlumatları ümumiləşdirə, insanlara nələrsə təklif edə və ya müəyyən ehtimallar irəli sürə bilər. Amma bu, qətiyyən o demək deyil ki, süni intellekt xərçəng xəstəliyi kimi orqanizmin nəzarətindən çıxan inkişafın qarşısını ala biləcək”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Sentyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri